Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.
APA xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb.

Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda bu gün koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 241 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, bu günə qədər isə ümumilikdə 2 726 470 test icra olunub.

Mart ayının ilk 15 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı 21 müraciət olub.
Oxu.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 16 nəfər stasionar müalicəyə götürülüb:

“Dəm qazından zəhərlənən 16 nəfərdən ikisi azyaşlı olub. Bundan başqa metil spirit ilə zəhərlənən 14 yaşlı oğlan da xəstəxanaya gətirilib. O, çox ağır vəziyyətdə olub, sağaldıqdan sonra evə buraxılıb.
Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 20-dən çox müraciət olub, onlardan 14 nəfər şöbəyə qəbul olunub. Səkkiz nəfər isə allergik reaksiya ilə şöbəyə qəbul olunub”.

Həkim fevralın ilk 10 günündə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilən xəstələr arasında ölüm halının qeydə alınmadığını qeyd edib.

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

 

 

 

 
 
 
Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.


Qurumun mətbuat xidmətindən "Ölkə.Az"-ın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Sosial şəbəkələrin erməni seqmentində yayımlanan videoda ölən erməni əsgərlərinin valideynləri İkinci Qarabağ müharibəsi zamanı övladlarının Hadrutda qəsdən ölümə göndərildiyini iddia ediblər.

Caliber.Az videonu araşdırıb və erməni əsgərlərinin valideynlərinin fikirlərini təqdim edib.

 

“Bizim məlumatımıza görə, uşaqları ora aparıblar, qəsdən ölümə göndəriblər. Hadrut 9 oktyabrdan Azərbaycan əsgərlərinin əlində olub. Buna baxmayaraq, uşaqlarımızı bilərəkdən ora göndərdilər. 143 postdakı əsgərlərə zəng edərək, onları aldadaraq, ora göndəriblər. Həmin nöqtəyə hücum ediləcəyini əvvəlcədən bilirdilər. Əmr səhər saat 9-da verilib, uşaqları isə gündüz (13:00-14:00 arasında) gətiriblər. Qısası onları ölümə məhkum ediblər. Onlar gələndə hətta heç kim tərəfindən qarşılanmayıblar. Əgər onları köməyə çağırsaydılar, qarşılanmalı idilər. Diviziyanı komandir qarşılamalı idi. Əgər özü edə bilməsə də, heç olmasa kimisə göndərməli idi”, - deyə valideynlərdən biri bildirib.

“Mən də bir neçə söz əlavə etmək istərdim: əsgərləri ora göndərərkən onlar anlamalı idilər ki, Azərbaycan və onların PUA-ları bütün səmaya nəzarət edir. Nəyə görə mühasirəyə düşəcəklərini bilə-bilə bizim uşaqlarımızı ora göndərdilər?”, - deyə qəzəbli halda ikinci valideyn bildirib.

“Onlar 100 faiz bunu anlayırdılar və bilərəkdən uşaqları ölümə göndərdilər. Görünür onları oraya çox “ağıllı” insan göndərib. Mənim fikrimcə, o, əsgər deyil, xadimə işləməlidir. İndi bu əmri verən şəxsin adı xatırlanmır. Onun kimliyi və harada olması məlum deyil. Bu komandir 100 faiz bilirdi ki, göndərdiyi əsgərlər geri qayıtmayacaq. Lakin bu əmri verib. Bu bir daha göstərir ki, onlar şüurlu şəkildə uşaqları ölümə göndəriblər. Bizdə belə bir təsəvvür var ki, bu qabaqcadan planlaşdırılıb. Ağlımıza başqa heç nə gəlmir. Onlar bizim uşaqlarımızı bu cür satdılar. Onları bilərəkdən öldürdülər”, - deyə üçüncü valideyn bildirib.

Sumqayıtda qadını boğub öldürməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi.

2020-ci ilin mart ayında Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən mənzillərin birində üzərində zorakılıq əlamətləri olan 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. 

Araşdırmalar zamanı onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub. 

İstintaq əməliyyat yolu ilə hadisədən bir gün sonra şübhəli şəxs qismində Bakı şəhərində yaşayan 23 yaşlı Kamran Quliyev saxlanılıb. 

İş üzrə dinririlmiş Kamran Quliyev bildirib ki, həmin gün Günaya onunla cinsi aləqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma buna baxmayaraq qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. Günay onun ünvanına ağır söyüşlər işlətdikdə o əsəbləşib: 
"Söyüş söyəndə dedim Günay məni kiminləsə səhv salma danışığını bil. Dedi əcəb eləyirəm. Mənimlə əlaqədə olmaq istəmirdi. Mübahisə eləyə-eləyə hamam otağına keçdi".

Kamran Quliyev ifadəsinin davaminda bildirib ki, Günayın arxasınca hamam otağına daxil olaraq onu divara sıxıb. Əlləri ilə boğazından tutub silkəliyərək sakit durmasını və onu söyməməsini tələb edib. Sonra Günayın ağırlaşdığını hiss edərək onu buraxıb. Günayın huşunu itirdiyini düşünüb və yerə yıxılandan sonra üzünə su vurub. Bir müddət sonra qadının ayılmadığını görərək onun öldüyünü bilib və qorxub mənzili tərk edib. 

Kamran Qiliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib. Sadəcə sonuncu onu təhqir etdiyi üçün əsəbləşib əlləri ilə boğazından tutub silkəliyib. 

Məhkəmə iclasında Kamran Quliyev ittiham üzrə özünü təqsirli bilməyib. İbtidai istintaq zamanı ona fiziki və psixi təsir göstərildiyindən yazılan ifadəni oxumadan imzalayıb. O, qeyd edib ki, Günay Əliyevanın mənzilinə martın 5-i saat 5:00 radələrində gəlib. Növbəti gün yuxudan saat 15:00 radələrində oyanıb. Günaya zəng edib mesaj yazsada o cavab verməyib. Hamam otağına keçəndə qadını yerdə hərəkətsiz vəziyyətdə görüb. Təcili tibbi yardıma zəng etmədən çıxıb gedib. Həmin gün aralarında mübahisə olmayıb. 

Zərərçəmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə sübutlara əsalanaraq nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. 

Sonda məhkəmənin hökmü ilə Kamran Quliyev 10 il 6 ay müddətinə azdlıqdan məhrum olunub.

 

Xəbər verdiyimiz kimi Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, meyiti tapılan şəxsin Alıcqışlaq kənd orta məktəbinin direktoru, olduğu müəyyənləşib. Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ülkər Hacıyevanın fotolarını təqdim edirik: /metbuat.az

Xaçmaz rayonunda evdə qadın meyiti tapılıb.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Ü. Hacıyeva Xaçmazın Alıcqışlaq kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.

İlkin ehtimala görə o, dəm qazından zəhərlənib.

Araşdırma aparılır.

Ətraflı məlumat veriləcək.

Xəbər lenti