![]() |
|
Trend məlumatına görə, idarə rəisi Bakıdakı klinikalardan birinə köçürülmək üçün paytaxta yola salınıb.
***
Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.
O qeyd edib ki, yaralı əməliyyat olunub: “Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti nəzarətdə saxlanılır”.
Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı hissəsi amputasiya edilib. O, həm də çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
"Ölkə.Az"ın xəbər verir ki, rayonun Yuxarı Qaradağlı kənd sakini İsgəndərova Cəmilə Cəbrayıl qızı yaşadığı evin qarşısındakı yardımçı tikilidə asılı vəziyyətdə tapılıb.
O, Qapanlı kənd ümumi orta məktəbinin müəllimi olub. Üç övlad anası bir il əvvəl yaşla bağlı pensiyaya çıxıb.
Hadisənin intihar olması ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər üç əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.
Uzun illər dövlət televiziyasında diktor kimi çalışmış Xalidə Gözəl qızı Aytən haqında maraqlı açıqlamalar verib. O bildirib ki, Aytən evli olduğu Türkiyə vətəndaşını biz zamanlar döyübmüş:
"Döyüb, əccəb edib. İçki içirdi, o da döyürdü".
Qeyd edək ki, Xalidə Gözəl bir müddət öncə sözügedən verilişdə oğlunun keçmiş həyat yoldaşı haqqında səsləndirdiyi kəskin fikirlərlə gündəmə gəlmişdi.
Publika.az bildirir ki, qətlə yetirilən 22 yaşlı Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşayıb.
Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Artıq qətli törədən 19 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.
Mərhumun fotosunu təqdim edirik.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.
"Unikal.org”a açıqlama verən qızın yaxınları bildirib ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb.
Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.
Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz xəbər verir ki, oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib.
İttihama görə, Ceyhun Balayev bacanağı Ramin Məmmədovla birgə paytaxtın Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında təmir işləri aparıblar. Eyvandakı taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən mənzilə daxil olublar. Mənzilin eyvanındakı taxta dolabın üst rəfindən Rusiya vətəndaşı Elxan Tarverdiyevə məxsus, içərisində 250 min dollar (425 min manat) olan, skoçla bağlanmış plastik çantanı ələ keçiriblər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Ceyhun Babayev ifadəsində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, tanışı Elşən Zamanovun ona və bacanağı Ramin Əliməmmədova mənzillərdə, tikinti yerlərində fəhlə işləri verdiyini deyib. Sonuncu dəfə bacanağı ilə birgə gündəlik 15 manata söküntü işləri aparıblar: “Mənzilin binanın həyətinə baxan eyvanında sovet vaxtından qalma şkafı sökəndə döşəmənin altındakı boşluq hissədə çemodana oxşar qutu tapdıq. Qutunun üstü yapışqan lentlə bağlanmışdı, içərisində 25 paçka (hərəsində 10 min dollar olmaqla) dollar var idi. Pulu Raminlə yarıbayarı böldük”.
C.Balayev payına düşən puldan paytaxtın “Xalqlar Dostluğu” ərazisindən özünə 110 min manata 3 otaqlı mənzil, 20 min manatına isə avtomobil alıb.
İstintaq zamanı ziddiyyətli ifadələr verən C.Balayev mənzildən 250 deyil, 150 min dollar tapdıqlarını, oğurluq etmədiklərin deyib.
Təqsirləndirilən Ramin Əliməmmədov da anoloji ifadə verib. Bacanağından geri qalmayan R.Əliməmmədov da payına düşən puldan özünə “Xalqlar Dostluğu” ərazisindən mənzil və avtomobil alıb. Yerdə qalan pulun bir qismini isə Quba rayonunun İqriq kəndindəki ata evində saxlayıb. Ailə üzvlərinə isə pulları lotereyadan qazandığını deyib : “Söküntü işləri gördüyümüz mənzildən bir mərtəbə aşağıdan pul oğurlamağımız haqda Elşən Zamanova bildirmədik. Həmin pulların hesabına özümə yaxşı şərait yaratdım. Evdəkilərə dedim ki, loterayada 140 min manat udmuşam”.
Zərərçəkmiş Elxan Tarverdiyev ifadəsində Rusiyada bizneslə məşğul olduğunu, oğurluq edilən mənzildə 25 ildir ki, daimi yaşayış olmadığını deyib: “Ötən ilin martında 250 min dolları saxlamaq üçün evə gətirib səliqəli şəkildə qutuya yığdım. Üstü nəm götürməsin deyə skoçla bağladım, eyvandakı divar şkafının üst tərəfinə yerləşdirdim. Pulu ora qoyanda tavan tam şəkildə bağlı idi”.
Ötən ilin sentyabr ayında bina üzrə istilik sisteminin dəyişdirilməsi xəbərini alan E.Tarverdiyev pulları saxladığı mənzilə gəlib. Dəhlizə keçəndə yuxarı mənzildən evə su axdığını və döşəmədə su izləri qaldığını görüb. Bu səbəbdən üst mərtəbədəki mənzilə qalxıb. Qonşu mənzildə təmir işləri getdiyini görən E.Tarverdiyev mətbəxi və eyvanı gəzərək suyun haradan axması ilə maraqlanıb. Bu zaman eyvandakı şkafın döşəməsinin söküldüyün görüb: “Şübhələnib tez öz mənzilimə düşdüm. Pulları qoyduğum şkafa baxdım, tapmadım. Yenidən üst mərtəbəyə qalxıb ustalardan həmin şkafın yerini sökən fəhlələrin kim olduqlarını soruşdum...”
Qonşu mənzildə təmir işləri gördürən şəxsin Elşən Zamanovun olduğunu öyrənən E.Tarverdiyev onu öz evinə çağırıb. E.Zamanov ona mənzildə Ceyhun və Ramin adlı fəhlələr işlədiyini, şkafı da onların sökdüklərini deyib. Zərərçəkmiş E.Zamanova “zəng vur onlara deynən, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” deyib. E.Zamanov C.Balayevə zəng vurduqda sonuncu “biz heç nə götürməmişik, pul-zad görməmişik” cavabı verib.
Bundan sonra E.Tarverdiyev mənzilindən oğurluq edilməsi faktı ilə bağlı polisə müraciət edib.
Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı və və istintaq dövründə ziddiyyətli ifadələr veriblər. Onlar elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Oğurluq etmədiklərini, işlədikləri mənzildən pul tapdıqlarını, tapdıqları pulu bir ay saxladıqlarını, sahibini gözlədiklərini, pulun uzun illər öncə ermənilər tərəfindən qoyulub getdiyini təxmin edərək götürdüklərini , heç bir cinayət törətmədiklərini bildiriblər.
Əlbətdə, fəhlə işlədikləri evin döşəməsini dəlib aşağıdakı mənzildən xəzinə tapan və asan yolla güzəranlarını yaxşılaşdıran bu adamların dediklərinə nə müstəntiqlər, nə zərərçəkən inanmayıb. İndi onları oğurluq ittihamı ilə cəza gözləyir, 250 min dolların sahibinə geri qaytarılmasının necə mümkün olacağı isə hələ bəlli deyil.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ermənilərin dinc sakinlərə qarşı törətdiyi soyqırım təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Heç vaxt unudulmayacaq Xocalı soyqırımının bu gün 29-cu ildönümü qeyd edilir.
Düz 29 il əvvəl bu gün 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində olub.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.
"Ölkə.Az" xəbər verir ki, bu günlərdə “Report”un əməkdaşı İsmayıl Nəsibli Xocalı soyqırımının izi ilə işğaldan azad edilən ərazilərimizə səfər edib. "Report"un çəkiliş qrupu əvvəlcə Ağdam “Cümə” məscidində olub. Yeri gəlmişkən, Cümə Məscidini erməni vandalları Ağdam şəhəri kimi dağıdıb. Məscidin yaxınlığında yerləşən tarixi abidələr, inzibati binalar, mədəniyyət mərkəzləri düşmən işğalı zamanı viran qoyulub.
Xocalı faciəsinin şahidlərindən biri olan İbrahim Həsənov da əməkdaşımızla birgə səfər edib. Onun 11 yaşı olanda erməni cinayətkarları Xocalıya hücum edib, dinc sakinləri qətlə yetirib. Həmin vaxt İbrahimin atası Ramil Həsənov doğma yurd-yuvasını qorumaq üçün özünümüdafiə batalyonunda xidmət edib. Qardaşı Mehdi Həsənov isə həmin vaxt Bakıda universitetdə təhsil alırmış. O, Xocalıda baş verən hadisələri eşidən zaman doğma el-obasına qayıdıb. Erməni quldurları Ramil Həsənovu qətlə yetirib, Mehdi Həsənov isə itkin düşüb.
[İbrahim Həsənov]
İbrahim Həsənov
İbrahim Həsənov “Report”un əməkdaşına bildirib ki, həmin vaxtdan qardaşını axtarmağa başlayıb, lakin hələ də onun sağ və ya ölü olması barədə məlumat əldə edə bilməyiblər:
"Xocalı soyqırımında ermənilər dayımgili - 11 nəfər cavan şəxləri, bibimi, onun həyat yoldaşını və üç oğlunu əsir götürdülər. Əmim, onun arvadı və qızından əvvəl xəbər ala bilmirdik, sonradan meyitlərini tapıb dəfn etdik. Digər bibim oğlunu isə tapmadıq".
İbrahim Həsənov qeyd edib ki, Xocalıdan anası ilə birgə əliyalın qaçandan sonra ailə üzvlərini onunla birgə axtarmağa başlayıb:
"Biz anamla bura, Ağdam “Cümə” məscidinə gəldik. Burada Xocalıda qətlə yetirilən, başı və bədəni kəsilən, işgəncə verilən, qarlı-şaxtalı havada donmuş şəxslərin meyitləri gətirilmişdi. Məsciddə qohumlarımızdan bibim və onun iki qızının meyitini tapa bildik. Xocalıda hər kəs kompakt şəkildə yaşayırdı. Demək olar ki, hamı bir-biri ilə qohum idi. Düşünürəm ki, Xocalıda ən çox bizim qohumların başına dəhşətli faciələr gətirilib".
Daha sonra əməkdaşımızla İbrahim Həsənov Ağdamın Şelli kəndinə yollanıb. O bildirib ki, 1992-ci ildə Xocalıda baş verən dəhşətli hadisə zamanı əliyalın insanlar Şelli kəndinə pənah gətiriblər. Erməni cinayətkarlarından qaçan xocalılar ilk olaraq bu kənd ərazisinə gəliblər. Şaxtalı-boranlı, qarlı havada gecə ilə evlərini tərk edən dinc sakinlərin imdadına çatıb şellilər. Onlar isti yuvalarını xocalılar üçün açıblar.
Həmin gecə Xocalı sakinləri Şellidə də dəhşətli faciələrlə üzləşib. Belə ki, ermənilər Xocalıdan qaçanları Şelli kəndi ərazisinə daxil olan zaman qətlə yetiriblər.
İbrahim Həsənov Şelli kəndində olan zaman həmin anları bir daha gözlərinin önünə gətirərib:
"Yadımdadır, özünümüdafiə batalyonu Xocalıda döyüşürdü. Həmin gün digər sakinlər kimi Xocalını tərk edəndə meşəlik ərazilərlə Ağdam istiqamətinə irəlilədik. Yolda Azərbaycan dilində danışan ermənilər bizim qabağımızı kəsib aladırdı ki, guya kömək edəcəklər. Dağlıq və meşəlik ərazilərdə ermənilər bizə güllə atırdı. Biz bir gecə səhərədək meşələri aşıb, Şelli ərazinə daxil olduq. Bu dağlarda da ermənilər bizi gülləbaran etdilər, bir neçə adam qətlə yetirildi, bəziləri qaçıb canını qurtardı, bəziləri isə düşmən tərəfindən əsir götürüldü. Ermənilər Xocalı sakinlərinin bir çoxunu qətlə yetirməklə yanaşı, onlara ağır işgəncələr də verirdilər. Düşmən baxmırdı ki, bu uşaqdır, qadındır, qocadır. Kim qabağına keçirdirsə, acımadan öldürürdü. Hətta kimin ağızında qızıl dişləri var idisə, çıxardırdılar. Əsir götürdükləri şəxsləri də işgəncə verə-verə qətlə yetirirdilər. Biz bu vandalizimi görüb, şahidi olduq. Uşaq ikən bu dəhşətli hadisə bizə psixoloji cəhətdən çox təsir etdi. Bir sözlə ailəm və qohumlarım erməni vandalizimin qurbanları oldu...
Hələ də həmin hadisələrdən danışanda özümü yaxşı hiss etmirəm, çox ağırdır. Bu, Azərbaycan xalqının başına gətirilən ən böyük faciə idi".
Səfər zamanı Xocalı faciəsinin şahidləri Ağdam-Əskəran yolunda da olub. Şahidlərin sözlərinə görə, 1992-ci ildə Ağdam-Əskəran yolunda minlərlə Xocalı sakini öz azadlıqlarına qovuşub. Həmin vaxt ermənilər dinc sakinlərimizi əsir götürüb. Onların imdadına Milli Qəhrəman Allahverdi Bağırov yetişib.
Belə ki, Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. O, erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verib. Bir sözlə, Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı girovların erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.
Səfərin sonunda Ağdam şəhər Şəhidlər xiyabanında Allahverdi Bağırovun və Xocalıda qətlə yetirilən şəxslərin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyindən Ölkə.Az-a verilən məlumata görə, fevral 23-də axşam saat 11 radələrində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.