![]() |
|
Xəzər TV xəbər verir ki, etdiyi qayda pozuntusu lentə alan sürücü bununla fəxr edir.
Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydasını pozan sürücünün videosu sosial şəbəkələrə müzakirələrə səbəb olub. Görüntüdən aydın olur ki, o, yolayrıcında sağ zolaqdan sol zolağa manevr edərək kəsişmə yerində quraşdırılan siqnal nişanlarının üzərindən keçir. O, bu hərəkətini lentə alıb və daha sonra sosial şəbəkədə paylaşıb.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, sürücü yağışlı havada kobud qayda pozuntusuna yol verməklə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yardır. Ekspertin sözlərinə görə qayda pozan sürücü bu nişanın heç əhəmiyyətini belə bilmir.
Sözügedən hadisənin baş verdiyi əraziyə getdik. Şahidi olduq ki, bu va digər sürücülərin kobud qayda pozunuları təhlükəsizlik adacığına baxdıqda daha aydın görünür.
Qeyd edək ki, həmin nişanlar Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Avtomobil Yolları Dövlət Agentliyinin əməldaşları tərəfindən quraşdırılır. Qurumun mətbuat katibi Anar Nəcəfli deyir ki, belə hadisələr zamanı həmin nişanlar sıradan çıxır. Bununla da qəza riski artırır.
Qeyd edək ki, faktla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Sürücü barəsində inzibati qaydada tədbilər görüləcək.
Ötən gecə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binanın üzlüyü qoparaq yola düşüb.
Publika.az” xəbər verir ki, S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 16 mərtəbəli binanın bərk materialdan hazırlanmış üzlüyünün bir hissəsi qoparaq piyadaların intensiv hərəkət etdiyi yola düşüb. Lövhə yerə çılpılaraq parçalanıb və ətrafa dağılıb.
Xoşbəxtlikdən hadisə vaxtı ərazidə heç kim olmayıb, yaxınlıqdakı şəxslər ciddi xəsarət almayıb. Ərazidə hərəkət lentlərlə məhdudlaşdırılıb.
Qeyd edək ki, hadisənin baş verdiyi bina bir neçə il əvvəl tamamilə yanmış və 15 nəfər həlak olmuşdu. Bu hadisədən sonra həmin bina yenidən üzlənib.
Beynəlxalq Qadınlar Günündə Bakıda bir qrup aktivist qadının “8 Marş - Haqlarımız uğrunda” yürüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Aksiyadan 1 gün sonra fəallardan biri Nərmin Şahmarzadənin yaxın çevrəsinə daxil olan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev və digər aktivistlərlə mesajlaşmaları yayıldı. Həmin şəxsi yazışmalardakı psixoloji olaraq çətin vəziyyətdə olan yeniyetmə qadınlarla bağlı müzakirələr və şəxslər arasındakı intim söhbətlər də açıq formada paylaşıldı.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, tərəflər bunu montaj adlandıraraq hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.
DİN Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib: “Müraciət aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırmalar davam etdirilir”.
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.
Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.
Qeyd edək ki, yaralılar Zığda yerləşən Modul Tipli Xəstəxananın həkimləridir. Onlar sonuncu dəfə Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.
Bakıda yol qəzası olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “BMW” markalı minik avtomobilinin aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu - 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:46-da qeydə alınıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.
Astara Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Rayon prokurorluğundan daxil olan açıqlamada deyilir:
"Martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan, Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib:
“Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi.
Xəbər verdiyimiz kimi, dünən Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Səmədova Əfruz Rafiq qızı və 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar.
Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Səmədovanın ailə üzvləri bildiriblər ki, məktəblilərin hansı səbəbdən intihar etməsi məlum deyil. Onlar belə addım atacaqları ilə bağlı sinif yoldaşlarına heç nə deməyiblər. Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər. Əfruz ailənin yeganə övladı olub.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi hüquq muhafizə orqanları tərəfindən araşdırılır.