![]() |
|
Report xəbər verir ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının cərrahı Feyruz Sultanov koronavirusdan vəfat edib.
Məlumata görə, o, bir müddət COVID-19-dan müalicə alıb.
F.Sultanov Yardımlı rayonunda son günlər koronavirusdan vəfat etmiş ikinci həkimdir. Daha əvvəl digər tibb işçisi İsabala Hüseynov da COVID-19-un qurbanı olub.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.
"Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
Yanvarın 4-də, saat 13 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şirvan şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, M. Nağıyev ötən il də Ayşən Məmmədliyə şiddət tətbiq etmişdi. Belə ki, o, qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirmişdi. M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nikahda yaşayıb.
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın müxbirinin məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.
UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub.
Hadisə nəticəsində ölən və yaralanan var.
Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər avtomobil altında qalıb.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, çoban iti zəncirlərini qırıb sahibinin evindən qaçaraq şosseyə çıxıb. Bu zaman onu Hidayət Məmmədovun idarə etdiyi "Mercedes” markalı nəqliyyat vasitəsi vuraraq bir neçə metr irəliyə doğru sürüyüb. Qəza nəticəsində avtomobil yararsız hala düşüb.
Bu vaxt həmin istiqamətdə olan motosiklet sürücüsü qəzaya uğramış avtomobili görüb qəfil manevr edib. Manevr zamanı eyni istiqamətdə olan "Opel” markalı avtomobil motosikletə çırpılıb. Daha sonra motosikletin sürücüsü "Opel”in altında qalıb. Hadisə şahidlərinin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Gecə saatlarında paytaxtın Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV-nin məlumatına görə, qəza Babək prospektində qeydə alınıb.
“Lexus” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yolayırıcı səkiyə, daha sonra yol hərəkəti nişanı və işıq dirəyinə dəyərək dayanıb.
Zərbənin gücündən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobildə tüstülənmə baş verib. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə zamanı xəsarət alanlardan birinə yerində ilkin tibbi yardım göstərilib. Ağır xəsarət alan sürücü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qəzanın başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Xəzərdə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, zəlzələ saat 08:12-də 3.4 maqnitudada, 62 km dərinlikdə qeydə alınıb.
Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanvarın 2-də yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, 4,7 maqnitudalı zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.