ABŞ-ın Los-Anceles əyalətinin Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib.

“Bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.

Qeyd edilir ki, Federal Təhqiqat Bürosunun və Los-Anceles Polis Departamentinin birgə təhqiqatı ilə 2020-ci ilin 4 noyabrında cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri dünən səhər Qlendeyl şəhərində həbs olunub. Beverli Hils Polis İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən ətraflı araşdırma aparılıb, hadisə yerindən götürülmüş dəlillər analiz edilib və buna əsasən istintaq tədbirləri görülüb.

Təhqiqat nəticəsində 22 yaşlı erməni Uliyam Stepanyan həbs edilib. O, qarətdə, vandalizmdə və digər cinayətlərdə ittiham edilir. Stepanyan hazırda Beverli Hils Polis idarəsindədir. Onun məhkəməsi noyabrın 16-da keçiriləcək.

Təhqiqat zamanı müəyyən olunub ki, cinayəti 6-8 nəfər törədib.

“Əgər sizdə şübhəlilər barədə hər hansı informasiya varsa, polisə müraciət edin. Əgər anonim qalmaq istəyirsinizsə, bu barədə “BEVHILLSPD"-ə mesaj yazın”, - polisin vətəndaşlara müraciətində bildirilir.

Qeyd edək ki, noyabrın 4-ü axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.

 

 

 

 
 
Noyabrın 15-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunu tərk etməli olan ermənilər Xudavəng (Dadivank) monastrı ilə vidalaşmağa yollanıblar.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Xudavəng monastrında dini ayin keçirən ermənilər, gözyaşları töküb. 

4 gün öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təyin olunan Armen Abazyan xəstəxanalıq olub.

Noyabrın 8-də Milli Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunan Armen Abazyan təcili xəstəxanaya yerləşdirilib.

“Ölkə.Az” “pastinfo.am”a istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni təyin olunan rəhbəri Armen Abazyan ürəktutma diaqnozu ilə xəstəxanaya aparılıb.

Armen Abazyanı Baş nazir Nikol Paşinyanın təklifi ilə Mikael Ambarsumyan həmin vəzifədə əvəz edib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Armen Abazyanın ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.

Məlum olduğu kimi, Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 27 və 28 oktyabr 2020-ci il tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Nəticədə iki gün ərzində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb. Bərdəyə ardıcıl hücumlar, xüsusən 28 oktyabr tarixində Bərdə şəhərinin ticarət obyektlərinin yerləşdiyi mərkəzi hissəsinin hədəfə alınması səbəbindən çoxsaylı mülki obyektlər də dağıntılara məruz qalıb.
Ombudsman Aparatından "Ölkə.Az"a daxil olan məlumatda bildirilib ki, bununla bağlı Ombudsman Səbinə Əliyeva Bərdə rayonunda yerində faktaraşdırıcı missiya həyata keçirib. Araşdırma zamanı Bərdədə mülki və sosial obyektlərin yerləşdiyi ərazilərdə Ermənistan tərəfindən beynəlxalq hüquqla qadağan edilmiş kasetli bombaların istifadəsi faktı, eləcədə baş vermiş tələfat və dağıntılarla bağlı materiallar əldə edilib.

Ombudsman tərəfindən toplanmış materiallar əsasında hazırlanmış hesabatda beynəlxalq hüquq və humanitar hüququn pozulmasına dair faktlar əsasında Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin qarşısının alınması məqsədilə tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

27-28 oktyabr tarixlərini əhatə edən hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bu gün saat 05 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində 2 azyaşlının ölməsi faktı ilə bağlı istintaq aparılıb-aparılmadığını öyrənmək məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olmuş, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.

Bu barədə Baş Prokurorluq məlumat yyaıb.

Bildirilib ki, faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-da, saat 18:00 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə, xəstəxanaya yerləşdirilən sürücü ölüb, üç sərnişinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilib. Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Lakin digər 2 uşağın - 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Qudsun xəstəxanaya gətiriləndə vəfat etdikləri məlum olub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Noyabrın 10-da saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan  verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan öz “Facebook” hesabından Ermənistan əhalisinə müraciət edib.
Oxu.az xəbər verir ki, A.Arutyunyan gec də olsa, etiraf edib ki, döyüşlər Xankəndinin 2-3 kilometrliyində gedirdi və qeyd olunan müqavilə ilə razılaşmayacaqları təqdirdə itkilərinin daha çox olacağını söyləyib.

Separatçı rejimin başçısı canlı yayımda həmçinin etiraf edib ki, Ermənistan ordusu döyüşlər başladığı gündən təşviş və ixtilaf içində olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan gecə saatlarında baş verən iğtişaşlar nəticəsində iqamətgahından kompüterinin, saatının, sürücülük vəsiqəsinin və digər əşyaların oğurlandığını açıqlayıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra İrəvanda etirazlar başlayıb. (oxu.az)

Xəbər lenti