![]() |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabag müharibəsində təslim olmasından sonra paytaxt Yerevanın küçələrində etiraz edənləri divan tutmaqla hədələyib.
Report xəbər verir ki, Paşinyan xalqa müraciətində bildirib ki, Yerevandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq.
"Yerevanda talançılardan bəziləri Qarabağda idilər, amma nədənsə öz mövqelərini qoydular və oradan qaçdılar. Onların arasında general da var. Rəsmən bildirirəm ki, bütün səbəbkarlar qanunun sərt tələbləri ilə cəzalandırılacaq", - Baş nazir deyib.
Özünü qondarma “Dağlıq Qarabağ respublikasının“ prezidenti kimi təqdim edən Araik Arutyunyanın feysbuk hesabından edilən paylaşımda Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi etiraf olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin hesabdan edilən paylaşımda qeyd edilib ki, guya qondarma "prezident" Xankəndidəki əsgərləri ziyarət edib. Bildirilib ki, artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum atəşləri edir. Bununla da Araik Arutyunyanın adından idarə edilən səhifədə ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan edilib.
Paylaşımda daha sonra bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.
Bununla da "saxta prezident"in səhifəsində eyni zamanda Ermənistan ordusunun darmadağın edildiyi və döyüşmək üçün canlı qüvvə baxımından çatışmazlıq yarandığı da etiraf edilib. Düşmən tərəfi Xankəndinin işğalda saxlanılması üçün 80 yaşlı veteranların ümidinə qalıb.
İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, ermənilər ölən daha 44 hərbçinin adını açıqlayıb.
Bununla da Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 1221-ə çatıb.
Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur", - açıqlamada vurğulanıb.
Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.
Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
"Ölkə.Az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
Əldə olunan video kadrlardan görünür ki, Xankəndinin çıxışında bir neçə kilometr uzunluğunda tıxac müşahidə olunur. Artıq heç kəs Xankəndidə qala bilmədiyindən şəhəri tərk edir.
Xatırladaq ki, bir neçə gün əvvəl şəhər “meri” David Sarkisyan Xankəndi sakinlərinin azı 70 faizinin (40 min) Ermənistana qaçdığını demişdi. O, qalan insanların tezliklə təxliyyə olunacaqlarını xəbər vermişdi.
Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.
Türkiyənin xüsusi təyinatlı qüvvələri Şimali İraq və Suriyada iki PKK terrorçusunu məhv edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçular İraqın Avaşin-Basyan rayonunda və Suriyada "Sülh bulağı" əməliyyatı zonasında məhv edilib.
Silahlıların koordinatları kəşfiyyat məlumatları əsasında təyin olunub. Hazırda hər iki istiqamətdə antiterror əməliyyatları davam edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin əməkdaşları Səbuhi Rzayev, Afiq İbadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Report xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.