Rusiyanın “Dojd” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən videoreportaj hazırlayıb.

Telekanalın müxbiri Vladimir Romenskinin hazırladığı reportajda işğal illərində viran qalmış şəhərdə ermənilər tərəfindən törədilmiş digər vəhşiliklərə də diqqət yetirilib. Azərbaycanlılara məxsus məzarlıqların dağıdıldığı vurğulanıb.

Müxbirin müsahiblərindən biri ona məşhur muğam ustadı Ağabala Abdullayevin ermənilər tərəfindən məhv edilən büstünü göstərib və bildirib ki, ermənilər burada ölülərlə vuruşublar. Daha sonra rusiyalı jurnalist kimin olduğu bəlli olmayan daha bir dağıdılmış büstü izləyicilərə nümayiş etdirib.

Vladimir Romenskinin çəkdiyi kadrlarda ermənilərin məhv edilmiş döyüş texnikaları, həmçinin ərazidə qoyub qaçdıqları çox sayda sursatı göstərilib.

Telekanalın əməkdaşları eyni zamanda əvvəllər erməni hərbçilərinin olduğu hərbi hissəyə də baş çəkiblər. Burada da erməni əsgərlərin təlim yerləri, həmçinin ələ keçirdiyimiz döyüş sursatları nümayiş olunub.

Bundan əlavə, kadrlarda keçmiş hərbi hissənin həyətində yarasız vəziyyətə düşmüş çox sayda avtomobil göstərilib.

RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.

Oxu.az xəbər verir ki, RT Şuşa ətrafında təxminən üç kilometr uzunluğundakı hissəsinin istehkamçılar tərəfindən təmizlənməsinin kadrlarını paylaşıb.

Məlumata görə, son 24 saatda 100-dən çox mina və partlamamış döyüş başlığı tapılıb.

Ümumilikdə isə Dağlıq Qarabağda həyata keçirilən sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 24 hektardan çox ərazini və səkkiz kilometrdən çox yolu təmizləyib, 750-dən çox partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

“Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey eşitmədim”.

Bu sözləri Mk.ru saytına geniş müsahibəsində öz “Ocaq” adlı kitabıyla Qarabağ münaqişəsinin başlamasına təkan verən, öz qəddarlığıyla yaxşı tanıdığımız Zori Balayanın həkim oglu Qayk Balayan deyib.

“Şuşa niyə təslim oldu? Eşitdiyimə görə, ümumiyyətlə, ora alınmaz qaladır, oranı ancaq təslim etmək olar, çünki hər tərəfi alınmaz qayalarla əhatə olunub. İlk müharibədə də ermənilərin Şuşanı Azərbaycan hərbçilərindən birinin xəyanəti nəticəsində aldıqlarını söyləyirlər…” – bu yönəldici sualla mk.ru-nun jurnalisti Balayanın oğluna müraciət edib. O Şuşanın xəyanət nəticəsində verildiyini təkzib edərək sözünə davam edib:

“Bu, əfsanəvi əməliyyat idi”, – o, Şuşanı Azərbaycan əsgərlərinin alması haqda deyib: “Sizə səmimi deyirəm. Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər.

Ancaq mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, bu azərbaycanlılar bu cür dağ əməliyyatlarına sadəcə yaxşı hazırlaşmışdılar. Çünki Şuşanı götürəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.

Qeyd edək ki, Mk.ru-nun yazdığına görə, Qalik Balayan Ermənistanda tanınmış cərrahdır. 43 yaşı var. Müharibə başlayandan 4 gün sonra Qarabağa, hərbi xidmətdə olan oğlu Zori Balayanın yanına gedib, bir neçə gün Xankəndidə həkim kimi xidmət edib, sonradan isə əlinə silah alaraq müharibə bitənə kimi oğluyla birgə döyüşüb. Oğlu döyüşdə yaralanıb. Beyin silkələnməsi keçirib və təhlükəsiz yaralar alıb. Hazırda sağdır. Atasıyla birgə İrəvandadır. (qaynar.info)

Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Ölkə.Az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

"Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.

Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar", - ATU-dan bildirilib.

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun ətrafı onun öldürülmə səbəbinin kəsilmiş qulağa görə intiqam olduğunu hesab edir.

Bu barədə “Rosbalt” məlumatlı mənbəyə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyədə öldürülən “Quli”nin ortaqları qətllə bağlı öz araşdırmalarını aparıblar. Onlar əmindirlər ki, cinayətin təşkilatçısı Rafiq Eyvazovdur (“Rafiq Massalinski”).

Belə ki, adıçəkilən “qanuni oğru”ların hər zaman mürəkkəb münasibətləri olub. 2013-cü ildə “Massalinski” həbs edildikdə, “Quli” hər kəsə onu “qanuni oğru” kimi tanımamağa çağırıb.

2017-ci ildə isə “Quli”nin əmri ilə R.Eyvazova hücum edilib və onun qulağı kəsilib.

Mənbənin məlumatına görə, bundan sonra “Massalinski” intiqam alacağına söz verib və hücumda iştirak edən N.Səlifovun ətrafından iki nəfəri öldürüb. Avtoritetin özünə çatmaq üçün isə o, “Quli”dən zərər çəkmiş digər “qanuni oğruları” ətrafına toplamağa başlayıb.

Qətlin maliyyələşdirilməsində isə 2016-cı ildə güllələnən Rövşən Caniyevin (“Lənkəranski”) yaxınları iştirak ediblər.

Qeyd edək ki, “Lənkəranski”nin qətlində “Quli”nin əli olduğu düşünülür.(oxu.az)

 

Rusiya ordusunun mühəndis bölmələrinin hərbi qulluqçuları sülhməramlı qüvvələrin cavabdeh sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Oxu.az xəbər verir ki, sutka ərzində 87 partlayıcı tapılıb. Onlar xüsusi poliqona aparılaraq zərərsizləşdirilib. Ümumilikdə, Dağlıq Qarabağda sülhməramlı əməliyyat zamanı 144 bomba tapılaraq zərərsizləşdirilib.

“RİA Novosti” istehkamçıların işi ilə bağlı kadrları yayımlayıb.

 

Tovuz rayonunda arvadına xəsarət yetirırık ölümünə səbəb olmaqda təqsirli bilinənə Malik Məmmədəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası dekabrın 7-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu bıçaqlayıb. 

Qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin 30 yaşlı Rəqsanə Məmmədova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 

Cinayəti törətməkdə şübhəli bilinən Malik Məmmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıda mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb.

Bu barədə Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.

İmişli RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

***

Azərbaycanda icra başçısı dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev müalicə aldığı klinikalardan birində qəfil dünyasını dəyişib.

Qeyd edək ki, V. Tağıyevin 59 yaşı var idi və 2019-cu ilin 30 sentyabrından Ağsu rayonunun İcra başçısı vəzifəsində çalışırdı.

Xəbər lenti