Hacıqabulda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanılıb
Hacıqabulda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində əməliyyat keçirilib.

"Ölkə.Az" bildirir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxsi həbs ediblər.

Əməliyyat zamanı Hacıqabul rayonunun Meynim kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Gəncalı Abbasəli oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Oradan 9 ədəd əkib-becərilməsi qadağan olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, adı çəkilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunub.  

Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələndi
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər.

Nazirlikdən verilən məlumata görə, avqustun 17-də keçirilən növbəti belə tədbir zamanı paytaxtın Xətai rayonunun E.Əliyev küçəsi 1 ünvanında  sənaye tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna və sənaye tullantılarının qalaqlanmasına görə Biləsuvar rayon sakini Zahir Məhərrəmov barəsində protokol tərtib olunub. Ona 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

“Lotu Quli”ni öldürən Xan “Əhmədlinski” haqqında yeni məlumatlar

Dünən Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun qətlə yetirməsindən sonra qətlin təfərrüatları, qətlə yetirənin kimliyi barəsində müxtəlif söz-söhbətlər dolaşır. Onun ətrafına ən yaxın kəslərdən olan Xan Əhmədlinski tərəfindən vurulduğu deyilir.

Daha ətraflı videoda:

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil  və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

(konkret.az)

Sabunçuda karantini pozan 37 nəfər polis bölməsinə gətirilib - FOTO

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb. Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 12-ci, 13-cü və 14-cü Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Ramana qəsəbəsindəki 3 kafedə 19 nəfər, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən digər kafedə 7 nəfər, Bakıxanov qəsəbəsində 1 restoranda 11 nəfər nəfər müəyyən olunub. Restoran və kafelərdə sanitar-epidemioloji normalarını pozan 37 nəfər müvafiq polis bölmələrinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub. Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb. İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

 

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Image

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Image

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Image

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Image

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Thumbnail

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Thumbnail

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Thumbnail

Sabunçuda restoran və kafelərdə karantini pozan 37 nəfər polis bölməsinə gətirilib (FOTO) - Gallery Thumbnail

Kürdəmirin icra başçısı həbs edildi
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

***

Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq. 

***

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra  başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.

"Ölkə.Az" “Report”a istinadən xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.

DİN qadının dələduzluğa məruz qalması ilə bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi (DİN) dələduzluq və ölümlə hədələnməyə məruz qaldığını bildirən vətəndaş G.Muradovanın şikayətinə münasibət bildirib. DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dələduzluq etdiyi deyilən Vüqar Şirinov polis əməkdaşı deyil.

Nazirlik sözçüsünün sözlərinə görə, bu məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində müvafiq araşdırma aparılır: “Şikayətçi G.Muradova dəfələrlə polis bölməsində olub, ondan müvafiq izahatlar alınıb və hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, G.Muradova  Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxsin ona qarşı ümumilikdə 75 500 manatlıq dələduzluq etdiyini, pulu tələb etdikdə isə onun tərəfindən ölümlə hədələndiyini bildirib.

Şikayətçinin sözlərinə görə, V.Şirinov özünü Daxili İşlər Naziriyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili kimi təqdim edib və Gülüstan Ağayeva adlı xanımla əlbir olaraq dələduzluq yolu ilə pulunu ələ keçirib. (“Report”)

 

Bakı-Şamaxı yolunda ağır yol qəzası; qadın öldü, uşaqlar yaralandı Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə bu gün saat 14.00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib. “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilində olan qadın dünyasını dəyişib, 2 uşaq isə yaralanıb. (APA)

Bakı-Şamaxı yolunda ağır yol qəzası; qadın öldü, uşaqlar yaralandı
Hacıqabulda “Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olan şəxslər saxlanılıb. Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hacıqabul şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Alim Namiq oğlu saxlanılaraq üzərinə baxış keçirilən zaman ondan bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Məlum olub ki, narkotik vasitəni ona əvvəllər Rusiya və Azərbaycanda məhkum olunan, Hacıqabul şəhər sakini, 1986-cı il təvəllüdlü kriminal dairələrdə “Şirinbala” ləqəbi ilə tanınan Səmədov Faiq Rahib oğlu satıb. Əməliyyatın davamı olaraq müəyyən edilib ki, F.Səmədova narkotik vasitəni yas məclislərində mollalıq edən “Kərbəlayi Valeh” kimi tanınan əvvəllər məhkum olunmuş Hacıqabul şəhər sakini, 1974-cü il təvəllüdlü Vəliyev Valeh Balaqardaş oğlu satıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan 32,332 qram narkotik vasitə olan heroin, 4,044 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Həmçinin müəyyən edilib ki, V.Vəliyevə narkotik vasitələri Şirvan şəhər sakini, əvvəllər Rusiya federasiyasında məhkum olunan 1971-ci il təvəllüdlü kriminal dairələrdə “Hacı” ləqəbi ilə tanınan narkotacir Məmmədov Fərrux Məmməd oğlu  360 manata satıb. Sonuncu saxlanılarkən onun da üzərindən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı

Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.

Xəbər lenti