![]() |
|
Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub:
Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Evgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur”.
Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir:
“Bizdə olan məlumata görə, həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib. Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Evgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib.
Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmayıb və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanada yerləşdirilib”.
“Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə iki yaşlı erməni və erməni əsgərlərinin cəsədlərinin 18 oktyabrda Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina edib. Ermənistan tərəfi yalnız 28 oktyabrda bu qadını, 29 oktyabrda isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib.
84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib.
Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanada yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olub. Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat edib. Ermənistan tərəfi qəbul etməyə imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcəkdir.
Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlıq qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir”, - deyə H.Hacyev əlavə edib.
Report xəbər verir ki, oktyabrın 31-də düşmənin növbəti dəfə atdığı raketlərdən biri rayonun İmamqulubəyli kəndi ərazisindəki qəbiristanlığa düşüb. Nəticədə bir neçə qəbir daşı dağılıb.
Suriyanın şimalından Qarabağdakı döyüşlərdə iştirak etməyə gələn PKK/YPG terror təşkilatının üzvləri məhv edilir.
Ordu.az xəbər verir ki, PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri Fırat Piran Qarabağda həyata keçirilən əks hücum əməliyyatları zamanı məhv edilib.
Məlumata görə, o, PKK/YPG terrorçularının Qarabağa gətirilməsi ilə də məşğul olub.
Qeyd edək ki, Piran Suriyanın şimal-şərqində fəaliyyət göstərən "Qamışlı Hərbi Şurası" qruplaşması tərkibində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror əməliyyatlarında iştirak edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.
“Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb:
“Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”.
Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.
Türkiyənin “A Haber” kanalı Fuadın bacısı ilə bu barədə reportaj hazırlayıb.
Sözügedən video kanalın “Twitter” hesabında “Bu kədəri ifadə etmək mümkün deyil... Bir bacının ürək dağlayan göz yaşları” qeydi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. (oxu.az)