![]() |
|
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.
Azərbaycan Müdafiə Nazirliyi gecə və gündüz artilleriya atışlarının videogörüntülərini yayıb.
"Ölkə.Az" həmin görüntüləri təqdim edir.
Qarabağ münaqişəsi başlayan gündən ermənilərin əsas “təbliğat maşın” olan rusiyalı bloger Semyon Peqov Qarabağdan qaçıb.
Ordumuzun cəbhədə göstərdiyi qəhrəmanlığı Peqovu da qorxuya salıb. Bir neçə günlük sakitlikdən sonra saxta bloger Xabarovsk şəhərində peyda olub. O, bunu yeni layihə üzərində çalışması ilə əlaqələndirib.
Qeyd edək ki, erməni iş adamı Aram Qabrelyanov tərəfindən maliyyələşən Peqov Azərbaycan Ordusunun nəzarətinə keçən Hadrut qəsəbəsindən çəkdiyi fotoların saxta olduğu üzə çıxmışdır. O, humanitar atəşkəsdən istifadə edərək meyit daşıyan maşınla Hadrutun mərkəzinə gedərək, şəhərin ermənilərin nəzərəti altında olduğunu bildirmişdir.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 941-dir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.
5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.
18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.
Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.
Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.
246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.
2020-ci il 19 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.
ANAMA-dan verilən məlumata əsasən, daxil olmuş 20 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Şənlik, Nəcəfqulubəyli, Poladlı kəndləri, Ağdam rayonunun Çəmənli, Alıbəyli, Paşabəyli kəndləri və Ergi qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Soğanverdilər, Təhlə kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kürdəmir rayonunun Karrar kəndi, Tərtər rayonunun Seydimli, Əskipara, Ələsgərli kəndləri və H.Aslanov küçəsi və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 240 mm-lik top mərmisi (M24F), 1 ədəd dron və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.