![]() |
|
“Ölkə.Az”a erməni mediasına istinadən xəbər verir ki, bu barədə sabiq deputatın qızı Ermine Matevosyan məlumat verib.
Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Levon Ter-Petrosyanın tərəfdarlarından biri olub.
Matevosyan Birinci Qarabağ döyüşlərinin iştirakçısı, 1995-1999-cu ildə isə Ermənistan parlamentinin deputatı olub. O 2008-ci ildə işğalçı ölkədə keçirilən prezident seççkilərində Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:17-də qeydə alınıb.
Zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.
Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
Report-un Yuxarı Şirvan bürosu Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Kürdəmir rayonu ərazisində zərərsizləşdirilən raketin düşdüyü yeri görüntüləyib. Həmin fotoları təqdim edirik.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir.
Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.
Baş Prokurorluqdan verilən məlumata görə, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.
Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.
Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Bu barədə o, mətbuat konfransında məlumat verib. O, ordunun könüllülərə ehtiyacı olduğunu da qeyd edib:
“Hazırda yük könüllülərin üzərinə düşmür. Amma könüllülərə ehtiyac var. Hazırda əsas ağırlıq “nizamlı” ordunun üzərindədir. Amma könüllülər çoxalsa, uğurlar daha çox olar.
Qeyd edək ki, Paşinyan dövlət strukturlarından könüllü dəstələrin yaradılmasını xahiş edib.