“Hatayda törədilən xain terroru qətiyyətlə qınayırıq”.

Oxu.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” hesabında paylaşım edilib. 

“Baş verən hücumun qarşısını alan qəhrəman türk polisini təbrik edir, İskəndərun xalqına keçmiş olsun diləklərimizi çatdırırıq”, - deyə paylaşımda qeyd olunub.

Hatayda gerçekleştirilmek istenen hain terör saldırısını şiddetle kınıyoruz.
Saldırıyı engelleyen kahraman #Türk polisini tebrik ediyor, #İskenderun halkına geçmiş olsun dileklerimizi iletiyoruz. #Terörekarşıdabirlikteyiz#Bizbirliktegüçlüyüz#TürkiyeAzerbaycan

— AzEmbassyTurkey (@AzEmbassyTurkey) October 27, 2020

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri" Cəlal Arutyunyan yaralanıb.
Report məlumata görə, separatçını bu vəzifədə Mikael Arzumanyan əvəzləyəcək.

Qeyd edək ki, Cəlal Arutyunyanın ölümü ilə bağlı da məlumatlar yayılıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

"Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik".
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk.

Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.

Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.

“Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (//vimeo.com/472347741).

Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir.

Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər. Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır", - H.Hacıyev əlavə edib.

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

Report xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirib.

Bu barədə “Anadolu” agentliyinə kəşfiyyat mənbələrindən xəbər verilib.

Qeyd olunub ki, PKK terrorçuları Azərbaycan hərbi qulluqçularının hərbi geyim forması geyinib. Öldürülən terrorçular isə Azərbaycan tərəfindən Suriyadan gətirilən muzdlular kimi təqdim ediləcək.

Qeyd edək ki, əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlular hər ay 600 ABŞ dolları alırlar.(Report)

“Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08:00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar”.

Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub:

“Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb.

10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub.

Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək, Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir.

Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir.

Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir.

Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb.

"Report"un xəbərinə görə, onlardan biri bildirib:

“Mən Mikayelyan Albert Yervandi sentyabrın 7-si 2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olmuşam. 2019-cu ilin dekabrın 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütməsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.

Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə göndərdiklərini etiraf ediblər.

"Ölkə.Az" xəbər verir ki, bunu Valera Ayrapetyan və Edik Tonoyan söyləyib.
"Mənim adım Valera Ayrapetyan Aşotoviçdir. Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Sentyabrın 27-si evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam. Mənə 8 nəfər qoşuldu. Biz dağlardan keçməyə başladıq. Hara gedəcəyimizi bilmirdik. Növbəti gün səhər azərbaycanlı hərbçilərin səslərini eşitdim. Onlara döyüşmək istəmədiyimizi, buranın bizim ərazi olmadığını dedik. Sadəcə təslim olub yaşamağımızı dedik. Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan şeyə görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin”.

Digər əsir Edik Solakoviç Tonoyandır: "Mən Edik Solakoviç Tonoyanam. 1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayandan sonra məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım ki, oğlumu yox, məni aparın. Razılaşdım ki, Ermənistan ərazisində xidmət edəcəyəm. Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox. Daha sonra məni Gorusa apardılar və bizə silah payladılar. Biz silahı götürmək istəmədik, ancaq dedilər ki, bu təhlükəsizlik üçündür, özünümüdafiə üçün lazım ola bilər. Daha sonra bizi Azərbaycan ərazisinə - Horadiz rayonuna apardılar. Biz orada səngər qazmağa başladıq. Bombalanma başladıqdan sonra biz durub qaçdıq. Mənimlə olanlar gənclər idi, qaça bildilər, ancaq mən qaça bilmədim. Təslim olmağa qərar verdim. Bütün erməni xalqına müraciət edirəm. Əziz həmvətənlərim, öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın. Biz əvvəllər yaxşı yaşayırdıq, yaxşı qonşu münasibətlərimiz var idi”.
 

Xəbər lenti