Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində yaralılardan 26 nəfər Yevlaxdakı xəstəxanalardan birinə yerləşdirilib.

Baku TV Yevlaxda müalicəsini davam etdirən yaralılarla danışıb. Bərdə sakinləri terror hadisəsinin dəhşətindən bəhs ediblər.

Qeyd edək ki, ermənilərin Bərdədə törətdikləri terror hadisəsi zamanı 21 nəfər ölüb, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.
"Ölkə.Az"a daxil olan açıqlamada deyilir:

"2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 20 nəfər həlak olmuş, 60-a yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".

***

Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Bu barədə"Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi, bu gün saat 13 radələrində düşmən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziləri raketlərdən atəşə tutub.

Xəbər verdiyimiz kimi, bu gün saat 13 radələrində düşmən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziləri raketlərdən atəşə tutub.

Düşmənin törətdiyi terror nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb.

Hadisə yerindən fotoları təqdim edirik: (oxu.az)

Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub.

Raket atəşi nəticəsində azı 5 mülki şəxs ölüb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür.

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların videogörüntüsünü yayıb.

Həmin görüntüləri təqdim edirik.

Ermənistan silhalı qüvvələri cəbhədə təxribatlarını davam etdirir.

Baku TV-nin cəbhə bölgəsindəki müxbirinin verdiyi məlumata görə, ötən gecə də düşmən cəbhənin müxtəlif istiqamətində Azərbaycan ordusunun üzbəüz mövqelərini və Tərtərin yaşayış məntəqələrini artilleriya atəşinə tutub.

Nəticədə, rayona xeyli ziyan dəyib.

Ermənistan parlamenti “Müdafiə haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

Oxu.az xəbər verir ki, bu barədə Aysor.am məlumat yayıb.

Qanun layihəsinə əsasən qeyri-nizami silahlı dəstələr - Ermənistanın hərbi hücum, bununla bağlı birbaşa təhdid və ya döyüş əməliyyatları zamanı vətəndaşların iştirakı ilə könüllülük prinsipi əsasında formalaşmış silahlı müdafiə sistemidir.

“Könüllü dəstələr Ermənistan sərhədində təhlükə altında olan məntəqələr və ya düşmənlə təmas xəttinin silahlı müdafiəsində, düşmənin xüsusi əməliyyatları zamanı diversiya, terrorçu, kəşfiyyat qüvvələrinə qarşı mübarizədə, xüsusi və vacib əhəmiyyətli obyektlərin silahlı müdafiəsində iştirak edə bilər. Könüllü dəstələr sistemi ərazi prinsipi üzrə fəaliyyət göstərir”, - məlumatda deyilir.

Düşmən ölkə parlamentinin digər bir qərarı ilə hərbi vəziyyət dövründə hüquqi və fiziki şəxslərin şəxsi əmlaklarının müsadirəsi haqqında qanun layihəsi qəbul edilib.

Burada fiziki və hüquqi şəxslərin şəxsi mülkiyyətindən istifadə etmək lazım olduqda yaranan münasibətlərin tənzimlənməsi nəzərdə tutulur.

Qeyd olunur ki, hərbi vəziyyət hüquqi rejimi zamanı hərbi vəziyyətlə əlaqədar problemlərin həlli üçün dövlətin sərəncamındakı mülkiyyət kifayət etmədiyi halda həmçinin fiziki və hüquqi şəxslərin də mülkiyyətindən istifadə oluna bilər.

Ermənistan parlamentinin bir digər qərarına əsasən isə Ermənistan Cinayət Məcəlləsində bir sıra fəaliyyətlərə görə cəza nəzərdə tutan bəzi maddələrin işlənib-hazırlanmasına yönələn dəyişikliklər edilib.

“Hərbi vəziyyət, müharibə və ya döyüş əməliyyatları zamanı müəyyən fəaliyyətlər üçün daha sərt cəzalar nəzərdə tutulur”.

Qeyd edək ki, bütün bu qərarlar işğalçı orduda tüğyan edən acınacaqlı vəziyyətin sübutudur.

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Bu barədə Ölkə.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.
Məlum olub ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb.
Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Oktyabrın 27-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 20 (iyirmi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 2 (iki) müraciət daxil olub.
ANAMA-dan bildirilib ki, daxil olmuş 22 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl kəndi, Taxtakörpü adlanan ərazisi və Hindarx qəsəbəsi, Ağdam rayonunun Ayaq Qərvənd və Əfətli kəndləri, Bərdə rayonunun Alpout, Qarayusifli, Böyük Göyüşlü kəndləri, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc, Düyərli, Ələsgərli, Qazyan kəndləri, Narlıq qəsəbəsi və E.Səfərov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd 57 mm-lik top mərmisi (BM-8), 1 560 ədəd piyada əleyhinə PMN minası, 67 ədəd piyada əleyhinə OZM-72 minası, 33 ədəd tank əleyhinə TM-62M minası, 18 ədəd tank əleyhinə TM-62P2 minası, 34 ədəd MVP partladıcısı, 202 ədəd MVÇ partladıcısı, 76 ədəd detonator və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıb.

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbər lenti