![]() |
|
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.
“Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.
Azerbaijan's gorgeous touristic center Gabala which is far away from theatre of military operations become target of Armenia's missile strike. Missiles launched from Gafan and Jermuk regions of Armenia. Most likely Saddam Hussein used Scuds. Insanity of Armenia has no limits. pic.twitter.com/TWLXjzMAjR
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 22, 2020
Artıq düşmənin rəsmi açıqladığı rəqəmlərlə 834 əsgərin öldüyü bildirilir.
Erməni əsgərlərini kütləvi şəkildə dəfn edən ermənilər itkilərin miqyasından dəhşətə gəlir.
Qəbiristanlıqlarda artıq yer tapmaq müşkülə çevrilib. Fotolardan da göründüyü kimi erməni əsgərlərinin qəbirləri sıra ilə düzülüb.
Ölkədə tabut və gül qıtlığı yarandığı üçün xarici ölkələrdən bu istiqamətdə sifarişlər artıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bununla bağlı özünün “Twitter” hesabında video yayımlayıb. O, bu vandalizm aktının ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsinə necə məhəl qoymadığını sübut etdiyini bildirib.
BREAKING: An #Azerbaijani #mosque turned by #Armenia into a pigpen. Discovered in the recently liberated #Zangilan district of #Azerbaijan, showing Armenia’s total disregard for Azerbaijani #heritage in occupied lands. 30 yrs of desecration destruction! pic.twitter.com/P7ZAYvE0Xq
— Nasimi Aghayev ?? (@NasimiAghayev) October 21, 2020
“Ermənilər tərəfindən donuz fermasına çevrilən Azərbaycan məscidi. Bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan rayonunda tapılan bu yer Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycan irsinə tamamilə məhəl qoymadığını göstərir. 30 il təhqir və məhv!”, - deyə o, videoya şərhində yazıb.
Qeyd edək ki, Azərbaycanda erməni kilsələri bu günə qədər qorunur. Hətta ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəfləyən raket hücumları zamanı bir erməni kilsəsinə zərər dəymişdi.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Onların təxliyyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla, çoxlu sayda itki verib.
Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.
543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub:
"Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub".
Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsəd işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir. (report)
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də, Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.
.
Report xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.
Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.