Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, çoxlu sayda ölən və yaralanan var.

Bundan əlavə, artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralanalar var", - nazirliyin məlumatında vurğulanıb.

Ermənistanın Meğri şəhərinin meri Mxitar Zakaryan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb.

 Report xəbər verir ki, 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumatlara əsasən, Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırır. Mxitar Zakaryan da belələrindəndir. Bəzi məlumatlara görə, o, döyüşdən yayınmaq üçün yaralanıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Ermənilər fərarilərini axtarmaq üçün yerli medialarında axtarışa başlayıblar.

Baku.ws xəbər verir ki, düşmən tərəfin çoxsaylı itkisi var. Hətta, xidmətdən yayınan və 27 sentyabrdan bəri heç bir xəbər ala bilmədikləri əsgərləri var.

Onlardan biri də 20 yaşlı Hovik Hovhannes Asatryandır. Onun axtarışı ilə bağlı əmisi Artavazd Asatryan danışıb. O bildirib ki, sonuncu dəfə qardaşı oğlu ilə 28 sentyabrda danışıb.

Qeyd edək ki, Dağlıq Qarabağda gedən döyüşlərdə düşmən tərəf çoxsaylı itki verib və geri çəkilməyə məcbur edilib. Erməni əsgərləri idarə etdikləri texnikaları, silahları, hətta papaqlarını ataraq döyüş meydanından qaçırlar. Döyüş Azərbaycan tərəfinin üstünlüyü ilə davam edir.

Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Report xəbər verir ki, oktyabrın 5-də düşmən Tərtər şəhərinə 400-ə yaxın top mərmisi atıb, nəticədə 8 ev tamamilə dağılıb, 48 evə isə ziyan dəyib.

Döyüşlərin başladığı gündən indiyədək Tərtərdə ümumilikdə 17 sosial obyektə və 298 evə ziyan dəyib, 68 ev isə tamamilə dağılıb. Rayonun 8 mülki sakini həlak olub, 33 nəfər isə yaralanıb.

Qeyd edək ki, düşmən oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir. 

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 27 mülki şəxsi qətlə yetiririlib, 141 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 63, yaşayış evlərinin sayı isə 376-dır.

Ermənistan Milli Məclisinin birinci vitse-prezidenti Vahe Enfiacyan öz feysbuk səhifəsində "Dəhşət" ləqəbli polkovnik-leytenant Artur Qalstyanın öldüyünü bildirib.

Qafqazinfo xəbər verir ki, V. Enfiacyan bu münasibətlə başsağlığı verib.

Oktyabrın 5-də Ermənistan silalı qüvvələrinin bölmələri tərəfindən Bərdə şəhərinə atılan raket nəticəsində bir nəfər ölüb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin atdığı raket nəticəsində bir qadın həlak olub, yaralılar var.

Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Adekvat tədbirlər görülür.

Xəbər lenti