![]() |
|
Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oxu.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Ordumuzun uğurlu əməliyyatlarından qorxan ermənilərin Dağlıq Qarabağdakı evlərini tərk etmələri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, onlar əşyalarını maşınlara yaşayış yerlərindən qaçıblar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Köməyə gələn ehtiyat qüvvələr Azərbaycan Ordusunun bölmələri tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib", - nazirlikdən bildirilib.
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutulub.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin, 26 mülki obyektə, o cümlədən, Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Report xəbər verir ki, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar.
Bundan başqa, ermənilər ağır artilleriya qurğularından cəbhə xətti boyu mülki əhalini hədəfə alaraq yaşayış məntəqələrini atəşə tutublar. Atılan mərmilərdən biri Tapqaraqoyunlu kəndinin ərazisində boş sahəyə digəri isə Naftalan-Qaşaltı-Tapqaraqoyunlu magistralına düşüb. Nəticədə magistrala düşən mərmi mülki şəxsə məxsus "VAZ-21011" markalı avtomobilə ziyan vursa da mərmilərin düşdüyü ərazilərdə dağıntı və tələfat olmayıb.
Hazırda cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir.
Müdafiə Nazirliyi səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik:
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Sentyabın 30-u səhər saatlarında düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki mənzilə düşüb. Nəticədə evə ziyan dəyib.
Ev sahibi Tofiq Ağayev "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı evdə olub: "Biz digər otaqda televizora baxırdıq. Birdən yataq otağından mərmi səsi gəldi. Allaha şükür ki, xəsarət alan yoxdur".
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qoşunların idarə edilməsi tam pozulub.
Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyyəsi üçün kömək istəyir.
Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.