Tərtərdə daha iki mülki şəxs yaralandı

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

"Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmən yenə təxribata əl ataraq dinc əhalini həfəf alıb.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub. Bunlar şəhər sakinləri - 1981-ci il təvəllüdlü Novruzov Saleh Qaytaran oğlu və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

“Caliber” “YouTube” kanalı işğalçı erməni ordusunun postunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınmasından sonra görüntülərini yayımlayıb.

Görüntülərdə erməni hərbiçisinin postdan qaçmasın deyə öz komandirləri tərəfindən ayağının qandallandığı görünür.

 
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir.

Report xəbər verir ki, Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Eyni zamanda, ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu düşmənə məxsus silah-sursatları, hərbi texnikaları qənimət kimi ələ keçirib.

Bununla yanaşı, düşmənin bir qrup hərbi qulluqçusu təslim olub və onlar Azərbaycan Ordusunun rəşadətli hərbçiləri tərəfindən əsir götürülüb.

Sosial şəbəkələrdə ermənilərin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxaraq, Laçından qaçdığını əks etdirən foto yayılıb.

Fotoda ermənilərin maşınlara yığmaq üçün əşyalarını hazırladıqları görünür.

Sosial şəbəkələrdə ermənilərin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxu və təşvişə düşərək, Xankəndidən qaçdığını əks etdirən görüntülər yayılıb.

Oxu.az bildirir ki, görüntülərdə qeyd olunur ki, ermənilər maşınlarla İrəvna qaçırlar.

Qeyd edək ki, Azərbaycan Ordusu erməni işğalçılarının 27 sentyabrdan başlayaraq törətdiyi təxribatlardan, cəbhəyanı kəndləri atəşə tutmasından sonra işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatı həyata keçirir.

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

 

Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun ermənilərə məxsus kamikadze dronu məhv etməsi kameralara düşüb.

Baku.ws xəbər verir ki, Ermənistanın xain hücumuna cavab verən ordumuz düşmənə daha bir zərbə vurub. Dronun vurulması kamerası anbaan cəbhə bölgəsində çəkiliş aparan Türkiyənin "A haber" kanalının kameralarına düşüb. 

Kanalın müxbirinin sözlərinə görə, erməni ordusu müntəzəm olaraq hücumlara cəhd edir. Ancaq Azərbaycan Ordusu səlis atəşləri ilə onun bütün cəhdlərinin qarşısını alır. 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmənin ümumi itkilərinin aşağıdakı kimi olduğunu açıqlamışdı. 

-   200-dək tank və digər zirehli texnika;

-   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

-   30 ədəd hava hücumundan müdafiə vasitələri;

-   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

-   5 silah-sursat anbarı;

-   110-dan artıq avtomobil texnikası;

-   1 ədəd “S-300” zenit-raket kompleksi.

Dünən və bu gün də düşmənin çox sayda texnikası, o cümlədən canlı qüvvəsi məhv edilib. 

Videonu Ölkə.Az-ın teleqram hesabından izləyə bilərsiniz:

//t.me/olkeaz/1115

Fövqəladə Hallar Nazirliyi (FHN) erməni təxribatı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:

"Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır.

Belə ki, ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda Nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir.

Odur ki, bir daha vətənşlarımıza müraciət edərək belə zənglərə və ya çağırışlara heç bir halda inanmamağa, yalnız rəsmi dövlət qurumlarımızın rəsmi məlumatlarına etibar etməyə çağırır və əmin edirik ki, aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Oxşar zəng və ya məlumatlarla rastlaşdıqda Nazirliyin “112” qaynar xəttinə müraciət edilməsi xahiş olunur".

Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib. Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.

Xəbər lenti