![]() |
|
Azərbaycan Müdafiə Nazriliyi düşmən qüvvə və vasitələrinin məhv edilməsinin yeni videogörüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik.
"Ölkə.Az" Sputnik-Ermənistan-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 54 hərbçisini itirib.
Ümumiyyətlə, düşmən tərəfi 157 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb. (oxu.az)
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də, dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var.
Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var:
“Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Günlərdir davam edən döyüşlərdə Azərbaycan ordusu düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsini məhv edib.
“Caliber” “YouTube” kanalı məhv edilən erməni hərbçilərin görüntülərini yayımlayıb.
Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub. (oxu.az)
Baku.ws xəbər verir ki, bu barədə "Exo Moskvı" radiostansiyasında bildirilib.
Erməniləri dəhşətə salan, onların kabusuna çevrilən Azərbaycanın uçan pilotsuz aparatlarıdır. Xankəndidə məskunlaşdırılan ermənilərin böyük əksəriyyəti Azərbaycan ordusunun əks-hücum həmlələrindən qorxuya düşərək şəhəri tərk edib. Şəhərdə qalan az sayda erməni isə PUA-nın yaratdığı qorxunun təsirindən günlərini sığınacaqlarda keçirməli olurlar.
Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 200-dək tank və digər zirehli texnika;
- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 30 ədəd hava hücumundan müdafiə vasitələri;
- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 5 silah-sursat anbarı;
- 110-dan artıq avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Müdafiə Nazirliyi düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.
Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər həlak olub.
Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumatına görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər şəxs isə həlak olub.
Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.