70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

APA bildirir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.

Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video

Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb.

Məlumatı "Azad İran” yayıb.

Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb.

Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər

"Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib".

Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.

"2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb ki, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib.

Qeyd etmək istəyərəm ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olur. Lakin həmin uçuş aparatlarının saxlanılması təmin edilir, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınır", - Araz Məmmədov bildirib.

Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10° isti olacaq.

Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb

Uşaqlar arasında təhlükəli virus yayılıb.

 Xezerxeber.az məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.

A. Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar.
 

İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Kibercinayətkarların vətəndaşlara toy dəvətnamələri göndərərək dələduzluq etdikləri barədə məlumatlar yayılıb.

Son günlər vatsap mesajlaşma tətbiqi vasitəsilə vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi "toy dəvətnaməsi” kimi göndərilir.

Həmin faylı yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallarda diqqətli olmağa çağırıb.

Daha ətraflı "Xəzər Xəbərin” videomaterialında:

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir

Ermənistan hakimiyyəti onların geri qayıtmaq istəmədiklərinə tam əmin olub

“Dağlıq Qarabağdan olan soydaşlarımız sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər”. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır. Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək. Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir.

Bu qərarın arxasında hansısa hiylə varmı?

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü köçmüş erməni əhalinin böyük əksəriyyəti onsuz da Ermənistan vətəndaşlığı olan şəxslərdir: “Həmin ermənilər işğal dövründə Qarabağa qanunsuz köçmüş və köçürülmüş ermənilər idi. 2023-cü ilin sentyabrında Qarabağdan  köçən zaman jurnalistlərə özləri də etiraf edirdilər ki, Ermənistan vətəndaşıdırlar. Hətta onların bir çoxu Suriyadan, Livandan və digər ölkələrdən Qarabağa gəldiklərini deyirdilər. Rusiya vətəndaşı olduqlarını söyləyənlər də var idi. Ermənilərin özlərinin açıqlamaları uzun illər işğalda olan Qarabağda erməni əhalinin qanunsuz yerləşdirildiyini bir daha təsdiqlədi. Çox az sayda erməni var idi ki, onlar Birinci Qarabağ müharibəsindən öncədən orada yaşayan Azərbaycan vətəndaşları idilər. Azərbaycan dövləti dəfələrlə ən yüksək səviyyədə onlara çağırış etdi ki, köçməsinlər və vətəndaşımız olaraq yaşasınlar. Ancaq məlumdur ki, ermənilər bu müraciətləri dinləmədilər və könüllü şəkildə köçüb getdilər. Bir neçə ay öncə isə Ermənistan mediasında həmin ermənilərin Ermənistan vətəndaşlığı almaq üçün müvafiq rəsmi qurumlara müraciət etdikləri haqda xəbərlər yayılmışdı. Məsələn, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Qazaryan parlamentdə çıxışı zamanı demişdi ki, Qarabağdan köçmüş ermənilər Ermənistan vətəndaşlığı almaq üçün kütləvi müraciətlər edirlər. Qarabağ erməniləri üçün Ermənistan vətəndaşlığının alınmasına sadələşdirilmiş prosedur qüvvədədir. Avqustun 30-na kimi 2900-dən çox erməniyə vətəndaşlıq verildiyini də demişdi. Ermənistan qanunlarına görə sadələşdirilmiş prosedur zamanı vətəndaşlıq orta hesabla iki ay ərzində verilir.

Hökumət vətəndaşlığı olmayan ermənilərin Ermənistanda yaşamasının dövlət üçün problemlər yaratdığının fərqindədir. Ona görə də bu problemi qeyd olunan ermənilərə vətəndaşlıq verməklə həll etmək istəyirlər. 2023-cü ilin sentyabrında ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Ermənistan pasportu olmayan ermənilər seçim etməli olublar. Yəni ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da Ermənistan vətəndaşı olmaq seçimi. Onlar Ermənistan vətəndaşı olmaq seçimini etdilər. Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıtmaq istəmədiklərini də bir neçə dəfə bəyan edib. Paşinyan öz çıxışlarında bu məsələ ətrafında dəfələrlə açıqlamalar verərək bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi qayıdıb yaşamaq istəmirlər.

Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtmaq istəmədiyinə tam əmin olub və ona görə də könüllü köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verilir. Qarabağdan çıxmış ermənilərin bir hissəsi xarici ölkələrə daha yaxşı yaşayış üçün gediblər, yerdə qalanlar da Ermənistan vətəndaşlığı alaraq orada yaşamağa davam edəcək. Kimlərdə Ermənistan pasportları yoxdursa, onlara da verilir".

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, hazırda Qarabağdan Ermənistana könüllü olaraq köçmüş erməni sakinlərin bir hissəsi qeyri-müəyyən vəziyyətdədir, hökumət bu vəziyyəti düzəltmək istəyir: “Onlar əvvəllər iddia edirdilər ki, Ermənistan vətəndaşı olaraq Qarabağda yaşaya bilərlər. Həqiqətən də Qarabağ Ermənistan Silahlı Qüvvələrinin və separatçı erməni terrorçu qruplarının işğalı altında olduğu zamanlarda orada Ermənistan vətəndaşları olan çoxlu sayda erməni qanunsuz yaşayırdı. Qarabağdan köçmüş erməni əhalinin böyük hissəsi Ermənistan vətəndaşı idi. Hətta digər başqa ölkələrin də vətəndaşları olan ermənilər gəlib Qarabağda yerləşmişdilər. Orada yaşayan erməni əhalinin bir hissəsi isə əslində Azərbaycan vətəndaşı olan, lakin Azərbaycan vətəndaşlığını qəbul etməyənlər idi. İndi onlar bölgəni könüllü tərk etdikdən sonra qeyri-müəyyən vəziyyətlə üz-üzə qalıblar, vətəndaşlıq problemi yaşayırlar. Azərbaycan vətəndaşlığından imtina etdikləri üçün Ermənistan vətəndaşlığını almağa çalışırlar. Belə görünür ki, Ermənistan hökuməti də onlara Ermənistan vətəndaşı pasportu almaları üçün şərait yaradır. Bunun üçün qanuni prosedur elan edilib. Ona görə də Ermənistan hökumətinin bu qərarının arxasında hansısa hiylənin dayandığını düşünmürəm. Qarabağdan könüllü gedən 20-30 min erməni ilə bağlı məsələnin hüquqi tənzimlənməsi ilə bağlı addımlar atılır. Bu, Ermənistandaxili ictimai-siyasi həyatda sabitliyin bərqərar olması üçündür. Görünən odur ki, baş nazir Nikol Paşinyan bir neçə güc strukturunun rəhbərini iki gün öncə vəzifədən azad edib və daxildəki proseslərlə bağlı yeni islahatlara başlayıb. Ola bilər ki, ölkədə hansısa seçkilər və ya referendum da keçiriləcək. Hökumət həm də Azərbaycanla sülh sazişinə hazırlıqla bağlı bu addımları atır. Azərbaycanla münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı son vaxtlar onların açıqlamalarında bir müsbət dinamika müşahidə olunur. Qarabağdan köçmüş vətəndaşlığı olmayan ermənilərə Ermənistan vətəndaşlığı verilməsi ilə müəyyən gərginliyə son qoyulmuş olacaq. Mən Ermənistan hakimiyyətinin bu addımını müsbət dəyərləndirirəm”. 

Qarakənd faciəsindən 33 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.

Qarakənd faciəsindən 33 il ötür.

1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – deputat

Vəli Hüseyn oğlu Məmmədov – deputat

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı

Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.

Ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.

Xəbər lenti