|
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.
Bunu Bizim.Media-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.
O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.
Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat Hadı Rəcəbli 76 yaşında vəfat edib.
Ölkə.Az 1995-2020-ci illər arasında parlamentdə millət vəkili kürsüsündə əyləşən H.Rəcəbli haqqında yaddaqalan məqamları təqdim edir.
Bunlardan biri onun sabiq deputat Hüseynbala Mirələmovla dostluğudur. Hələ uşaqlıq vaxtından bir parta arxasında əyşələn Rəcəbli və H.Mirələmov taleyin qismətindən sonradan da Milli Məclisin iclas zalında yanaşı əyləşiblər.
Onların hər ikisi uzun illər deputat olub. 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası fevralın 13-də 4 dairənin nəticələrini ləğv edib. Bu dairələrdən ikisi - 74 saylı Lənkəran kənd seçki dairəsi və 33 saylı Xətai birinci seçki dairəsi H.Rəcəbli və H.Mirələmovun lider olduğu dairələr idi.
Deputat olduğu 25 il ərzində H.Rəcəbli bir sıra açıqlamaları ilə yadda qalıb.
Sözsüz ki, onun ən yaddaqalan çıxışı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər idi. Mərhumun 2015-ci ildə "Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir" başlığı ilə tirajlanan açıqlaması kəskin tənqid edilmişdi. Hətta bununla bağlı karikatura və "caps"lər hazırlanmışdı.
"Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
Sabiq millət vəkili daha sonra növbəti dəfə açıqlama verərək ailə üzvlərinin çoxunun müəllim olduğunu, sözlərinin konsteksdən çıxarıldığını söyləmişdi.
Mərhum deputatın müzakirə olunan növbəti təklifi isə sosial şəbəkələrin bağlanması barədə 2018-ci ildə dedikləri idi.
Hadı Rəcəbli sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniyanın qarşısını almaq üçün belə bir təklif irəli sürmüşdü.
“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”, - Hadı Rəcəbli Ölkə.Az-a bildirib.
O, daha sonra yenə də sözlərinin təhrif edildiyini demişdi.
Sabiq deputat 2018-ci ildə doğum günündə verdiyi müsahibəsində "Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var" sözləri də nədənsə xeyli müzakirə olunmuşdu.
H.Rəcəblinin 2016-cı ildə Milli Məclisdə ailə ilə bağlı səsləndirdiyi fikirlər də birmənalı qarşılanmayıb.
"Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq.
Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik. Təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir", - H.Rəcəbli bildirib.
2017-ci ildə deputatın yerli mətbuata açıqlamasında "insanların ömrü uzanıb", "pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur" sözləri də xeyli danışılmışdı.
2018-ci ildə Milli Məclisin iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin “143 manata bir ay normal yaşamaq olar” dediyi iddia edilirdi.
Bu xəbərdən sonra tənqid hədəfinə çevrilən deputat onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini söyləmişdi.
2020-ci ildə deputatın karantin qaydalarını pozaraq nəvəsinə 150 nəfərlik toy etməsi barədə yazılanlar da H.Rəcəblini qəzəbləndirmişdi. Belə bir toyun baş tutmadığını deyən sabiq deputat "bir az mənə imkan verin, istirahət edim, nə olar” sözlərini demişdi.
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılmasından sonra H.Rəcəbli yaxın dostunun müdafiəsinə qalxmışdı.
Onun "Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər” sözləri də dildən-dilə düşmüşdü.
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.
Bunu “Report”a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.
Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.
APA xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.
Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
***
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.
Son günlər yeni dələduzluq üsulları yaranıb.
Sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəyirlər.
Saxta elan saytları yaradaraq "kəsirləri düzəldirəm, imtahan ballarını artırıram" kimi vədlər verib vətəndaşları aldadırlar.
Daha ətraflı "ATV Xəbər"in süjetində:
Xəbər verdiyimiz kimi, bu gündən etibarən güclü maqnit qasırğası müşahidə olunacaq. Maqnit qasırğası iki gün boyunca təsirli olacaq.
Nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlamasında müşahidə olunan maqnit qasırğa və onun təsirləri barədə insanlara bir sıra tövsiyələr verib:
“Maqnit qasırğaları ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda, yüksək təzyiq və şəkərli diabet xəstələrində öz təsirini daha ciddi şəkildə göstərir. Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən həmin şəxslərə tövsiyə edirik ki, ehtiyac olmadıqda sözügedən dövrdə açıq havaya çıxmasınlar və daha çox qapalı, sərin məkankarda vaxt keçirsinlər. Bundan əlavə, bu cür xəstəliyi olanlar dərmanlarını mütəmadi olaraq qəbul etməli, şəkər və təzyiqlərini normada saxlamalı, əks-göstəriş olmadığı təqdirdə 2 litr maye qəbul etməlidirlər. Bu dönəmdə təzyiq və şəkərləri yüksələrsə, həkimə müraciət etmələri mütləqdir”.
Həkim bildirib ki, maqnit qasırğaları heç bir xroniki xəstəliyi olmayan, səhhəti normal olan insanlara da təsir göstərir:
“Həmin şəxslər bu dövrdə ciddi bir problem yaşamasa da, bu adamlarda da yüksək təzyiq müşahidə edilir. Həmçinin, sağlam insanlarda əzginlik, yorğunluq, gün ərzində yuxululuğun artması, baş ağrıları özünü göstərə bilər. Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır.
Bununla yanaşı, maqnit qasırğası zamanı bəzən tam sağlam insanlarda da müəyyən diskomfort hissi yarana bilər. O halda müəyyən sakitləşdirici preparatlardan istifadə etmək mümkündür. Həmçinin belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur”.
Azərbaycanda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Saatlı stansiyasından 18 km şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Mingəçevir şəhərində tanışlar arasında baş verən dava qanla bitib.
Oxu.Az xəbər verir ki, hadisə şəhər sakini Qurban İsmayılovun evində qeydə alınıb.
Belə ki, mübahisə zamanı 35 yaşlı Yaməddin Rüstəmov 27 yaşlı Qurban İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu döyərək ona müxtəlif bədən xəsarətləri yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.