Bakı metrosunda iki qadının halı pisləşdi

Bakı metrosunda olay yaşanıb.

Milli.az xəbər verir ki, hadisə metronun "28 May" stansiyasında baş verib.

Belə ki, 25-30 yaslarında olan qadınların anidən halı pisləşib. Stansiyadan olan digər sərnişinlər onlara köməklik göstəriblər.
DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.

 Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Qurban Yetirmişli bildirib ki, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər ifşa edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələrilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.

Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İsmayılov Kamran Əhmədağa oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib.

Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.

Lazimi Nəriman Məmmədtağı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib. Barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Şahbuza 20 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda noyabrın 29-u saat 09:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115 %-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.

Bəzi ərazilərdə şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Bildirilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Əhaliyə XƏBƏRDARLIQ: Bu gecədən başlayır, ilin sonuna qədər...

Bu cümə günü - 29 noyabrda Yer kürəsində orta-güclü maqnit qasırğası gözlənilir. Geomaqnit təsirin 6 bal gücündə olacağı proqnozlaşdırılır.

Bu barədə Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri xəbərdarlıq edir.

Məlumata əsasən, qasırğanın pik dövrü bu gecə saat 00:00-dan sabah günorta saat 12:00-a qədər davam edəcək.

Gün ərzində təsir zəifləsə də, saat 18:00-dan 21:00-a qədər 4 bal gücündə ikinci bir aktivlik gözlənilir. Mütəxəssislər bu qasırğanı G2 səviyyəsində qiymətləndirərək, orta-güclü olduğunu bildiriblər.

Proqnozlara əsasən, bu maqnit qasırğasından sonra ilin sonuna qədər Yer maqnitosferi sabit vəziyyətdə qalacaq.

Belə geomaqnit hadisələri meteohəssas insanlar üçün yorğunluq, baş ağrıları, yuxu pozuntuları kimi təsirlərə səbəb ola bilər. Rabitə və peyk sistemlərində də texniki problemlər yarana biləcəyi bildirilir. Mütəxəssislər bu günlərdə fiziki aktivliyi azaltmağı, bol maye qəbul etməyi və rahat mühitdə olmağı tövsiyə edirlər.

Qeyd edək ki, G2 səviyyəli geomaqnit qasırğası “orta-güclü” kateqoriya hesab olunur. Geomaqnit qasırğaları Kp indeksinə əsasən ölçülür və G1-dən (zəif) G5-ə (ekstremal) qədər sıralanır. Maqnit qasırğaları aşağıdakı təsirlərlə müşahidə olunur:

Texnoloji təsirlər: Elektrik şəbəkələrində gərginlik problemləri yarana bilər. Peyk əməliyyatlarında xətalar və rabitə kəsintiləri ola bilər.

Təbii hadisələr: Qütb işıqlarının (aurora) adi yerlərdən daha cənubda görünməsi mümkündür.

Sağlamlıq təsirləri: Meteohəssas insanlar üçün narahatlıq, yuxu problemləri və yorğunluq yarada bilər.

Bu cür qasırğalar həm texnologiyaya, həm də insan fəaliyyətinə ciddi təsir göstərə bilər və bu səbəbdən diqqətli olmaq tövsiyə olunur.

Faciəvi qəza göstərdi ki, nə cərimə, nə zolaq... - Tovuzdakı hadisə

"Dünən axşam Tovuzda baş verən faciəvi qəza çılpaq həqiqəti bir daha göstərdi. Dünya mediasının da gündəminə düşəcək bu qəza təkrarən göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaq məsələsidir. Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır".

Bunu yol-nəqliyyat eksperti Ərşad Hüseynov qeyd deyib. O bildirib ki, təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət proqramında idi:

"Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı.
Bir daha vurğulamaq istəyirəm ki, bu iş cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək. Yanaşmalar dəyişməlidir, real iş görülməlidir. Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir. Həmin işlər çoxdur, hamısı da Dövlət proqramında yazılmışdı.

Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması (təəssüf ki, 13 yaşlı bu yeniyetmənin də həyatının risk altında olduğu qeyd edilir) çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər".

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Eyni zamanda qəza zamanı "Mercedes" markalı avtomobildə olan E.Həsənov dünyasını dəyişib, onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Dəhşətli qəzada ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum oldu

Tovuzda ağır yol qəzasında ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan E.Həsənov dünyasını dəyişib.

Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR

Cəbhə bölgəsi olan ərazilərin dövlət təhlükəsizliyi üçün necə mühüm olduğu bir daha təsdiqləndi

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin həbsi cəbhə bölgəsi olan ərazilərə səfərlərin  dövlət təhlükəsizliyi üçün necə mühüm olduğunu təsdiqlədi.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyev Azərbaycan  Ordusunun döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkədə yayıb. Bununla da dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.  Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs-qətimkan tədbiri seçilib.

O da qeyd edilməlidir ki, mediaturlar təşkil ediləndə bu cür məsələlərə diqqət etmək vacibdir, hər şeydən öncə iştirakçılara hansı bilgiləri verilməməsi diqqətlərinə çatdırılmalıdır. 

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov 

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tək hərbçilər deyil, Azərbaycanın sərhəd ərazisində yerləşən mülki insanlar da diqqətli olmalıdır. Ərazilərin videosu və fotosu çəkilməməlidir: “Həmin fotolara strateji əhəmiyyət kəsb edən obyektlər də düşə bilər. Hərbçilərimiz bu məsələdə nizamnamə qaydalarına riayət etməlidirlər. Qanunlardan kənara çıxmaq qətiyyən olmaz. Hərbi hissələrin yerləşdikləri yerlər, strateji obyektlər, postlar ictimaiyyətə göstərilməməlidir. Çünki bu görüntülərə tək Azərbaycan xalqı baxmır, düşmən də xəbərləri oxuyur, izləyir. Düşmənin gözü bizdədir. Tək Ermənistanın deyil, digər dövlətlərin də Azərbaycanda marağı var. Onlara da hərbi hissələrin harada dislokasiya olunduğu maraqlıdır. Buna görə də hərbçilər və ehtiyatda olan hərbçilər qanunda nə yazılıbsa, onu etməlidirlər. Kiçik səhv böyük fəlakətə səbəb ola bilər. Sərhəd rayonlarında yaşayanlar xüsusilə məlumatlandırılmalıdır. İşğaldan azad olunmuş ərazilərə səfər edənlərə də xəbərdarlıq edilməli, onlar bilgiləndirilməlidir. Əgər bir adam hərbçidirsə, hərbi məlumatlarla bağlı bilgilidirsə, o, xüsusən diqqətli olmalıdır. Çünki hərbi hissələr ictimaiyyətə bağlı məkandır. Mən xidmətdə olarkən də kimsə hərbi hissənin şəklini çəkirdisə, saxlayıb araşdırırdım. Çünki birinci hərbi hissənin şəklini çəkmək olmaz, ikincisi isə hər kəs xoş niyyətli deyil. Biz diqqətli olmalıyıq, bu gün bizim Ermənistan kimi düşmənimiz var. Sərhəddə bizi xoşlamayan, daxilən qəbul etməyən qonşularımız var. Onların əlinə sirr vermək olmaz. Hərbi hissələrin rəhbərləri bu məsələləri nəzarətə götürməlidir, o insanlara izah etməlidirlər.  

Bu mövzuda sosial şəbəkələrdə, mətbuatda ciddi maarifləndirmə aparılmalıdır".

Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alıb:

Çingiz Namizəd oğlu Həsənli 4 saylı Naxçıvan şəhər, Yadigar Ayaz oğlu Bağırov 101 saylı Samux-Şəmkir, Babək Yaşar oğlu Abbasov 102 saylı Şəmkir şəhər, Vüqar Lətif oğlu Bayramov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

Ramil Əsgər oğlu Sadiqov 4 saylı Naxçıvan şəhər, Qalib Natiq oğlu Abbasov 78 saylı Lənkəran kənd, Azər Rasim oğlu Ələsgərov 101 saylı Samux-Şəmkir, Əli Abbas oğlu İsmayılov və Mübariz Ələddin oğlu Cəfərov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var

Bu gün Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1986-cı il təvəllüdlü (kişi) şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü qadına hər iki bud sümüyünün sınığı, 2017-ci il təvəllüdlü uşaq isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib.

Qeyd olunub ki, iki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, uşaq isə hazırda əməliyyat olunur: "1992-ci il təvəllüdlü şəxs (kişi) həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb".

Məlumat üçün bildirək ki, daha iki nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



***
Sabirabadda baş verən yol qəzasında 3 nəfər ölüb.

Bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı Sabirabad sakinləri -  Umudov Samir Qurbanqulu oğlu, Hacıyev Manaf Poladxan oğlu və Şirvan şəhər sakini Abizərova Salatı Rəhman qızı ölüb.

Hadisə nəticəsində xəsarət alan iki nəfər isə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

***

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti