![]() |
|
Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.
Bu barədə Akademiya məlumat yayıb.
Məlumat üçün bildirək ki, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olub. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il çalışıb. Təhlükəsizlik orqanları sıralarında fəaliyyət göstərdiyi zaman Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında misilsiz əməyi olub.
O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərib. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olub, peşəkar fəaliyyətinə görə bir neçə dəfə medal və Fəxri fərmana layiq görülüb.
C.Bəylərov “Alyans” Veteranlar Birliyinin üzvü kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak etmiş, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayıb.
Allah rəhmət eləsin!
"Report"
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Həmin tədbirlərin davamı olaraq, “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılan 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Qeyd olunan qanunsuz əməllərə görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühum ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bununla yanaşı, məlumat üçün qeyd edilməlidir ki, bu günə kimi “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumilikdə 11 şəxs barəsində 7 cinayət işi üzrə istintaq aparılmaqla 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilib və məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri ilə elan edilib ittihamlar üzrə təqsirli bilinərək müxtəlif cəzalara məhkum ediliblər.
A. Hüseynov “Prado”nu idarə edirmiş.
00.50
Sabirabad rayonunun Qalağayın kəndi ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi müəyyən edilib. Qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu daxili qanaxma ilə əməliyyata götürülüb.
Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Məmmədova Nigar İxlas qızı və sürücü Sabirabad sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu hadisə yerində ölüblər.
Bakıda avtomobili ikinci cərgədə saxlayaraq yol kəsən sürücüdən şikayət var. Avtosfer.az xəbər verir ki, 10 PZ 092 dövlət nömrə nişanlı, "Tayota" markalı avtomobilin sürücüsü Həsən Əliyev küçəsində, "Asan Xidmət"in yaxınlığında avtomobili ikinci cərgədə saxlayaraq gedib. Digər sürücü isə parkinqdən çıxa bilməyib. Təxminən 10 dəqiqədən sonra qayıdan sürücüyə irad bildirəndə özünü gah Prezident Adminstrasiyası, gah da "Port Baku"nun əməkdaşı kimi təqdim edib. Cibindən vəsiqə çıxardaraq əməlinə haqq qazandırmağa çalışıb. Görüntüləri təqdim edirik:
Avtosfer.az xəbər verir ki, videoda adı çəkilən Nurupaşa Abdullayev 2016-cı ildə Bakıda 20 yol polisi maşınından qaçaraq avtoxuliqanlıq edən, 2017-ci ildə isə qeyri-müəyyən səbəbdən ölən Nicat Abdullayevin atasıdır. Nicat Abdullayev həbs ediləndə atası Nurpaşa Abdullayev onu xilas etmək üçün polislərə təzyiqlər göstərməyə çalışmışdı.
Azərbaycan Dillər Universitetini bitirən Nicat Abdullayev həm də ailənin tək övladı idi. O, avtoxuliqanlığa görə dəfələrlə məhkum olunmuşdu. Atası onun əlindən avtomobili alsa da, dost-tanışın maşınını götürüb öz əməllərini təkrar edirdi.
Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olmuşdu.
Nicat Abdullayevin atası Nurupaşa Abdullayev Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi idi. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurupaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.
AFN xəbər verir ki, saxlanılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin qudası da var. S.Əlizadə həm də müğənni Safura Əlizadənin atasıdır.
DTX-nın açıqladığı məlumata görə, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadənin və nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
"Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub” – deyə məlumatda bildirilir.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bununla bağlı DTX məlumat yayıb.
Bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.<ins'>
Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.
Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək, elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.