Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman “İnstagram” hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Yenicag.az məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Həbs cəzası verilən İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Qeyd edək ki, “Fairmont Baku” otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” deyə müraciət ünvanlayıb.

Xatırladaq ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermişdi. Qəza iştirakçılarından biri də Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobil idi. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəymişdi.

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI

“Karantin rejiminin pozulması həm də mədəniyyət məsələsidir, cəmiyyətə hörmətsizlikdir”.
Oxu.az verdiyi xəbərinə görə, bunu “Yeni TV”nin efirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xüsusi karantin rejimində yas və toy mərasimi keçirən, hovuzlarda istirahət edən vətəndaşlarla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycanda hüzür məclislərinin keçirilməsi ilə bağlı yaxşı ənənə var. Deputatın fikrincə, bu, o demək deyil ki, ağır bir məqamda çadır qurub, insanları ora dəvət edəsən.

“Sən yüzlərlə insanın xəstələnməsinə bais olursan. Sən o yası verirsən ki, gəlib ölünə rəhmət oxusunlar. Əgər bu rəhmət olmayacaqsa, əvəzində insanlar xəstəliyə tutulacaqsa, ölünün ruhu da dinc olmayacaq”, - deyə M.Quliyev əlavə edib.

Millət vəkilinin sözlərinə görə, qanun hər yerdə birincidir və vətəndaş ona riayət etməlidir:

“Telefonla, sosial şəbəkə vasitəsilə, qəzetdə də başsağlığı vermək olar. İnsanlar yasa toplaşmaqla, ehsan verməklə, nə Allahın ölüyə münasibəti dəyişəcək, nə də ölünün yeri yumşaq olacaq”.
M.Quliyev “Fairmont Bakı” hotelində karantin rejiminin pozulmasından da danışıb:

“Bu, bir tərəfdən ola bilsin ki, məsuliyyətsizlikdir. Digər tərəfdən isə qudurğunlaqdır. Bu, cəmiyyətə meydan oxumaqdır. Belə bir vaxtda sən gedib bayram edirsənsə, bu, nonsensdir. Burada bayram əhval-ruhiyyəsi yoxdur. Camaat koronavirusla ölüm-dirim mübarizəsi aparır. Deyirsən ki, mən gedib hovuzda dincəlməliyəm. Bu mənəviyyat məsələsidir, qınanmalıdır”.

Qeyd edək ki, iyunun 5-də “Fairmont Bakı” otelində xüsusi karantin rejimi qaydalarına əməl edilməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan videoda əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu
Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb.
 
APA-nın məlumatına görə, hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb.
 
Dəmir yolunu keçən “ATECO” markalı yük maşınını qatar vurub. Nəticədə, sürücü ağır xəsarət alıb. Yaralı sürücü qolunun travmatik amputasiyası vəziyyətində təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
ANS-in keçmiş aparıcısının atası da koronavirusdan öldü

Azərbaycanda bir necə gün öncə anasını koronavirusdan itirən tanınmış aparıcının atası da vəfat etdi.

Bakupos xəbər verir ki, bir neçə il öncə fəaliyyətini dayandıran ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVİD-19 testi ötən ay pozitiv nəticə vermişdi. Onların hər ikisi "Yeni Klinika"ya yerləşdirilmişdilər. Bu gün aparıcı atasının da virusdan dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, N.Əhmədovanın anası həkimlərin bütün səylərinə baxmayaraq bir həftə öncə vəfat edib.

Uzun müddət ANS PRESS portalının da baş redaktoru,eləcə də "Xəbərçi"nin aparıcısı olan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır.

Azərbaycanda 2 polis koronavirusdan vəfat etdi
Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.

Ermənilər gərginliyi artırmaq məqsədilə atəşkəsi pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb
Bakıda daha bir güclü yanğın başlayıb.
 
Hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində, məcburi köçkünlərin məskunlaşdığı binalardan birində baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.(Trend)
Yanğın baş verən ərazidən

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikinə məxsus sexdə güclü yanğın başlayıb. 

"Qafqazinfo"nun məlumatına görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb edilib. Yanğının hansı səbəbdən baş verməsi bilinmir.

Hadisə yerindən video-görüntüləri təqdim edirik: 

“Sobsan” boya fabrikində güclü yanğın

Bakının Binəqədi rayonunda yanğın başlayıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. 

***

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın 7-ci mikrorayon ərazisində yerləşən "Sobsan" boya fabrikinə məxsus sexdə baş verib. Hadisə yerinə FHN-nin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

 

 

 


 
Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ

"Azərsu" ASC-nin şöbə rəisinin ailəsində ağır itki üz verib.
ASC-nin müraciətlərlə iş şöbəsinin rəisi Heydər Abbasovun 2 qardaşı 1 gündə vəfat edib.

Belə ki, H.Abbasovun qardaşları Məhəmmədəli və Əli dünyasını dəyişib.

Bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı oxu.az-a bildirib ki, hadisə bir həftə ərzində baş verib:

“Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk.

H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”. ( metbuat.az)

Xəbər lenti