![]() |
|
"Ölkə.Az" xəbər verir ki, oxu.az-ın Azərbaycan-Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz bölgəsinə ezam olunmuş müxbiri Ağdam kəndinin sakini Əziz Əzizovun Ermənistan silahlı qüvvələrinin açdığı minaatan atəşi nəticəsində öldürüldüyü evindən videogörüntüləri təqdim edir.
Müxbirin sözlərinə görə, hərbi əməliyyatların intensivliyi iyulun 14-ü günorta saatlarına qədər davam edib.
75 yaşlı əlil Əziz Əzizovun həyətinə düşmüş minaatan mərmisinin qəlpələri kənd sakininin evinin qapısını dəlik-deşik edib.
Yaşlı kişini ölüm evinin astanasında haqlayıb.
Təqdim olunan görüntülər sübut edir ki, erməni tərəfi təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, ölkənin mülki əhalisinin yaşadığı məntəqələri də atəşə tutur.
İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Bunu Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayır.
Bəyanatda deyilir: "Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular qəhrəmancasına şəhid olublar. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib”.
Oxu.Az-ın təmas xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib.
Mərmi onun yaşadığı evin həyətinə düşüb.
Onun 70-dən yuxarı yaşı var idi.
Tovuz istiqamətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən bir nümunəni təqdim edir.
Tovuz istiqamətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən bir nümunəni təqdim edirik. Qeyd edək ki, bu videonu ermənilər özləri çəkib yayıblar.
Turkustan.info Tovuz istiqamətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən bir nümunəni təqdim edir.
Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb.
Report xəbər verir ki, məlumata əsasən, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.
Qeyd olunub ki, iyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: “Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir”.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı "Report"un sorğusuna cavab olaraq bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Müdafiə Nazirliyinin verdiyi məlumatda belə deyilir.
Bildirilir ki, qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.
Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində baş verən yanğın zamanı iki nəfər yaralanıb.
Bunu oxu.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
O qeyd edib ki, yaralılardan birinə ambulator yardım göstərilib, evə buraxılıb, digəri isə xəstəxanadadır.
***
Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğın olub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.
***
Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində partlayış olub.
Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası gəlib.
Hadisənin təfərrüatı araşdırılır.
Qubada karantini pozan koronavirus xəstəsi aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Quba rayonu Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.
Mətləb Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan Mətləb Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilmiş və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Mətləb Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün rayon polis şöbəsində araşdırmalar davam etdirilir. (teleqraf.com)
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin saytı məlumatına görə, Suraxanı rayonunda ümumi sahəsi 10 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.