![]() |
|
Bakıda intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.
Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb. Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə, 545 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
“Təbəssüm Məmmədova iyunun 8-də kritik vəziyyətdə xəstəxanaya daxil olub”.
Bu sözləri “Bona Dea” Beynəlxalq Hospitalının tibbi onkoloqu Altay Əliyev 22 yaşlı pasiyent meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.
Həkim bildirib ki, pasiyent xəstəxanaya çəki itkisi və qanqusma ilə gəlib:
“Xəstənin qarın boşluğu və ağciyərində ləkələr görünüb. Xəstə daha əvvəl başqa klinikalara müayinə olunsa da ,ona dəqiq diaqnoz qoyula bilməyib. Xəstə daxil olan kimi ondan biopsi götürülüb və ona “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Bu barədə dərhal xəstə yaxınlarına ətraflı məlumat verilib”.
Daha sonra Altay Əliyev bildirib ki, bu, vəziyyətdə xəstənin sağalması 20 faiz mümkün olur:
“Xəstə yaxınları üçün bu çox böyük ümid idi. Biz 8 iyunda ilk kimyaterapiyaya başladıq. Həmin gün qanaxma, qanqusma artdı. Müalicə prosesinə baxmayaraq, 17 gün içərisində xəstəni itirdik. Ailə yaxınlarına başsağlığı diləyirəm”,- deyə o, qeyd edib.
Daha sonra Altay Əliyev bu xəbərlərin ictimaiyyətdə yanlış işıqlandırıldığını da qeyd edib.
“Təəssüf ki, xəstəlik və xəstəyə tətbiq edilən müalicə metodları ictimaiyyətə yanlış təqdim olunub. Bununla bağlı məsələyə media da həssas yanaşmalıdır",- deyə o, bildirib.
Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.
Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.
1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub.
Oxu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Söhbət Masallı rayonu, Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Abdinov Rabil Ramiz oğlundan gedir.
Paylaşımda qeyd olunub ki, həmin müəllimə sosial şəbəkələrdəki qeyri-etik paylaşımlarına görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub. Lakin şifahi xəbərdarlığa fikir verməyən müəllim sosial şəbəkədə mütəmadi olaraq, peşəsinə yaraşmayan ifadələrlə paylaşımlarını davam etdirib.
Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbinin direktoru Tahir Bağırov şifahi xəbərdarlıqlara məhəl qoymayan müəllimə töhmət verilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, Abdinov Rabil Ramiz oğluna “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci maddəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Müəllim isə mövcud vəziyyətə etiraz edərək bunu öz hesabında paylaşıb. O bildirib ki, heç kim ona şifahi xəbərdarlıq etməyib:
“İddia edilir ki, bu əmrin verilməsi üçün müvafiq sənədlər olub. Məktəbin direktoru mənimlə bir neçə ildir danışmır və heç vaxt da şifahi xəbərdarlıq etməyib. Mən bu töhmətdən bir nəticə çıxarmadım. Əksinə, mənim boynuma qoyulan təhqirləri davam etdirəcəyəm”
Bu barədə "Ölkə.Az"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Qeyd olunub ki, həmin gün saat 23:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
"Sərhəd pozucularının silahlı olmaları, üzərilərində 2 ədəd kisədə yük olması müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.
Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir", - məlumatda bildirilib.
Daşkəsən rayonunun Əmirvan kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Nazlı Nürəddin qızı yaşadığı evin damında iplə özünü asaraq intihar edib.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, üç uşaq anası olan N.Zeynalova ruhi əsəb xəstəxanasında qeydiyyatda olub və müalicə alıb.
Qeyd olunub ki, bir neçə il bundan əvvəl N.Zeynalovanın bacısı da intihar edib.
Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markalı avtomobili oğurlayaraq qaçıblar.
Əməliyyat tədbiri zamanı polis əməkdaşları cinayəti törədən Krivoy Roq sakinləri, 29, 34 və 37 yaşlı 3 nəfəri saxlayəb. Onların Azərbaycan vətəndaşı olduqları və Ukraynada daimi yaşamaq icazəsi aldıqları müəyyən edilib. Oğurlanan əşyalar geri götürülüb. Faktla balı cinayət işi açılıb, istintaq aparılır.
Soyğunçuları əmlakın müsadirə olunması ilə birlikdə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.