|
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. Bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmişkən, keçid istifadəyə tam hazırdır və son tamamlanma işləri aparılır. Buna baxmayaraq artıq öz həyatını və sağlamlığını düşünən insanlar həmin keçiddən istifadə edə bilirlər. Keçiddə normal şərait yaradılıb, pandus quraşdırılıb (uşaq və əlil arabası ilə hərəkət də mümkündür) və işıqlandırma təmin edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olublar. Onlar burada piyadavurma hadisələrinin təhlilini aparıblar. Məlum olub ki, yaxınlıqda yaşayan və ya işləyən bəzi vətəndaşlar yolu təhlükəli şəkildə keçməyə çalışırlar. Bu zaman onların avtomobillə vurulması halları baş verir.
Təqdim olunan videolardan görünür ki, piyadalar olduqca təhlükəli hərəkət edirlər və avtomobillərin qarşısına qəflətən çıxırlar. Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində də yol nəqliyyat hadisələri baş verir.
Təəssüf ki, yeniyetmə və gənclərin bu hərəkəti acınacaqlı mənzəyə səbəb olur. DYP-nin bölmə rəisi Vaqif Əsədov piyadalara müraciət edərək özlərini və digərlərini düşünməyi, həyatlarını təhlükəyə atmamağı tövsiyə edib.
Hadisələrin başvermə səbəbinə diqqət çəkən polkovnik bildirib ki, hadisələr əsasən sürətli zolaqda baş verir və bu zaman nəqliyyat vasitələrinin sürücüləri hadisənin qarşısını heç cür ala bilmirlər. Çünki piyadalar təhlükəli şəkildə qaçaraq yolun hərəkət hissəsinə daxil olurlar ki, bu zaman sürücü nə qədər çalışsa da sürəti azalda və piyadanı vurmaqdan yayına bilmir.
Yol polisi sürücülərə tövsiyə edir ki, Heydər Əliyev prospektinin həmin hissəsində diqqətli olsunlar. Çünki qəflətən yola piyadalar çıxa bilər. Hansı ki, piyadalar üçün həmin ərazidə keçid tikilib və yaxın günlərdə tam istifadəyə veriləcək.
Ekspert Elməddin Muradlı isə bildirib ki, piyadaların bu cür xaotik hərəkəti sürücüləri çaşdırır və qəzalar da bu səbəbdən baş verir. Hətta hadisələrin birində sürücü yolun ortasında təhlükə yaradan piyadaya irad tutur. Amma buna əhəmiyyət verməyən həmin piyada bir neçə saniyə sonra digər sürücü tərəfindən avtomobillə vurularaq öldürülür.
Digər mənzərə isə insanların avtomobilə əhəmiyyət vermədiyini göstərir, onlar təhlükəni hiss etmir və avtomobilin nə dərəcədə təhlükəli olduğunu dərk etmədən yola çıxırlar ki, bu da onların vurulması ilə nəticələnir.
Hadisə yerində təhlillər apardıqdan sonra Vaqif Əsədov və Elməddin Muradlı yeni tikilən piyada keçidindən istifadə edərək əks tərəfə keçiblərş. Bu zaman cəmi 50 saniyə vaxt itkisi etdiklərini müşahidə ediblər. Odur ki, siz də o ərazidə keçiddən istifadə etməyə üstünlük verin. Çünki 50 saniyə kiminsə həyatını puç etməkdən daha önəmli deyil.
Binə qəsəbəsində evlərdən və “PlayStation” salonlarından oğurluqlar edən xalaoğluları tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və onun xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “play station” salonundan ümumilikdə, 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Svetoforun qırmızı işığında hərəkət edən sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Yol-xeber.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda hərəkət edən avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmamaq üçün yolun sağ kənarındakı boş olan yerə daxil olub. O, sağdan yolayrıcına daxil olaraq svetoforun başına fırlanıb geriyə dönmə manevri edib.
Görüntüləri sizə təqdim edirik.
Masazırda yol hərəkəti qaydasını kobud şəkildə pozan iki sürücü kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, fevralın 13-ü Novxanı-Masazır yolunda hərəkət edən 10-XR-353 qeydiyyat nişanlı "Nissan" markalı və 10-EA-027 qeydiyyat nişanlı "Niva" markalı avtomobillərin sürücüləri 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edib. "Niva" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxdıqdan sonra svetoforun qırmızı işığında hərəkətinə davam edib.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası fevralın 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.
Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Qulu Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə ittiham verilib.
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər dünyasını dəyişib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Hadisə zamanı 60 mağaza tamamilə yanıb.
Yanğın ümumilikdə 900-1000 kvadratmetr ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.
Oxu-az yanğından sonra ticarət mərkəzindəki görüntüləri təqdim edir:
Oxu.az xəbər verir ki, yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.
İlkin məlumata görə, yanğın başlayan korpusda 60-a yaxın mağaza tamamilə yanıb.
Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.
Daxili İşlər Nazirliyindən (DIN) "verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.
“Ölkə.Az”ın məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisi yanır.
Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.
Əlavə məlumat veriləcək.