|
Teleqraf.com xəbər verir ki, ailəli olan Rəhman Vəliyev Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olub, Azəravtoyol MMC-də fəhlə işləyib.
İstintaq sənədlərinə görə, Rəhman Vəliyev Xızı rayonu, Yeni Yaşma tam orta məktəbin 9-cu sinfində qızı ilə birlikdə təhsil alan 2003-cü il təvəllüdlü Əminə Babayevanın (ad və soyad şərti verilib - red.) 16 yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olmaq istəyib.
Bu məqsədlə o, 2019-cu ilin yanvar ayının 6-da, saat 22 radələrində Sumqayıt şəhərindən Əminə Babayevanı evlərinə aparmaq adı ilə etibarnamə ilə sürdüyü avtomobilə götürüb.
Rəhman Vəliyev Xızı rayonuna çatdıqdan sonra avtomobili rayonun dağlıq hissəsinə sürüb. Bu zaman qız ondan yolu niyə dəyişməsini soruşub. Rəhman Vəliyev isə ona işi olduğunu söyləyib. Avtomobili dağlıq hissədə heç kimin olmadığı yerə sürdükdən sonra öz çirkin əməlini həyata keçirmək qərarına gəlib. O, Əminə Babayeva ilə avtomobildə zorla cinsi əlaqədə olub.
Daha sonra hədə-qorxu gələn Rəhman Vəliyev ondan bu barədə heç kimə deməməsini tapşırıb. Lakin Əminə Babayeva evlərinə gələn kimi hadisə barədə anasına danışıb.
Əminə Babayevanın ailə üzvlərinin şikayətindən sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən Rəhman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Xızı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Rəhman Vəliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çxıarılmasını istəyib.
Rəhman Vəliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Rəhman Vəliyevin şikayəti təmin olunmayıb.
APA xəbər verir ki, avtoqəza bu gün axşam saat 22:00 radələrində qeydə alınıb.
Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Kürdəmir sakinləri - 1994-cü il təvəllüdlü Həsənov Rövşən Daşqın oğlu, Mansurov Nurlan Mehman oğlu və şəxsiyyəti hələ ki bilinməyən bir nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Aytəkin Qəhrəmanova keçmiş yoldaşı ilə yaşadığı binanın qarşısında mübahisə edib. Nəticədə qadın bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Türkiyənin Aydın vilayətində qəza nəticəsində dəmir yol xəttinin üzərinə düşən avtomobili qatar vurub. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Aydın-İzmir avtomagistralının Germencik rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 36 yaşlı Camal Bunar, idarə etdiyi 09 C 1934 qeydiyyat nömrə nişanlı minik avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirib və maşın bir neçə dəfə çevrilərək yol kənarındakı dəmir yolu xəttinin üzərinə düşüb. Bu arada İzmir-Dənizli reysi ilə hərəkət edən yük qatarı relslərin üzərindəki maşını vurub. Qatarın təxminən 50 metrə qədər sürüklədiyi avtomobilin sürücüsü açılan qapıdan yerə düşüb. Nəticədə Camal Bunar aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Yol-xeber.az APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.
Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.
Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü( yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda küçələri təmizləyən kommunal təsərrüfat işçilərinin avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir. Bəzən gündüz saatlarında, bəzən isə hətta gecə yarıdan keçəndən sonra bu işçilərin yolun hərəkət hissəsində dayanaraq təmizlik işləri aparması, yaxud yolu qaçaraq keçməsi baş verir. Belə vəziyyətdə onların avtomobillər tərəfindən vurulması da kimi acı nəticələr olur. Avtosfer.az-ın təqdim etdiyi iki video Heydər Əliyev prospektində qeydə alınıb. Hər iki hadisə günün qaranlıq vaxtında baş verib. İlk videoda kommunal işçisi yolu keçməyə cəhd edir. Bir zolağı keçir, ikinci zolağın sonuna çatanda isə sürətlə hərəkətdə olan avtomobil onu vurur.
İkinci hadisə də təxminən eyni ərazidə başqa bir vaxtda baş verib. Bu dəfə isə gecə saatlarında qadın yolun hərəkət hissəsində təmizlik işləri görür. Yaxınlaşmaqda olan sürücü onu son anda görə bilir. Həm qadını vurur, həm də avtomobili qaçırdan zaman bardürə deyərək qəza törədir və özü də xəsarət alır.
Bu cür hadisələr təəssüf doğurur. Amma reallıq da budur ki, çox zaman sürücülərin günahı olmur. Baxmayaraq ki, bundan sürücülər əziyyət çəkir. Videonu təqdim edirik:
Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub.
Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən “Araz market”dən oğurluq etmək istəyən naməlum şəxsi mağazanın mühafizəçisi Elvin Muxtarov saxlamaq istəyib. Bu zaman naməlum şəxs mühafizəçinin qoluna bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.
Qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.
Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.
Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.
“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.
Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.
Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir. (publika.az)
Report bildirir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Kərim Dadaşov “VAZ” markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib.
Nəticədə onun avtomobili piyadaların hərəkət hissəsində yerləşən beton parçasına dəyib.
Avtomobilə yüngül ziyan dəyib. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.