![]() |
|
Bu barədə "Report"a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3 000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Qafqazinfo verdiyi xəbərə görə, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.
Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.
Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.
Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcə də atası və qardaşı koronavirusa yoluxub.
Hurriyyet.org xəbər verir ki, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.
Hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.
Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir, Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir.
Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo" A. Əliyevin saxlanılarkən görüntüsünü əldə edib. Həmin fotonu təqdim edirik:
Baku.ws xəbər verir ki, COVİD-19-a görə xəstəxanada müalicə alan Ramin Qurbanov virusla mübarizənin 9-cu günü məğlub olub.
Ürək ağrıdıcı məqam budur ki, Ramin doğum günündə vəfat edib. Sosial şəbəkədə təbriklər alan Ramin öldüyü gün səhər saatlarında hər kəsə təşəkkür etmişdi.
Başqa bir məlumatda Raminin ölüm xəbərini eşidən anasının da vəfat etdiyi bildirilir. Teymur Hacıyev adlı "Facebook" istifadəçisi yazıb ki, Ramin Qurbanovun anası oğlunun ölümünə tab gətirməyib.
Allah rəhmət etsin.
“Ölkə.Az” xəbər verir ki, verilən məlumata görə, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının prorektoru Ülfət Rəhimova da yoluxanlar arasındadır. Hazırda 45 yaşlı aparıcı xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, televiziyanın bəzi departamentlərinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var. Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb, mütəmadi olaraq şirkətdə dezinfeksiya işləri aparılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Ağdam rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar.
Axeber.az məsələni dəqiqləşdirmək üçün xəstəxananın baş həkimi Ədalət Dadaşovla əlaqə saxlayıb. Ə. Dadaşov açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan dünyasını dəyişib:
"Necə ola bilər ki, 20 insan vəfat etsin, amma bunu gizlədək?! Bu doğru deyil. Biz bəzən vəziyyəti orta-ağır olan xəstələri “Atletlər kəndi” ərazisinə göndəririk. Bildiyiniz kimi, burada yalnız ağır xəstələr müalicə olunur. Ola bilər ki, həmin informasiyanı yayan şəxslər də “Atletlər kəndi”nə aparılan xəstələri görüb və səhv anlayıblar".
Məlumat üçün bildirək ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Mərkəzə xəstə qəbulu dayandırılıb.
Qeyd edək ki, ötən gün Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib. Son məlumatlara görə, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
"Ölkə.Az" xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları quldurluq hadisəsi törətməkdə şübhəli bilinən şəhər sakini Azər Əliyevi yaxalayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, gecə saat 3 radələrində o, vətəndaş Elmiyla Rodinaya qarşı zor tədbiq edərək daş parçası ilə baş nahiyyəsinə xəsarətlər yetirib onu Samur-Abşeron kanalına tullayaraq 850 manat pulunu talayıb.
Sumqayı ŞPİ-də hadisə ilə əlaqədar cinayət məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, hadisə stansiya Sumqayıt ərazisindəki "Tubzavod" adlanan yerin yaxınlığında baş verib.
Zərərçəkənə məxsus əl çantası saxlanılan Azər Əliyevə məxsus mağazada aşkar edilib.
Araşdırmalar nəticəsində Azər Əliyevin əməlində cinayət məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 149.1-ci (zorlama) maddələrinin əlamətləri olduğundan cinayət işi ibtidai istintaq aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilib.
İstintaqla müəyyən olunub ki, hadisə baş verən günü saat 1 radələrində Azər Əliyev Sumqayıt stansiyası ərazisindəki özünün mağazasında 61 yaşlı Emiliya Rodina adlı qadınla tanış olub. O, qadının saat 2-də stansiyadan keçən Bakı-Sankt-Peterburq sərnişin qatarı ilə Dərbənd şəhərinə tək gedəcəyini bilib, onun əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib.
Bu məqsədlə mağazada onun başını qataraq qatara minib getməsinə mane olub. Qatar stansiyaya gəlib getdikdən sonra qadını gecikdiyi üçün növbəti Dəvəçi stansiyasına çatdıracağına söz verib. Bu bəhanə ilə qadını aldadaraq idarə etdiyi avtomaşına mindirib və saat 3 radələrində Samur-Abşeron su kanalının kənarına gətirib.
Azər Əliyev orada sillə və təpiklə qadının müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib. Aldığı xəsarətlərdən qadının sağ bud sümüyü sınıb. Daha sonra qadının əlindəki çantanı, içərisindəki 850 manat pulu və mobil telefonunu alıb.
Bundan sonra cinayət əmllərini davam etdirən Azər, ona müqavimət göstərə bilməyən qadına yenidən zərbələr vurub və köməksiz vəyizzətdə olan Emiliya Rodinanı zorlayıb.
Azər Əliyev cinayəti gizlətmək məqsədi ilə qadını təpiklə vuraraq su kanalına salıb. Boğulan qadın ondan kömək istəsədə Azər Əliyev qəsdən öldürmək məqsədi ilə yerdən daş parçalı götürərək onun baş nahiyyəsinə zərbələr endirib.
Hadisə barədə daha ətrraflı videonu təqdim edirik:
Azərbaycanda rüşvət almaqda ittiham olunan daha bir vəzifəli şəxs həbs edilib.
Demokrat.az verdiyi məlumata, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qədirov Baba Hacağa oğlu həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 162-1.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.
Baba Qədirovun şirkət rəhbəri olduğu bildirilir.
İstintaq davam edir.