|
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər bədən xəsarətləri alıb.
Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib.
Zaur Həsənovun idarə etdiyi "Kia Cerato" markalı nəqliyyat vasitəsi Rəsul Rza küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində "Kia Rio" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia Rio"nun sürücüsü Mirsəttar Əsədov ağır xəsarət alıb. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Bakıda baş verən qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, avtomobil idarəetməni itirərək dairəyə daxil olur. Qəza nəticəsində sürücü xəsarət almasa da avtomobilə ziyan dəyir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hadisə bir neçə ay əvvəl baş verib. Şöbə rəisi qeyd edib ki, sürücülər sükan arxasında diqqətli olmalıdırlar. “Xüsusilə günün qaranlıq saatlarında bu diqqət artırılmalıdır. Eyni zamanda işıq cihazlarının düzgün nizamlanması vacibdir. Hətta ərazidə yol nişanı olmasa belə sürücü düzgün vuran işıq cihazları ilə vəziyyəti müəyyən edə bilər.”
Vaqif Əsədov sürücülərin sükan arxasında diqqətini yayındıran vasitələrdən istifadə etdiyini də əlavə edib. “Çox təəssüf olsun ki, bəzi hallarda sürücülər sükan arxasında mobil telefondan istifadə edir. Bu olduqca təhlükəlidir. Xüsusilə taksi şirkətlərinə qoşulan sürücülər sifariş gələn zaman diqqətini yayındırır. Nəticədə də bu cür qəzalar baş verir.”
Bakıda tıxac zamanı sürücülərin əks yola çıxması ilə bağlı görüntülər yayılıb.
Yol-xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, video “Papanin” körpüsü deyilən ərazidən üçüncü mikrorayon dairəsinə gedən yolda çəkilib.
Görüntülər tıxacda dayanan avtomobillərdən birinin sürücüsü tərəfindən lentə alınıb.
Videoda bəzi sürücülərin tıxaca düşməmək üçün əks yola çıxması, qarşıdan gələn avtomobillər üçün təhlükə yaratması, nəticədə üçüncü mikrorayon dairəsində hərəkətin çətinləşməsinə və tıxacın böyüməsinə səbəb olması görünür.
Ötən gün güclü külək Bakıda bir sıra fəsadlar yaradıb.
“Report” xəbər verir ki, paytaxtın “Papanin” deyilən ərazisində külək səbəbindən çoxmərtəbəli binanın damından avtomobilin üzərinə çən düşüb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Digər bir hadisə isə Biləcəridə 297 saylı məktəbin qarşısında axşam saatlarında baş verib. Belə ki, külək nəticəsində ağac aşaraq yolun hərəkət hissəsinə düşüb. Ağac aşarkən elektrik xətlərinə də ziyan vurub ki, ərazi bir neçə saat işıqsız qalıb.
Hər iki hadisə ilə bağlı foto və videonu təqdim edirik.
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Yol-xeber.az "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hələlik adı məlum olmayan sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Avtomobildə sıxılıb qalmış ağır xəsarət alan sərnişin isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Müxtəlif növ bədən xəsarəti alan sərnişin isə "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət faktlarının və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 dünyasını dəyişib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Bakıda küçədə “Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti “protiv” sürüb.
“Report” xəbərinə görə, hadisə avtomobillərdən birinin videoqeydiyyatında lentə alınıb.
Belə ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində hərəkətdə olan motosiklet sürücüsü Səməd Vurğun küçəsinə dönən yolun əks istiqamətinə çıxıb.
Bu zaman “protiv” gələn motosiklet sürücüsü həmin yolda hərəkətdə olan avtomobil sürücülərinə təhlükəli anlar yaşadıb.
Bu, “Wolt” və digər daşıma şirkətləri əməkdaşlarının ilk hərəkəti deyil. Məsələ burasındadır ki, bir-birilə "ən sürətli biz daşıyırıq" şüarı ilə yarışan daşıma şirkətlərinin sürücüləri həm qaydaları pozur, həm də qəza şəraiti yaradırlar. Onların barəsində tədbir görülməsə, çətin ki, sürətlərini azaldalar.
Videogörüntünü təqdim edirik:
Bakıda dayanma-durma qaydasını pozan sürücünün görüntüsünü redaksiyamızın elektron ünvanına göndəriblər. Avtosfer.az xəbər verir ki, 99-RV-814 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü fevralın 5-i Atatürk prospektində ikinci cərgədə duraraq sürücülərin yolunu kəsib. Həmin zolaqdan düzünə və sağa gedən sürücülər, yolu zəbt edən avtomobilə görə əziyyət çəkib. Arxadakı sürücü irad bildirsə də o, avtomobili ikinci cərgədən uzaqlaşdırmayıb.
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 6-da saat 18 radələrində Masallı rayonunun Səmidxan kəndi ərazisində Lənkəran şəhər sakini C.Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qodman kənd sakini Təhmasib Həşimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakının Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində Yol-xeber.az-a verilən məlumata görə, fevralın 5-də saat 21 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda vəfat edib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.