Bakıda koronavirus həyəcanı
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

"Ölkə.Az"a daxil olan məlumatda qeyd edilib ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var.

Bildirilib ki, Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

Digəri Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən başqa bir şəxs Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun da hərarəti normaldır heç bir şikayəti yoxdur.

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da xəstəxanaya yerləşdirilib. Heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hazırda səhhətində problem yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Bakıda içki məclisində kütləvi dava
Bakıda içki məclisi kütləvi dava ilə nəticələnib.

 Report məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsindəki kafelərdən birində bir qrup gənc arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Səfərov Amit Nadir oğlu, qardaşı, 1991-ci il təvəllüdlü Səfərov Ramit Nadir oğlu və onun həmyaşıdı, 1991-ci il təvəllüdlü Qarayev Ceyhun Sahib oğlu döyülərək xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Gəncəni bir-birinə qatan 3 "avtoş" belə tutuldu - ŞOK VİDEO
Onlar 1 il sürücülük hüququndan məhrum edilib

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyev saxlanılıb.

Saxlanılan şəxslərin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında əsasən toy karvanlarında avtoxuliqanlıq etdikləri məlum olub.

Saxlanılan şəxs Arif Tağızadə əməlindən peşman olduğunu bildirib: “Toy karvanında gedirdim. Motorun gücü olduğundan yol boşluq oldu. Qaz verdim təkərlər eşdi. Camaatı narahat etdim. Əməlimdən peşmanam”.

 

Asif Tağızadə də törətdiyi əməli etiraf edib: “Şəhərdəydim, boşluq idi. Çıxdım “VAZ-21074” gördüm, onunla sürdüm. Yarışdıq, manevrlər etdik. Beynimə nə gəldi, etdim. Sonra tutub gətirdilər”. Toğrul Əliyevin də dedikləri digərlərindən fərqlənməyib: “Toy karvanı gördüm. Gördüm aləm bir-birinə dəyib. Yol da boş idi. Elə birdən-birə mən girdim toy karvanına, avtoxuliqanlıq etdim. Əməlimdən peşmanam”.

Baş inspektor Hacı Həsənovun sözlərinə görə, “Chevrolet” və “VAZ-21074” markalı avtomobillərlə avtoxuliqanlıq edən bu şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunub: “Mən gənclərimizi belə kobud qayda pozuntularından çəkinməyə səsləyirəm. Arzu edərdik ki, sürücülərimiz görülmüş inzibati tədbirlərdən, eləcə də digər təbliğat işlərindən nəticə çıxartsınlar və yollarda hərəkət zamanı qaydalara əməl etməklə yüksək yol mədəniyyəti nümayiş etdirsinlər”.

Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs verərək, onları 1 il sürücülük hüququndan məhrum edib. Qeyd edək ki, son bir həftə ərzində Gəncənin müxtəlif ərazilərində avtoxuliqanlıq etdiyi üçün 7 nəfər saxlanılıb.

 
300-dən çox avtomobil sahibini aldadan dəstə zərərsizləşdirilib - FOTO
Vətəndaşlara dəyən zərərin miqdarı 2670000 mandır

Rusiyada vətəndaşların etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edən və külli miqdarda ziyan vuran cinayətkar qrup zərərsizləşdirilib. Dəstə üzvləri 2017-ci ildən bu günə kimi Moskva, Belqorod, Orla və Kursk ərazilərində 300-dən çox avtomobil sahibini aldadıblar.

Onlar bir neçə hüquqi şəxsi də qeydiyyata alaraq avtomobilləri satmaq üçün avtosalon da icarəyə götürüblər.

Şübhəlilər vətəndaşlardan avtomobilləri və alqı-satqı üçün lazım olan sənədləri alaraq, onlara qısa müddət ərzində sərfəli qiymətə satılacağına vəd veriblər.

 

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, cinayətkarların vətəndaşlara vurduğu zərərin miqdarı 100 milyon (2670000 Azn) rubldur.

Hazırda qrup üzvlərinin altısı saxlanılıb, daha iki nəfərin axtarışları isə davam etdirilir.

 

Azərbaycanda avtomobil "moykada" alışıb yandı- Şok VİDEO
Ətrafda olan insanlar avtomobili söndürməyə çalışıb

Hamının gözü qarşısında avtomobilin alışaraq yanması sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, bir neçə saat öncə Gəncədə yerləşən avtoyuma məntəqəsində avtomobil alışaraq külə dönüb. Avtomobili söndürmək üçün ərazidə olan insanlar köməklik göstəriblər. Daha sonra Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələrək avtomobili söndürüblər. 

Görüntüləri sizə təqdim edirik.

 

Bu yolda diqqətli olun: Başınıza dam uça bilər - VİDEO
Binaların və ağacların altında durmayın

Bu gün Bakıda əsən külək fəsadlarla yadda qalıb. Bir neçə oxucu Yeni Yasamal ərazisindən qeydə aldığı görüntüləri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, əsən külək paytaxtın Əsəd Əhmədov küçəsində yerləşən binaların damını uçuraraq yerə çırpıb. Avtomobildə quraşdırılmış videoqeydiyyatçı həmin görüntüləri anında qeydə alıb.

Hava şəraitini nəzərə alaraq sürücülərə və piyadalara yolda diqqətli olmalarını, binaların və ağacların altında durmamalarını tövsiyə edirik.

 

 
Koronavirusa yoluxduğundan şübhələnilən BDU tələbəsindən xəbər var


Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.

Çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.

Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb. /Yeni Sabah/

 

 
Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri ölüb
15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət alan sürücü isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

Zabrat yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Zabrat yolunda qeydə alınıb.

Belə ki, qəza zamanı 1996-cı il təvəllüdlü Qubadzadə Qubad Ruzi oğlu və 1993-cü il təvəllüdlü İsmayılova Aytən Qəşəm qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlara üzün əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub.

Gədəbəydə Şəmkir sakinini maşın vuraraq öldürüb
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 3-də saat 12 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti