|
Sumqayıt şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən Yol-xeber.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Abbasov fevralın 1-də saat 2 radələrində 11-ci mikrorayon ərazisindən “VAZ-2121” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Oxuculardan biri yolda manver qaydasını pozaraq təhlükə yaradan sürücünün görüntüsünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yanvarın 24-ü Bakı-Dairəvi yolunda hərəkət edən 99-FC-275 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü zolağını dəyişən zaman sol zolaqdakı avtomobilin hərəkətinə mane olub. Görüntünü qeydə alan sürücü irad bildirən zaman o, özünü üstün sayaraq günahı qarşı tərəfdə görüb.
Həmin tarixdə qeyd etdiyimiz sürücü paytaxtın Mikayıl Müşviq küçəsində sağ zolaqla hərək edən zaman yenə də sol zolağa manevr edərək görüntünü qeydə alan sürücüyə mane olub.
Report xəbərinə görə, hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Prado” markalı avtomobil idarətməni itirərək, yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.
Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “QAZel” markalı maşınla “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşını göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Report xəbər verir ki, axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayonun Qırxçıraq kəndi ərazisində baş verən qəza nəticəsində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseynova Saray Ocaq qızı və Salyanın Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Natiq Əliman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Onların hər ikisinə ilk tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatlara açıqlanıb. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər dünyasını dəyişib, daha 1-i isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Ötən il oktyabrın 9-da 17 yaşlı Solmaz Abdullayevanı piyada xəttində avtomobillə vuran keçmiş yol polisi Azad Ağayevin cinayət işi üzrə istintaq yekunlaşıb. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo” Şamaxı yolundakı hadisənin başvermə anı və qəzadan sonrakı videogörüntüləri əldə edib. S.Abdullayevanın anası Almaz Bağırova bildirib ki, A.Ağayev avtomobili yüksək sürətlə idarə edib: “Qızımı necə vurubsa, onu 10 metr yuxarı, 23 metr qabağa tullayıb və Solmazın başı betona dəyib, beyni yola tökülüb. Azad yerə düşən kimi tez öz maşınının əzilib-əzilmədiyinə baxıb. Sonra da oturub getmək istəyəndə ətrafdakı adamlar qoymayıblar. Onların tələbi ilə xəstəxanaya aparanda yolda ölüb. İndi məhkəmələri də qapalı edirlər, bizi buraxmırlar. Qızı ölən ananı məhkəməyə buraxmırlar, dəhlizdə oturmağa belə qoymurlar. Amma mənim gözümün qabağında Azadı öz anası ilə qanunsuz olaraq gizli görüşdürürlər. Azadın anası öz balasını görmək istəyirsə, mən də öz balamı görmək istəyirəm. İndidən Azada belə güzəştlər edirlərsə, işin sonunda yəqin ki, açıb buraxacaqlar. Hadisədən sonra da istintaq onu tutmamışdı, 10 gün azadlıqda gəzdi. Biz 102-yə şikayət edəndən sonra tutdular. Buna görə də bu işin ictimailəşməsinin, məhkəmə prosesinə nəzarətin güclənməsini istəyirik ki, sonda ədalətli qərar çıxarılsın”.
Cinayət işi materiallarından aydın olur ki, Azad Ağayev Yol-Patrul Xidməti Alayının 3-cü tağımının inspektoru işləyib. Rəsmi sənədlərə görə, hadisədən bir gün öncə, oktyabrın 9-da təqaüdə göndərilib. Lakin hadisə yerindən çəkilən videoda onun həmin vaxt yol polisi uniformasında olduğu görünür.
A.Ağayev istintaqa ifadəsində bunu belə izah edib ki, iş yoldaşları ilə vidalaşmaq üçün simvolik olaraq forma geyinib və həmin zaman da Şamaxıya həmkarları ilə təqaüdə çıxmasını qeyd etmək üçün gedib.
Hadisənin necə baş verdiyi barədə danışan A.Ağayev bildirib ki, 60 km/saat sürətlə hərəkətdə olarkən piyada zolağına çatanda sağ tərəfdən bir qadın qaçaraq onun qarşısına çıxıb: “Ayağımı əyləcə basmaq istədim, amma məsafə çox az idi deyə heç nə edə bilmədim, maşın artıq piyadaya dəydi. Qız kapotun üstünə düşdü, maşın bir neçə metrdən sonra dayandı. Piyada beton zolaqda asfaltın üstünə düşdü. Avtomobildə tək idim, çıxıb piyadaya yaxınlaşdım, şokda idim. Qız tərpənmirdi, orada toplaşan adamlara təcili yardım çağırtdırdım. Amma gec gəldiyini görüb öz maşınımla xəstəxanaya apardım. Təcili yardımda dedilər ki, qız artıq vəfat edib. Mən meyiti öz maşınımda meyitxanaya apardım. Piyada xəttinə yaxınlaşanda sağ tərəfimdə qabaqda başqa bir maşın da gedirdi, piyada xəttində isə adam yox idi. Piyada iti sürətlə qaçıb ani olaraq qarşıma çıxdı, ona görə heç nə edə bilmədim”.
İstintaq bu qənaətə gəlib ki, Azad Ağayev “Yol hərəkəti haqqında” qanunun 54-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub. Qanunun bu tələbinə görə, piyada keçidi işıqforla nizamlanmırsa, sürücü piyada xəttinə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadalara təhlükə yaratmasın, əgər piyada keçidə daxil olmaqdadırsa, avtomobili dayandıraraq ona yol versin. Belə ki, A.Ağayev hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib.
"Yol-xeber.az"a daxil olan məlumatda deyilir:
"31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxalanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib".
Goranboy şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Apa xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Taksi sürücüsü kimi fəaliyyət göstərən 26 yaşlı Qəhrəmanov Malik Mustafa oğlunun avtomobilini üç sərnişin saxlatdırıb. Sərnişinlərdən biri onu bıçaqla vurub.
Yaralı sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.