|
Son vaxtlar yolda təmizlik işləri aparan qadınların avtomobillər tərəfindən vurularaq öldürülməsi xəbərləri yayılır. Buna səbəb həm sürücülərin yol hərəkəti qaydasını pozması, həm də təmizlik işləri görən qadınların məsuliyyətsizliyidir. Avtosfer.az xəbər verir ki, fevralın 4-də paytaxtın A.M.Şərifzadə küçəsində yolu təmizləyən qadın öz təhlükəsizliyini qorumayaraq avtomobilin qarşısına çıxıb. O, yolun hərəkət hissəsində olan əşyanı götürən zaman həmin zolaqda hərəkət edən avtomobilin sürücüsünə təhlükə yaradıb. Sürücü onu vurmamaq üçün sürətini tam azaladaraq qəzanın baş verməsinin qarşısını alıb.
Dünən səhər saatlarında Heydər Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
99 GZ 552 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə Koroğlu nəqliyyat qovşağından Mərdəkan istiqamətində hərəkətdə olarkən xidmət başında olan polis serjantı Məhərrəmov Natiq Müseyib oğlunu vurub öldürən sürücü Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Ömərov Firudin Ömər oğlu olub. Belə ki, səkidə dayanan polisi vuran F.Ömərov uzun illər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışıb və Kadrlar Şöbəsinin rəis müavini olarkən vəzifəsindən uzaqlaşdırılaraq digər vəzifəyə keçirilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb və zəruri ekspertizalar təyin edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. (publika.az)
APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.
Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.
"Ölkə.Az"a daxil olan məlumatda bildirilib ki, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.
"Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hal hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər. Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur".
Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.
Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.
Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib. Hər iki şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs cəzası verib, onlar 1 il sürücülük hüququndan mərhum ediliblər.
Qeyd edək ki, yanvarın 30-da Gəncədə daha 4 avtoxuliqan saxlanılıb.
Dünən İsmayıllı rayonunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Görüntülər qəzada iştirak edən avtomobillərdən birində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.
Videoda avtomobilin Cülyan kəndinin yoluna döndüyü zaman “Kamaz”dan çıxan tüstünün yolu tamamilə görünməz etdiyi aydın görünür. Qarşıdan gələn avtomobil də yolu görməyib və dəhşətli qəza baş verib.
Qeyd edək ki, hadisə dünən saat 10 radələrində Cülyan kəndinə gedən yolda qeydə alınıb. Qəza zamanı iki avtomobil toqquşub. Belə ki, “VAZ 21015” markalı avtomobil 99-NH-588 dövlət nömrə nişanlı digər maşınla toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü ağır xəsarət alıb.
Hadisə zamanı xəsarət alan Şirinov Roman Qəbələ şəhər xəstəxanasında həkim işləyir.
Dünən axşam saatlarında metronun Əhmədli stansiyası yaxınlığında avtoxuliqanlıq hərəkəti qeydə alınıb.
BAKU.WS-in “qaynar xətt"inə göndərilən videoda bir sürücünün Sarayevo küçəsində təhlükəli manevrlər etdiyi görünür.
Sürücü bir neçə dövrə vurub və digər avtomobillərin hərəkətinə təhlükə yaradıb.
Hadisə şahidinin verdiyi məlumata görə, həmin küçədə təkcə görüntüdə yer alan avtomobil deyil, bir neçə avtomobilin iştirakı ilə avtoxuliqanlıq hərəkəti 1 saata yaxın davam edib.
Maraqlısı budur ki, həmin əraziyə polislər gəlməyib və sürücülərə müdaxilə edilməyib.
Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, fevralın 1-də saat 19 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində kənd sakini O.Yolçuyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmkəndlisi Hilal Aqqıraxovanı vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gədəbəy rayonunun 1 nəfərin ölümü və 6 nəfərində xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 1-də saat 10 radələrində Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Plankənd kənd sakini A.Ələkbərovun idarə etdiyi “Ford Transit” və Şəmkir rayon sakini S.İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə S.İsmayılovun sərnişinlərindən Azər Səfərov hadisə yerində dünyasını dəyişib, özü və digər 3 sərnişini, habelə A.Ələkbərov və onun sərnişini xəstəxanaya yerləşdirilib.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.