|
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət faktlarının və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər dünyasını dəyişib, daha 1-i isə xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilb.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib. Yol-xeber.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən adamlar pulu onlayn ödəmə terminalları vasitəsi ilə Murad Rəhmanov kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.
Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Murad Rəhmanovun narkokuryerləri olan Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq instintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ədəd ekstrazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Qəbələ rayonunda 1 nəfərin ölümü, 1 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində Yol-xeber.az-a verilən məlumata görə, fevralın 5-də saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə əlaqədar internetdə səs yazısını yayan anonim müəllif öz oyununu oynayır.
Bu barədə Tovuz rayon polis şöbəsindəki mənbə məlumat verib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, audioyazı istintaq-əməliyyat qrupuna təhvil verilib.
İnternetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir. Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.
Polis əməkdaşı isə sosial şəbəkəyə məlumatı ötürməklə anonim şəxsin istintaqı və ictimaiyyəti çaşdırmaq üçün belə bir versiya irəli atdığını deyib.
“Əgər o, həqiqəti bilirsə, onda niyə gizlənir? Deyək ki, polisdə xidmət edən A.A.-nın qohumlarından qorxur. Qoy onda Prokurorluğa müraciət etsin, onda təhlükəsizliyi təmin ediləcək. Onun bu yolla düşmənlərindən qisas almaq istədiyi və buna görə də konkret adlar çəkdiyi istisna edilmir. Anonim şəxsin nə deməsindən asılı olmayaraq, tutulan İlkin Süleymanovun ifadələri işdəki şahidlər tərəfindən təsdiqlənir. Bununla belə, əlbəttə ki, istintaqın vəzifəsi məlumatı yoxlamaqdır”, – deyə polis əməkdaşı bildirib.
Müsahiblə söhbət zamanı istintaqın digər maraqlı detalları da üzə çıxıb. Polis öldürülən Nərminin anasının davranışının bir az çaşqınlıq yaratdığını bildirib: “Belə görünür ki, ana qızının təhlükəsizliyinə az əhəmiyyət verib. Quliyevin evində cəsəd aşkar edildikdən bir gün sonra kriminalistlər öldürülmüş qızın gündəliyini tapdılar. Orada son cümlələr belərdir: “Atam məni də bacılarım qədər sevsəydi, onda mən xoşbəxt olardım. Böyük bacımın sabah toyu olacaq…”
“Nərminin atası içki düşkünlüyündən əziyyət çəkir. Onun işi bütün günü içmək və yatmaqdır. Qızın anasının da öz qayğıları var. Kəndlilərin danışdıqlarının nə qədər həqiqət olduğunu bilmirəm. Bütün bunlardan isə Nərmin zərər gördü”, – deyə hüquq mühafizəçisi əlavə edib.
Qeyd edək ki, Nərmin elə bu kənddə yaşayan ana nənəsi tərəfindən böyüdülüb.
O da məlumdur ki, İ.Süleymanov etirafı saxlandıqdan üç gün sonra edib. Əməliyyatçılar ona çardaqdakı pərdə üzərində olan qan izləri barədə məlumat veriblər. Deyiblər ki, ekspertiza qanın kimə məxsus olduğunu göstərəcək. İ.Süleymanov da qətli etiraf edib.
Polis əməkdaşının sözlərinə görə, İ.Süleymanova heç bir fiziki təzyiq göstərilməyib. O, tutulan zaman Tovuzda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək çinli nümayəndələri olub, bu səbəbdən heç kim saxlanılan şəxsə görə özünü zərbə altına qoymazdı.
Qeyd edək ki, bu yaxınlarda vəkillər tərəfindən istintaq altında olan şəxsə göstərilən fiziki təzyiq barədə məlumat yayılmışdı.
“İlkin Nərmini bulka ilə qidalandırdığını etiraf edib. Mağazanın satıcısı İlkinə hər gün bir bulka satdığını deməklə onun sözlərini təsdiqləyib. Gündə ancaq bir bulka yeyən uşağın orqanizmi taqətdən düşüb və zəifləyib. Məhbusdan Nərminin niyə qışqırmadığını soruşanda isə o, qızın ilk gün bunu etməyə çalışdığını, sonra isə onu bağlayaraq, ağzına əsgi qoyduğunu deyib. Sonra qız xəstələnib. Gecə valideynləri yuxuya gedəndə İlkin uşağı ayaqyolu ehtiyacları üçün çölə çıxarırmış. O, ilk əvvəl qızı öldürmək istəmədiyini, ancaq “Səni axtarıram” verilişinə baxandan və uşağın itməsində nənənin və əminin şübhəli bilindiyini anladıqdan sonra ondan yaxa qurtarmağa qərar verdiyini bildirib”, – deyə hüquq mühafizəçisi bildirib.
Eyni zamanda, yayılan səs yazısının Almaniyaya mühacirət etmiş müxalifətçi Qabil Məmmədov tərəfindən edildiyi və saxta olduğu barədə məlumatlar ortaya çıxıb. Bunun nə dərəcədə doğru olduğunu istintaq yoxlayacaq.
Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.
İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur. (oxu.az)
Axşam.az xəbər verir ki, evi yanan şəxs müğənni Nura Surinin qonşusu olub.
Evdən çıxan tüstü yaxınlıqdakı evlərə dolub. Nəticədə müğənninin oğlu Davidin də halı pisləşib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Alov qısa zamanda söndürülüb. Yanğının Nura Suri, o cümlədən digər vətəndaşların evinə keçməsinin qarşısı alınıb.
Report xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.
Rayon sakini, 1959-cu il təvəllüdlü Nəbiyev Xaliq Xalid oğlu ailə münaqişəsi zəminində oğlu Nəbiyev Ağamirzə Xalıq oğlu tərəfindən bıçaq xəsarəti alıb.
Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirir.
Qeyd edək ki, atasına bıçaq xəsarəti yetirən A.Nəbiyevin ruhi xəstə olduğu bildirilir.
Fakt araşdırılır.
Rusiyanın Moskva şəhərində piyada ona yol verməyən sürücüyə bıçaqla xəsarət yetirib. Yol-xeber.az xəbər verir ki, insident fevralı 4-də Rostokinsk küçəsində baş verib. Bu barədə Daxili İşlər Nazirliyini Moskva şəhəri üzrə Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 47 yaşlı taksi sürücüsü, onun üz nahiyəsinə bıçaqla zərbə endirən naməlum şəxslə bağlı polis bölməsinə şikayətlə müraciət edib.
Bildirilir ki, hadisəyə, taksi sürücüsünün tənzimlənməyən piyada keçidindən keçmək istəyən piyadaya yol verməməsi səbəb olub. Bundan sonra piyada ilə sürücü arasında mübahisə yaşanıb. Nəticədə piyada üzərində gəzdirdiyi bıçaqla zərərçəkənin sağ sifət nahiyəsinə bıçaq zərbəsi endirib və ardınca da hadisə yerindən qaçıb.
Sürücü xəstəxanaya getməkdən imtina edərək, polis bölməsinə gedib.
Hazırda polis hadisəni törədən şəxsin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma başlanılıb.Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Mehdiabad qəsəbəsində “avtoşluq” etmiş sürücülərin təhlükəli vəziyyət yaratması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, BDYPİ əməkdaşları tərəfindən yayılan videogörüntülərdəki avtomobillərdən birinin sürücüsü artıq müəyyənləşdirilib: “Görüntülərdə əks olunan 99 LL 058 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müəyyən olunub. Videoda eşidilən səsin hansı avtomobilə aid olması isə hələ dəqiqləşdirilməyib. Bunun üçün digər avtomobilin sürücüsünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir”.
Xatırladaq ki, videogörüntülərdə sürücüsü hələlik müəyyən olunmayan avtomobilin “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğu və sükan arxasında mobil telefondan istifadə edərək çəkiliş apardığı görünür.
Bakıda motosiklet qəzasında ölən şəxsin keçmiş yol polisi əməkdaşı olduğu məlum olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün keçmiş əməkdaşı olub. O, 2018-ci ildə işdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından azad olunub.
Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.
Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.
***
Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza "Azneft" meydanının yaxınlığında qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan motosiklet idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
David Movsisyan barəsində cinayət işi açılıb. O hərbi xidmət keçənlər arasında Nizamnamə qaydalarını pozaraq ağır nəticələrə səbəb olan hərəkətə yol verməkdə ittiham olunur.
Qeyd edək ki, sabiq deputatın oğlu 2020-ci il yanvarın 30-da Ermənistanın № saylı hərbi hissəsində Vaqram Avaqyan öz sinəsinə avtomatla atəş açıb. Yaralı xəstəxanada ölüb.
Hadisə ilə bağlı hərbçilər David Movsisyan, Xaçik Qasparyan, Spartak Avetisyan həbs olunub.