![]() |
|
Qubada itkin düşən qadın tapılıb DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı cari ilin fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və soyuq qış ayında, qarlı və şaxtalı havada göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.
Bakıda zəncirvari qəza baş verib.
Yol-xeber.az “Report”-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb və yolun kənarında dayanan digər avtomobillin arxa hissəsinə dəyib.
Nəticədə 4 avtomobilə ziyan dəyib.
Yollarda baş verən qəzaların səbəbini araşdırdıqda məlum olur ki, qəza ya hansısa sürücünün qanuna riayət etməməsi, ya da diqqətsizliyi ucbatından baş verir. Lakin bəzən avtomobillərin nasazlığı səbəbindən də faciəvi qəzalar baş verir. Avtosfer.az təqdim etdiyi görüntü "təhlükəsiz şəhər" kamerası tərəfindən qeydə alınıb. Görüntülərdən aydın şəkildə görünür ki, "Kia" markalı mikroavtobusun sürücüsü Sulutəpə qəsəbəsində yerləşən dairəyə əks istiqamətdən daxil olaraq dairə boyunca hərəkət edən üç avtomobilə çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişinlər bədən xəsarəti alıb. Qəzanı törədən sürücü isə bir müddət şok vəziyyətində olub.
Sürücülərə nasaz avtomobillərlə yola çıxmamalarını və avtomobili idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik. Çünki hərəkət zamanı hər hansısa bir nasazlıq və ya diqqət yayınması baş verərsə bu cür ağır qəzalara yol aça bilər. Nəticədə dəmir barmaqlıqlar arasında illərinizi hədər verməli olacaqsınız.
APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.
Trend məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.
Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayon regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.
Ağdamda tütün məmulatları daşıyan yük avtomobili qəza törədib.
Yol-xeber.az APA-nın yerli bürosunun istinadən məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
“VEKTOR” firmasına məxsus, 1988-ci il təvəllüdlü Əmirov Fərhad Allahverdi oğlu idarə etdiyi “FİAT” markalı, 99 JX 712 dövlət nömrə nişanlı yük avtomobili hərəkətdə olan 1984-cü il təvəllüdlü Allahverdiyev Azər Rizvan oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 10 RZ 215 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə RPŞ-yə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyən edilib.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkar edilib.
Goranboy RPŞ və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakıda yük avtomobili sürücüsünün ağlasığmaz hərəkəti kameraya düşüb. Avtosfer.az xəbər verir ki, dekabrın 12-i paytaxtın Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində olan 90-KG-915 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü ayırıcı zolağın sol tərəfinə, yəni sürətli yola keçərək tıxacdan çıxmaq istəyib. Bu zaman onun hərəkəti yolda tıxacı daha da artırıb.
Sürücü ayırıcı zolağın üzərinə çıxan zaman onun arxa təkərləri havada qalıb. Beləliklə avtomobil nə qabağa, nə də arxaya gedib. Sərnişinlər düşüb köməklik göstərsələr də, sürücü avtomobili oradan çıxara bilməyib.
Görüntüləri sizə təqdim edirik.
APA məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Rayon ərazisindəki küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.