Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov Bakıda – DTX-dən əməliyyat - FOTOSon günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.

Ölkə.az xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.

O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.

Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.

Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.

Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.

“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.

Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Mövzunu diqqətdə saxlayacağıq.

 

 

 

 

Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.

Ölkə.az xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.

O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.

Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.

Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.

Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.

“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.

Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Mövzunu diqqətdə saxlayacağıq.

 

 

 

 
30 May 2025 Hərbi vəzifəlilərin qanunsuz əməlləri İFŞA EDİLDİ
30 May 2025 MN daha bir açıqlama yaydı
30 May 2025 Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə - Hökm oxundu
30 May 2025 Ərinin narkotik sifarişini icra edən “Ana” həbs edildi - Foto-Yenilənib
30 May 2025 Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu - Yenilənib
29 May 2025 Elgün yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış
29 May 2025 Elgün həmin binadan yıxılıbmış - Rəsmi
29 May 2025 Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
29 May 2025 MN məlumat yaydı: Bu, Ermənistanın dezinformasiyasıdır
29 May 2025 Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!
29 May 2025 Bakıda marketin qarşısında 2 nəfəri cərəyan vurub öldürdü - Foto
29 May 2025 Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş
28 May 2025 Araz Musayevin Türkiyədə bıçaqlanmasının - Təfərrüatı + Yenilənib
27 May 2025 Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
27 May 2025 Azərbaycanlılar Türkiyədə qəzaya düşdü, ölən və yaralananlar var - FOTO
27 May 2025 Azərbaycanda nazirlik əməkdaşı HƏBS OLUNDU
27 May 2025 Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı - Fotolar
27 May 2025 Arvadını qucaqlayan müəllimi baltaladı - Dəhşətli cinayətin TƏFƏRRÜATI
26 May 2025 Sabunçu Tibb Mərkəzində faciə: xəstə 3-cü mərtəbədən yıxıldı
24 May 2025 Oğurluqlar davam edir - 20 manatdan 1200-ə qədər

Xəbər lenti