d


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan  yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək. 

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.  

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir. 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.

Artıq layihə üzrə 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3105 metr istinad divarı da inşa olunub

Layihə üzrə ümumi uzunluğu 2397 m-lik 8 ədəd tunel inşası da nəzərdə tutulur. Hazırda T-1 və T-2 tunelərində qazma və qrunt bərkitmə işləri davam edir.

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 501.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.1 milyon kub.metr həcmində qazma işləri aparılib, 3.0 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub. 

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

YOLUNUZ AÇIQ OLSUN...

 

d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d

nn

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri yekunlaşıb.

Uzunluğu 3.8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.  

Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan əsaslı təmir işləri ilə problem aradan qaldırılıb.

Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilib. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri, yeni yol əsasının inşası icra olunub, lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.

Əsaslı təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2.5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilib, yararsız səki daşları yenilənib. 

Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb.  

YOLUNUZ AÇIQ OLSUN...

 

nn
nn
nn
nn
nn
nn
nn
nn
nn

t

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir.  

1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır. 

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə icra olunur. 

Tikilən yolun əhəmiyyətini nəzərə alaraq sözügedən avtomobil yolunun layihələndirilməsi və tikintisi hissə-hissə aparılır.
 
Yolboyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.

Hazırda layihə çərçivəsində yolun 7 km-lik hissəsində torpaq işləri, 8-ci km-də qazma işləri aparılır. Tikintinin 8-15-ci km-lik hissəsində geoloji axtarış, layihələndirmə işləri icra olunur.

Layihənin 15-16-cı km-lik hissəsində Masazır gölü ətrafında yol qovşağının tikintisinə start verilib. Yol qovşağı üzrə hazırda,  yanaşma yollarında və ramplarda torpaq yatağının tikintisi icra olunur. 

Yolun 16-18-ci km-lik hissəsində torpaq işləri yekunlaşıb,  hazırda bu hissədə dolğu işləri və yol əsasının alt layının tikintisi aparılır. Layihənin 18-20-ci km-lik hissəsində drenaj işləri, 20-28-ci km-lik hissəsi üzrə isə geoloji axtarış və layihələndirmə işləri davam edir.
 
Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan  Pirşağı-Novxanı-Xırdalan -M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı - Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir. 

 
 

t
t
t
t
t
t
t
t
t
t
t
t

bbb

Yol-xeber.az" xəbər verir ki, Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.

II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir. 

Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır. 

Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin nəzərdə tutulan  dairəvi və düzbucaqlı suötürücülərin inşası aparılır.  

Paralel olaraq ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri də görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir

Yolda sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə14 metr dərinlikdə qrunta vurulması işləri aparılır. 

Layihələndirilən yolun 4.5-ci km-də Ağsu çayı üzərində 1200 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpünün  inşası üzrə  ümumilikdə 31% işlərin icrası yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün dayaqlarının gövdə hissələrinin inşası icra olunur.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 883 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşıb. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 22% təşkil edir.

Layihənin 55.5-76.6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.

Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır. 

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

YOLUNUZ AÇIQ OLSUN...

 
 

bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb

g

Yol-xeber.az" xəbər verir ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli M-5 (17)-Kərimli  avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işlərinə start verilib.

Yenidən qurulan hissənin uzunluğu 10 km-dir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metrdir.

Əsasən yararsız asfalt və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. 

Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.

Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunur. 

Qeyd edək ki, M-5 (17)-Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub. 

Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur. 

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...


g
g
g
g
g
g
g
g
g
g
g
g
g
g
g
s

Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması istiqamətində 303 ədəd platforma vaqon və 18 ədəd drezinin alınaraq ölkəyə çatdırılmasını təmin edib. Hərəkət tərkibi və maşın-mexanizmləri parkını son nəsil texnikalarla təchiz edən ADY beynəlxalq  daşımalarda rəqabətədavamlılığını günbəgün möhkəmləndirir.

10 aprel tarixində media nümayəndələrinin iştirakı ilə yeni Biləcəri lokomotiv deposunda müvafiq texnikaya baxış keçirilib.

ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün ilk növbədə infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır: “Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’.

 

Cəmiyyətin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib ki, yeni alınmış 303 ədəd platforma vaqonu tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımalarının həcminin artırılmasına geniş imkanlar açacaq: “Məqsədimiz Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionda əsas nəqliyyat Hub-na çevrilməsinə dəstək verməkdir’’.

ADY yük daşımalarının fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.

Qeyd edək ki, quru nəqliyyatı ilə yük daşımalarında əsas lokomotiv rolunu oynayan ADY bu ilin I rübündə 4 441 970 ton yük daşıyaraq ötən ilin eyni dövrü ilə müqayisədə 17% daha çox yük daşıyıb.

Xatırladaq ki, ADY 2022-ci ilin I rübündə 3 810 144 ton yük daşımışdır.

dd

Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər Qax rayonunu da əhatə edir.

Belə ki, rayonda Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12.5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir. 

Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Yolun 3 km hissəsində sadalanan işlər artıq yekunlaşıb.

Yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb. Layihə üzrə 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.

Layihə çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası artıq yekunlaşmaq üzrədir. Hazırda körpünün tikintisi üzrə suyönəldici qurğular inşa olunur.

Yenidənqurma işləri 1.5 km uzunluğa malik Malax avtomobil yolunda da aparılıb. Bu hissədə torpaq işləri və yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd

d

Yol-xeber.az" xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Agentlik tərəfindən ağacəkmə aksiyası baş tutub. 

Ağacəkmə aksiyası Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Göygöl, Şəmkir və Tovuz rayonundan keçən hissələrində keçirilib. Aksiya zamanı yolun kənarı və ağac əkiləcək ərazi tullantılardan təmizlənilib, ərazidə olan ağaclara, bitkilərə mövsümi qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun 4 500-ə yaxın Eldar şamı, bundan başqa 7 minə yaxın sərv, küknar və digər həmişəyaşıl ağaclar əkilib, suvarılması təmin edilib. Mövsüm ərzində magistral yol boyunca 20 minə yaxın ağacın əkilməsi planlaşdırır.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674.3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 18,82 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.

YOLUNUZ AÇIQ OLSUN...

 

d
d
d
d
d
d
d
d
d

f

Yol-xeber.az" xəbər verir ki, Talış-Tap Qaraqoyunlu-Qaşaltı (Naftalan şəhəri) avtomobil yolunun əsas göstəriciləri:

-  Yolun ümumi uzunluğu                                                                - 22.0 km

-  Yolun texniki dərəcəsi                                                                  - II-IV  (19+3)

- Hərəkət hissəsinin eni                                                                  - 9.0-6.0 m

- Hərəkət zolaqlarının sayı                                                             - 2 ədəd

- Hərəkət zolağının eni                                                                   - 4.5-3.0 m

- Çiyinin eni                                                                                    - 2x3 m və 2x2 m

- Səkinin eni                                                                                   - 2x2

- Torpaq yatağının eni                                                                    - 15-10 m

 

Yolun konstruksiyası:

- Əsasın alt  layı –  qum-çınqıl qarışığı, qalınlığı                           - 30 sm 

- Əsasın üst layı –  optimal qum-qırmadaş qarışığı, qalınlığı        - 20 sm

- Asfalt-beton örtük   qalınlığı                                                        - 12-14 sm

 

Yerinə yetirilmiş iş həcmləri:

- Torpaq işləri                                                                                               - 3,6 mln m3

- Yol əsası və çiyinlər üçün optimal qum-çınqıl və qum-qırmadaş qarışığı  - 167,5 min m3

- Asfalt-beton qarışığı                                                                                  - 62,5 min ton

- Müxtəlif diametrli suötürücü borular                                                          -  1624 m

- Müxtəlif yol nişanları və göstərici lövhələr                                                - 273 ədəd

- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər                              - 66,4 min metr

- Dəmir-beton küveyt                                                                                  - 7,6 min m

- Siqnal dirəkləri                                                                                          - 880 ədəd

- Əyrixətli tirlər                                                                                            - 7 000 m

                                     

İncə çayı üzərində 1 körpü inşa edilib:

- Körpünün uzunluğu     - 84,0 metr

- Körpünün eni               - 14,5  metr

- Hərəkət hissəsinin eni  - 11,5 metr

- Səkilərin eni                  - 2 x 1,5 m 


Talış-Tapqaraqoyunlu-Qaşaltı (Naftalan şəhəri) avtomobil yolu istifadəyə verildikdən sonra Tərtər və Goranboy rayonları, həmçinin Naftalan şəhəri arasında alternativ yeni bağlantı yaranıb. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

f
f
f
f
f
f
f
f
f
f
f
f

b

Yol-xeber.az" xəbər verir ki, Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən zəruri yerlərdə cari təmir işlərinin icrası davam edir.

Bu çərçivədə Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkr dairəsi) yerləşən yol ötürücüsündə temperatur tikişləri bərpa edilib.

Aparılan təmir işlərindən sonra nəqliyyatın hərəkəti tam təmin olunub.


b
b
b
b
b
b
b
b
b

Xəbər lenti