|
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 4.6 km olan üç küçə təmir olunub.
Təmir işləri rayonun uzunluğu 2260 metr təşkil edən Kamil Rzayev, 1760 metr uzunluğa malik Yavər Əliyev küçələri və uzunluğu 580 metr olan 39-cu məhəllənin yollarında aparılıb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif uzunluqlara malik 2 və 4 hərəkət zolaqlı 12 küçə inşa edilir.
Ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 m-ə yaxın dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materalından yol geyiminin əsası inşa olunur.
Ümümilikdə 2022 ci il ərzində 820 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 680 min kubmetr yararlı karxana materialından geri dolğu işləri görülərək yeni yol yatağı inşa edilib, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.
Layihəyə uyğun daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Küçələrdə 55 min kv.m piyada səkisi inşa olunub, hazırda üzərlərinə 85 min kv.m tamet daşları döşənir. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 25 min paqon-metr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 650 müxtəlif növ ağaclar əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 310 yol işıqlandırma dirəkləri quraşdırılıb.
Hazırda küçələr boyu 76 min kv.m sahədə 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 15 130 metr olan 43 küçə inşa edilərək təhvil verilib.
Ümumilikdə layihə çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22.4 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən küçələr inşa edilməlidir. Küçələr hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda ümumi uzunluğu 7.6 km olan 7 küçədə təmir işləri icra olunub.
Bu çərçivədə Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metr və Təbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissələri, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan və Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən ümümi uzunluğu 1500 metrolan hissələri, uzunluğu 1830 metr təşkil edən Müzəffər Nərimanov, 476 metr uzunluğa malik Ülvi Bünyadzadə, 340 metr uzunluğunda olan Tələt Şıxəliyev, 1620 metr uzunluğa malik Məsud Əlizadə və uzunluğu 1230 metr təşkil edən Əliəşrəf Əlizadə küçələri əsaslı şəkildə təmir olunub.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,Yasamal rayonunda Fərid Ələkbərov küçəsinin Ələsgər Ələkbərov küçəsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində aparılır.
Sözügedən hissənin uzunluğu 560 metr, ortalama eni 7 metr təşkil edir.
Təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi işləri görülür.
Bu işlərə paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda ümumi uzunluğu 13 260 metr olan 9 küçədə təmir işləri icra olunub.
Bu çərçivədə təmir işləri Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900metr), Şahin Səmədov (1250 metr), Cavanşir (1400 metr), Nazim Şükürov (980 metr), ümumi uzunluğu 5000 metr olan Elvin Şükürlü və Zeytunluq küçələrində, həmçinin Boru keçidinin döngələrində (1650 m) aparılıb.
Sözügedən küçələrdən bəziləri deformasiyaya uğramış asfalt örtükdən, bəziləri isə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problemlər aradan qaldırılıb, adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində İdris Süleymanov küçəsində təmir işləri aparılır.
Uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Layihə uyğun olaraq küçədə yeni yağış barmaqlıqlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunur.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin diqqətdə saxladığı mühüm məsələlərdən biridir.
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır.
Bu istiqamətdə agentlik tərəfindən aparılan işlər növbəti dəfə Bakı dairəvi avtomobil yolunun mühafizə zolağında icra olunub. Ərazidə ümumilikdə 2000 ədəd olmaqla eldar şamı, akasiya, göyrüş ağacları əkilib.
Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2022-ci ilin yanvar-noyabr aylarında 68 637 müxtəlif növ ağac və kol bitkisi əkilib.
2020-2021-ci illərdə əkilən ağac və kol bitkilərin sayı isə ümumilikdə 258 157-dir.
Bildirək ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 399 649 çoxillik ağac mövcuddur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 18.8 hektar ərazidə yaradılmış 9 tinglik sahədə yetişdirilən 296 475 müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 121 346 ağac və kol bitkisi yetişdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.
Qeyd edək ki, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.
Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün döşənməsi işləri icra olunub, yolayrıcı betonlar düzülüb.
Bundan başqa marşrut boyu geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri də aparılıb. Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün tikintisi də yekunlaşıb.
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yolun 3.8-ci km-də yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.
Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması da layihə üzrə yerinə yetirilən işlərdəndir.
Layihə üzrə nəzərdə tutulan bütün işlər yekunlaşdırılaraq yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi əsaslı təmir edilib.
Təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılıb. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri icra olunub. Sadalanan təmir işləri 8 min kv.m-ə yaxın sahəni əhatə edib.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.
Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Hazırda yol boyu üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması, həmçinin çiyin hissələrin bərkidilməsi işləri aparılır.
Qeyd edək ki, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.
Görülən işlər çərçivəsində marşrut boyu geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri aparılıb.
Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası yekunlaşıb, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yolun 3.8-ci km-də yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.
Yaxın günlərdə yol müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.
Xatırladaq ki, sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...