ggg

Yol-xeber.az" xəbər verir ki, İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir. 

Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.

Uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı sözügedən yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. 

Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Artıq yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol yatağının, yol əsasının alt və üst layının tikintisi icra olunur. 

Ağamalılar yolu üzrə işlər yekunlaşdıqdan sonra layihənin 5 km-lik Məmmədli hissəsində tikinti işlərinə start veriləcək. 

Layihə çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub.  

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır, əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcəkkənd təsərrüfatının inkişafına şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...

 

ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg

dd

Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun yenidən qurulması davam edir. 

7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu  Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 

Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. 

Layihənin uzunluğu 8 km olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.  Bu hissədə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Sözügedən hissədə asfalt örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Artıq layihənin uzunluğu 5 km təşkil edən Sarısu hissəsində yenidənqurma işlərinə start verilib. Hazırda bu hissədə  torpaq işləri aparılır. 

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşdıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN... 

 

dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd

ff

Yol-xeber.az" xəbər verir ki, M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular,  suötürücü borular və 7 ədəd körpü yenidən inşa olunacaq.

Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Bununla  yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü borular üzrə əks dolğu və inşa işləri aparılır. Artıq 15 suötürücü borunun tikintisi yerinə yetirilib.

Layihə üzrə 4 körpünün inşası davam edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda  yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.  

YOLUNUZ AÇIQ OLSUN...

 

ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff

d

Yol-xeber.az" xəbər verir ki, Bu gün ’’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yük yola salınıb.

Humanitar yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.

Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.

Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.

Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

hhhg

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri davam etdirilir.

Uzunluğu 3.8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.  

Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda qeyd edilən problem aradan qaldırılır.

Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilir. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür, yeni yol əsası inşa edilir və yeni asfalt örtüyü döşənir.

Təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2.5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilir, yararsız səki daşlarının və drenaj xəttlərinin yenilənməsi işləri aparılır. 

İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək. 

YOLUNUZ AÇIQ OLSUN...

 

 
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg

jjjj

Yol-xeber.az" xəbər verir ki, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə yeni yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.  

Keçid müasir görünüşü və bütün vətəndaşların rahat şəkildə istifadə etməsi üçün beynəlxalq standartlara cavab verir. 

Belə ki, keçiddə həm pilləkən hissə inşa edilib, həm də xüsusi mailliyi olan piyada pandusları. Xüsusi piyada pandusları hesabına isə keçiddə yaşlı adamlarınfiziki məhdudiyyətli insanlarınuşaq arabalı valideynlərin rahat hərəkəti təmin olunur. 

Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarıətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalaratəlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.

Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq  torşəkilli metal konstruksiyadan ibarətdir. 

Keçiddən istifadə edən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə fasiləsiz videomüşahidə sistemləri qurulub, personalın real vaxt rejimində keçiddə baş verənləri izləmək üçün xidməti otaq inşa edilib. 

YOLUNUZ AÇIQ OLSUN...


jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
jjjj
d

Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir. 

Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.  

Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb. 

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci (layihə üzrə 29.9-53.5 km) və 20 km-lik 3-cü (layihə üzrə 53.5-73.5 km) hissələri üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma işləri, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Yolun 36-39 km hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək, 39-60 km hissəsində isə bir istiqamətdə asfalt-beton örtüyünün 1-ci qatı səviyyəsində tikinti işləri aparılıb. 60-73.5 km hissəsində torpaq yatağının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri davam etdirilir.

Magistralın 18.5 km-lik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsinin 73.5-81 km-də bir istiqamətdə asfalt-beton örtüyünün birinci qatı tikilib. Yolun 81-92 km-də isə torpaq yatağının, yol ötürücü və drenaj boruların, körpülərin tikintisi işləri görülüb.

Ümumilikdə yolun 29.9-92 km-lik hissəsində suötürücü və ehtiyat boruların tikintisi yekunlaşdırılıb, torpaq yatağının, drenaj qurğuların, körpülərin tikintisi və yol geyimi işləri 86.4% yerinə yetirilib. Paralel olaraq yolun bütün hissələrində ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi işləri davam etdirilir. 

Yeni magistralın 58 km-lik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə isə suötürücü və drenaj qurğuların, alt və ehtiyat keçidlərin tikintisi işləri başa çatdırılıb, yol geyiminin, ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi, yol avadanlıqlarının, mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri davam etdirilir. 

5-ci hissənin ilk 34 km-də qazma və dolğu işləri tamamlanıb, yol geyimi işləri, yəni hamarlayıcı lay, yol əsasının alt layı və əsas layın tikintisi işləri yekunlaşdırılıb,  həmçinin asfalt-beton örtüyün aşınma layı 100% həcmində inşa edilib. Yolun 24 km-lik hissəsində isə asfalt-beton örtüyü aşınma layı da daxil döşənməsi bir istiqamətdə artıq başa çatdırılıb. 

Yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilir. 

Cari ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. 

YOLUNUZ AÇIQ OLSUN...


d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d

Kəlbəcərdə yolların qardan təmizlənməsi işləri aparılır -VİDEO | Hafta.az

Yol-xeber.az" xəbər verir ki, Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.

YOLUNUZ AÇIQ OLSUN...

g

Magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km-də yerüstü piyada keçidinin inşası sürətlə davam etdirilir. 

Layihə üzrə keçidin uzunluğu 38.4 metr, daxili eni 3.3 metr, pilləkənlərin eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqlı metal konstruksiyadan ibarətdir. İki giriş-çıxışlı olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Hazırda keçiddə məhəccər və pilləkənlərin tikintisi aparılır. Ümumilikdə tikinti-quraşdırma işləri 85% başa çatdırılıb.  

Belə ki, avtomobil yolunun hər iki tərəfində piyada keçidinin dayaqları quraşdırılıb, metal konstruksiyanın quraşdırılma işləri aparılıb.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.  

Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində də yeni piyada keçidinin inşası aparılır. 

YOLUNUZ AÇIQ OLSUN...


g
g
g
g
g
g
g
g
g
hh

"Yol-xeber.az" xəbər verir ki, Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. 

Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78.7-79.7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182.5 metr (sol-175 m, sağ-190 m)V8 viadukun ortalama uzunluğu 392.5 metrdir (sol-410 m, sağ-375 m)

Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m)T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m)T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).

Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib. 

“İnşaat Norma və Qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin drenaj kanallar üçün ümumi uzunluğu 12210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

BÜTÜN YOLLAR QARABAĞA APARIR…

 

hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh

Xəbər lenti