|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Suraxanı rayonunda ümumi uzunluğu 16 km-dən çox olan 13 küçə təmir olunub.
Bu çərçivədə təmir işləri rayon üzrə Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan məhlədaxili yollarında (1000 metr), Mərkəzi küçəsində (1300 metr), Bülbülə qəsəbəsində Samir Əliyev küçəsində (600 metr), Qaraçuxur qəsəbəsində Şərq yaşayış massivinin yollarında (3900 metr), Əmircan qəsəbəsinin uzunluğu Zeynal Zeynalov (1000 metr) və Atamoğlan Rzayev küçələrinin məhəllədaxili yolarında (650 metr), Zığ qəsəbəsində İdris Süleymanov (1000 metr) və Hətəm Allahverdiyev (1000 metr) küçələrində, Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında (1400 metr), Hövsan qəsəbəsində Məktəbli (1300 metr), Oqtay Şabanov (1200 metr) küçələrinin və Südçülük yaşayış massivinin məhəllədaxili yollarında (1000 metr), Dənizkənarı küçəsində (1000 metr) əsaslı təmir işləri aparılıb.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Artıq 130 km-lik yolun 82.2-ci km-lik Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.
Layihəyə əsasən torpaq yatağının ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edir.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. 39.8 km-lik 1-ci və 42.4 km-lik 2-ci hissələrin 1-ci texniki dərəcəyə uyğun inşası artıq yekunlaşıb.
Belə ki, magistralın tikintisi yekunlaşmış Gəncə-Zəyəm-Qırılı hissəsində 16 avtomobil körpüsü və yolötürücüsü, 13 yol qovşağı inşa edilib. Mühəndisi qurğularının ən kiçiyinin uzunluğu 27.6 metr, ən böyüyünün isə 290.24 metrdir (Tovuz çay körpüsü).
Layihənin sözügedən hissəsində həmçinin 53 alt keçid, 362 dairəvi boru, 22 düzbucaqlı su keçidi və 56 dayanacaq da inşa edilib.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin 47.95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin də tikintisi sürətlə davam etdirilir. Hazırda sözügedən hissədə qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirilir. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur.
Sözügedən hissədə hazırda 5 avtomobil körpüsü və yolötürücüsü, 8 yol qovşağı inşa edilir. Mühəndisi qurğularının ən kiçiyinin uzunluğu 21 metr, ən böyüyünün isə 202.2 metrdir (Ağstafaçay körpüsü).
Ümumilikdə isə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılan tikinti işləri yekunlaşıb. Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tuneli inşa edilib.
Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsinin (yanaşma yollar ilə birgə) ümumi uzunluğu 420 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarətdir. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr təşkil edir.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və eni 1.20 metr olmaqla piyada səkilərinin inşası da layihə üzrə həyata keçirilib.
Tuneldaxili yolun eni hər iki istiqamət üzrə 4 metr, yan yolların eni 5-7 metr, hərəkət hissəsinin eni 4-6 metrdir. Layihə üzrə yolların genişləndirilməsi üçün söküntü, tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunub.
Qeyd edək ki, əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçıların rahat və təhlükəsizliyini təmin etmirdi. Köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi, piyadalar üçün səkilər mövcud deyildi. Bu üzdən piyadalar dəmir yolu xətlərinin üzərindən keçməyə məcbur edilər. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə bilir. Yeni inşa edilən piyada səkiləri vasitəsi ilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən öz yollarına davam edə bilirlər.
Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində Elvin Şükürlü və Zeytunluq küçələrinin əsaslı təmiri yekunlaşıb.
Ümumi uzunluğu 5 km təşkil edən sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Təmir işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri yerlərdə yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.
Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.
Qeyd edək ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda ümumi uzunluğu 13 260 metr olan 9 küçədə təmir işləri icra olunub.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilib.
Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Xocasən-Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında tikilib.
İki giriş-çıxışdan ibarət keçidin layihə üzrə ümumi uzunluğu 30 metr, daxili eni 3.8 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarətdir.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb.
Hazırda keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılır.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda Fərid Ələkbərov küçəsinin Hüseyn Cavid prospekti ilə Süleyman Dadaşov küçəsi arasında yerləşən hissəsində təmir işləri aparılıb.
Sözügedən hissənin ortalama eni 8 metr təşkil edir.
Təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, 300 p/m köhnə səki daşlarının bərpası işləri görülüb, küçəyə 600 p/m yeni bordür daşı düzülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bu işlərə paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da icra olunub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunub.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bu istiqamətdə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir.
Layihə üzrə keçidin uzunluğu 52.55 metr, aşırım hissəsinin uzunluğu 46.95 metr, eni 2.83 metr, pilləkənlərin eni 2.7 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Artıq keçidin dayaq hissələrinin beton və metal işləri, aşırım hissəsinin metal konstruksiyasının bir hissəsi üzrə işlər tamamlanmışdır.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığı əsasında vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
3.21 km uzunluğa malik olan “Baksol yolu” mərhələli şəkildə təmir olunub.
Xatırladaq ki, sözügedən yolda asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.
Layihəyə uyğun yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və köhnə asfalt örtüyünün frezlənməsi, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb və vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilib.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri son mərhələdə olmaqla davam edir.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub.
Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.
Sadalanan işlər yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun böyük bir hissəsində bütün bu işlər yekunlaşıb. Hazırda yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, layihə üzrə zəruri yerlərdə drenaj işləri və beton küvetlərin tikintisi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlərə paralel olaraq yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilir.
Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Qeyd edək ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Qaradağ rayonu üzrə ümumi uzunluğu 19.6 km olan 13 küçədə təmir işləri icra olunub.
Rayonun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə aparılan təmir işləri çərçivəsində Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A küçəsi, 2800 metr uzunluğa malik Massiv 6 yeni məhəllənin yollarında, 1000 metr uzunluğa malik Massiv 1 keçid 4,5, 2430 metr uzunluğa malik Massiv 1 küçə 2 və uzunluğu 1200 metr olan Massiv 1 Vilayət Əsgərov küçəsində təmir işləri aparılıb.
Qızıldaş qəsəbəsində ümumi uzunluğu 5.10 metr təşkil edən 2-ci Massiv, 12, 13 və 14-cü küçələrin təmiri icra olunub.
Rayonun Sahil qəsəbəsində uzunluğu 3200 metr olan Məhərrəm Seyidov küçəsinin, Qobustan qəsəbəsində isə Massiv 1a Mərkəzi küçə (900m), Massiv 3 (200m), Massiv 7 küçə 1 (800m) və Massiv 5 (1km) üzrə təmir işləri yerinə yetirilib.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...