|
"Yol-xeber.az" xəbər verir ki, “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan avtomobil yolunun 1100 metrlik hissəsində təmir işləri davam etdirilir.
Təmir işləri çərçivəsində hazırda 15 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihəyə uyğun sözügedən hissədə yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib.
“Baksol” avtomobil yolunun hazırda təmiri davam edən 1100 metrlik hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq. Sadalanan işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir.
İşlərin aparıldığı müddət ərzində yolboyu təmir olunan hissə üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu üzdən sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Xatırladaq ki, bundan öncə “Baksol yolu”nun 1400 metrlik hissəsində anoloji işlər icra olunaraq yekunlaşdırılıb.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib.
Küçənin uzunluğu 860 metr, ortalama eni 10.5 metr təşkil edir.
Təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.
Küçə boyu 2000 p/metr səki daşı düzülüb, 90 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Zəruri yerlərdə yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Hətəm Allahverdiyev küçəsində təmir işləri aparılır.
Uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilib.
Təmir olunan bu hissənin uzunluğu 500, eni ortalama 12 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri aparılıb.
10313 kv.m sahəyə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 2350 kv.m sahəsi asfaltlanıb, əraziyə 2312 p/m yeni səki daşları düzülüb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 10 küçə təmir edilir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir.
Təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası, səki və bordür daşlarının yenilənməsi işləri aparılıb.
Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam edir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq, Qəbələ rayonunda 25 km uzunluğa malik və 4 istiqamət üzrə 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri yekunlaşıb.
Bu Bunud-Həzrə (5.3), Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarıdır.
Torpaq və çınqıl örtüklü avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.
Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 9-10 metr təşkil edir.
“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.
Beləliklə ümumi uzunluğu 25 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda ümumi uzunluğu 6.05 km olan 5 küçədə təmir işləri icra olunub.
Bu çərçivədə II Alatavanın 2 km uzunluğa malik daxili yolları, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan 1630 metrlik hissəsi, 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov, uzunluğu 1000 metr təşkil edən Zivərbəy Əhmədbəyov və 560 metr uzunluğa malik Seyfəddin Dağlı küçələri əsaslı təmir edilib.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Xocasən-Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında tikilir.
Layihə üzrə keçidin ümumi uzunluğu 30 metr, daxili eni 3.8 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq.
Hazırda keçiddə montaj işləri görülür.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulması davam edir.
İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yolarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında avtonəqəliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaşanırdı.
Dövlət başçısının Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.
1.1 km uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb.
Layihə üzrə ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Vətəndaşların küçəboyu rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3600 kv.m yeni piyada səkilərinin inşası, kənarlarına 2200 p/m səki daşının düzülməsi işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi də artıq yekunlaşıb.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur. İşlərin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi aparılmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...