Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yol ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qalıb. Bu isə ciddi mənada hərəkətə maneə törədib. 

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb. 

 
 
 


Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazirki 32-33-cü məhəllədəki küçələrin yollarında geniş miqyaslı yenidənqurma və asfaltlaşdırma işlərinə start verilmişdir. Hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur.

6 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev görülən işlərlə yerində tanış olmuş, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini vermişdir.
Qeyd etmək lazımdır ki, göstərilən ərazidə təxminən 40 ilə yaxındır ki, əhalinin məskunlaşması başlamışdır. Burada 1000-ə yaxın yaşayış evi vardır. Uzun illər ərazidə əhali yollarının narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar.
Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən rayon ərazisində 2 küçədə apardığı təmir işlərini yekunlaşdırıb.

 

İmzalanan sərəncama əsasən, Pirallahı rayonunun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib. Süleyman Bağırov küçəsinin uzunluğu 2.9 km, Gənclik küçəsinin uzunluğu isə 1.1 km təşkil edir.

 

Sözügedən küçələr uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi, çünki torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.

 

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 24 min kv.m təşkil edir.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.

 

Xatırladaq ki, agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Pirallahı rayonunun Gürgən qəsəbəsinin uzunluğu 2 km olan daxili yolunda təmir işləri aparılıb.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

“Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Bəzi yerlərdə yüksəklik 3 500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb.

 

Ümumi uzunluğu 28.5 km olan Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

 

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Bu səbəbdən də yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və optimal-qırmadaş, qum çınqıl qarışıqlarından yeni yol əsası inşa edilib.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri başa çatıb və sözügedən yollara aşınma qatına qədər yeni asfalt-beton örtüyü döşənib. Yeni asfalt-beton örtüyünün döşəndiyi sahə 250 min kv.m-dən çoxdur.

 

Avtomobil yolları boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrli yeni suötürücü dəmir-beton boruların və boru başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri də aparılaraq yekunlaşdırılıb.

 

Bundan başqa layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri, həmçinin avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri olan ərazilərdə yol kənarlarına əyri-xətli dəmir tirlər quraşdırılıb. Bundan başqa yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri də icra olunub. Kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.

 

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

 

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

 

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Səbail rayonu Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilərək yekunlaşdırılıb.

 

İmzalanan sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq sözügedən rayonun Badamdar qəsəbəsi üzrə 1,2 və 3-cü yaşayış massivlərində 7.8 km uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitib.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

 

Sərəncam və proqrama uyğun olaraq, Səbail rayonu Badamdar qəsəbəsinin 1-ci yaşayış massivində ümumi uzunluğu 2.9 km olan Vaqif Mustafazadə,Cənub, Mirzə Şəfi Vazeh və Natəvan küçələri, həmçinin Qəburstanlıq yolunda, 2-ci yaşayış massivində ümumi uzunluğu 2.4 km olan Bağlar döngəsi, 2 və 9-cu döngələr, həmçinin 4,5 və 11-ci küçələr, 3-cü yaşayış massivində isə ümumi uzunluğu 2.5 km olan 26, 28, 30, 32 və 33-cü küçələrdə aparılan təmir işləri yekunlaşıb.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.

 

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail rayonunda ümumi uzunluğu 6 km olan küçədə təmir işləri aparılıb.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilərək yekunlaşdırılır.

 

İmzalanan sərəncama əsasən, agentlik tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.

 

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq sözügedən rayonun Binə, Türkan və Zirə qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 34.4 km uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitmək üzrədir.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

 

Proqrama uyğun olaraq, Xəzər rayonu Binə qəsəbəsində 12.6 km-lik Südçülük sovxozu, Ramana və Atçılıq yaşayış massivlərinin daxili küçələri, həmçinin 1.4 km uzunluğa malik Babək və Musabəyov küçələrində, Türkan qəsəbəsində ümumi uzunluğu 8.9 km olan döngələri ilə birgə Xanlar küçəsi, Vərəm sanatoriyasının ətrafındakı küçələr və Üzümçülük sovxozunun daxili küçələrində, Zirə qəsəbəsində isə ümumi uzunluğu 11.6 km olan Yeni yaşayış və Südçülük sovxozu yaşayış massivlərinin daxili küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşır.

 

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində ümumi uzunluğu 51 km olan küçə və yolda təmir işləri aparılıb.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü 11 avtomobil yolu inşa edilib. 

 

Bu 4 hərəkət zolaqlı Qarabağ atları meydanı və Mərkəzi park küçləri, həmçinin 2 hərəkət zolaqlı 3,4 və 5-ci park küçələri, həmçinin qeyd olunan küçələrlə kəsişən və kəsişməyən digər küçələrdir. 

 

Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyati qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılıb.  

 

Qeyd olunan küçələrdə 220 min kubmetr torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Küçələr boyu 16 min kv.m sahədə 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb. 

 

Layihə çərçivəsində küçələrdə 16 min kv.m piyada səkisi inşa olunub, üzərlərinə 18 min kv.m tamet daşları döşənib. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 7.5 min paqon metr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 350-dən çox müxtəlif növ ağaclar əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 170 ədəd yol işıqlandırma dirəkləri quraşdırılıb. 

 

Qarabağ Atları Meydanının yerləşdiyi eyniadlı mərkəzi küçə şimalda Babək prospektindən başlayaraq, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanını təşkil edəcək. Küçənin açılması Ağ Şəhər yol infrastrukturunun Babək prospektinə daha bir rahat keçidini təmin edəcək.

 

Uzunluğu 480 metr, eni 37 metr olan 4 hərəkət zolaqlı küçədə sürücülərin və piyadaların mütəşəkkil hərəkəti layihələndirilib. Belə ki, Ağ Şəhər layihəsinə uyğun olaraq piyadaların maneəsiz hərəkəti üçün panduslar və yüksəldilmiş keçidlər salınıb, eni 6 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı nişanlarla qeyd edilib, yaşıllıq zolaqları salınıb, velosiped dayanacaqları, sakin və qonaqların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, skamyalar quraşdırılıb. Piyadalar üçün yeni yaşıllaşdırılmış ictimai ərazi və avto dayanacaq yerləri salınıb. 

 

Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka keçid alır. Küçənin mərkəzində yerləşən Qarabağ Atları Meydanı xüsusi zövqlə həmişəyaşıl ağaclarla bəzədilib. 

 

Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 12.7 km olan avtomobil yolu inşa edilərək təhvil verilib. 

 

Ümumilikdə isə layihələr çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22.4 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar inşa edilməlidir. Yollar hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.

 
 

Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.

 

Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir.  Bu baxımdan əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması  bunun bariz nümunəsidir.

 

Adıçəkilən yolun layihəsi cari ilin iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışı zamanı ölkə başçısı İlham Əliyevə təqdim olunmuşdur.

 

Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, yolda müəyyən problemlər yaranır. Məhz bu səbəbdən Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını vermişdir.

 

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

 

Ümumi uzunluğu 85.6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı  avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

 

Yeni layihə üzərində 8 körpü vardır. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikiləcək. Artıq bu çərçivədə də işlərə başlanılıb.

 

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

 

  • - Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
  • - Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
  • - İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
  • - Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
  • - Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
  • - Regionda turizmin inkişafı.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

 

Xəbər lenti