|
Prezident İlham Əliyevin yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə də respublika üzrə müxtəlif yol infrastrukturu layihələri həyata keçirlir ki, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.
Bu çərçivədə artıq bir çox avtomobil yollarında yenidənqurma və tikinti işlərinə start verilib. Onlardan biri respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı km-dən ayrılan və Padar kəndinə gedən avtomobil yoludur.
Sözügedən yol uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.
Padar yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Belə ki, tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton boru quraşdırılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılacaq.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilir.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Cari ildə Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə rayonun Sulutəpə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Sözügedən qəsəbə üzrə ümumi uzunluğu 7.1 km təşkil edən küçə və yolların əsaslı təmiri məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib. Belə ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə isə 5.3 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulur. Bu istiqamətdə də yaxın müddət ərzində təmir-tikinti işlərinə start veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Binəqədi rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 70 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Binəqədi rayonunun sözügedən qəsəbələri üzrə vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
YOLUNUZ AÇIQ OLSUN...
Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonunda da aparılır.
İnvestisiya Proqramına uyğun olaraq cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur ki, artıq bu istiqamətdə təmir-tikinti işlərinə başlanılıb.
Söhbət Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yoldan gedir.
Artıq Binə və Qala qəsəbələrində cari ilin İnvestisiya Proqramında nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
YOLUNUZ AÇIQ OLSUN...
Prezidentinin tövsiyyə və tapşırıqlarına əsasən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
Hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri Əliağa Şıxlinski küçəsinin Neapol dairəsindən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində aparılır.
Uzunluğu 1.8 km, eni ortalama 13 metr təşkil edən küçə uzun müddət istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi asfaltlanır, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilir.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.
Yuxarıda qeyd edilən təmir işləri artıq ərazinin 1 km-lik hissəsində yekunlaşmaq üzrədir. Ümumilikdə tikintinin aparılacağı ümumi sahə 24 min kv.m-dən çoxdur.
Hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2.1 km təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Asfaltlanma işləri bitdikdən sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi veriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Ümumiyyətlə isə prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41.5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.
YOLUNUZ AÇIQ OLSUN...
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Prezident İlham Əliyev Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 4-6 zolaqdan ibarət olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
"Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibətilə zəngilanlıları və bütün Azərbaycan xalqını təbrik edirəm."
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatı və turizmin inkişafını sürətləndirmək məqsədi ilə respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.
Bu istiqamətdə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkə üzrə onlarla yol infrastrukturu layihəsi icra olunur. İsmayıllı rayonu da bu cür layihələrdən kənarda qalmayıb. Son iki il ərzində rayon ərazisində bir-neçə kəndlərarası avtomobil yolu yenidən qurulub.
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, cari ildə İsmayıllı rayonu ərazisində 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib.
Bu uzunluğu 13 kilometr olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması layihəsidir.
2 yaşayış məntəqəsi olan Gideyli və Kürd Eldarbəyli kəndlərinə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Çünki uzun illər sözügedən yol təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılır, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.
Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.
Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yol əsasının inşası və yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək. Ümumilikdə tikintinin aparılacağı ümumi sahə 130 min kv.m-dən çoxdur.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması 3 mindən artıq əhalisi olan 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Nərimanov rayonunun yaşayış massivlərinin 20 km-dən artıq daxili küçə və yollarında təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində bu çərçivədə 10.5 km olan 15-dən artıq küçə və yolun təmiri nəzərdə tutulur.
Nərimanov rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Şahmar Ələkbərov küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı təmir işləri icra olunur.
Uzunluğu 800 metr təşkil edən küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq 2021-ci ilin İnvestisiya Proqramında təmiri nəzərdə tutulan 15-dən artıq küçədə təmir işlərinin aparılması nəzərdə tutulub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.
YOLUNUZ AÇIQ OLSUN...
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Suraxanı rayonunun 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18.5 km olan qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
Suraxanı rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunub.
Uzunluğu 1250 metr, ortalama eni isə 14 metr təşkil edən küçənin sözügedən hissəsi qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.
Küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Bundan başqa vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeniləri inşa edilib, küçə boyu kəsişmələrlə bərabər səkilərin kənarlarına 2 min paqon-metrdən çox səki daşı düzülüb.
Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Bundan başqa küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Layihənin sonuncu mərhələsi üzrə təmir işləri aparılan hissənin zəruri nöqtələrinə yeni yol nişanları qoyulub, yolun üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.
YOLUNUZ AÇIQ OLSUN...