68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır  - FOTO

Ölkə başçısının 1 sentyabr 2020-ci il tarixli əlavə tədbirlər haqqında Sərəncamına əsasən, Quba rayonunun 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 km uzunluğa malik Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlum Yol-xeber.az-a atda bildirilir ki, Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulması artıq yekunlaşır. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir.

Bundan başqa avtomobil yolunun “Təngə dərəsi” kimi tanınan ərazisində, qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib. Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metrdir.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.

 

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

"ADY Express" İrandan Rusiyaya quru süd və pendir nəqlinə başlayıb

“Azərbaycan Dəmir Yolları“ QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-nin Azərbaycandan tranzit rejimində nəql etdiyi bir sıra yük növlərində artıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib. 

Məlumatda həmçinin deyilir ki, bunu ilk növbədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalara aid etmək olar. 

Belə ki,  Astara yük terminaldan keçərək, İran-Azərbaycan-Rusiya marşrutu ilə nəql olunan süd məhsulları və meyvə yükdaşımalarında artım müşahidə olunur. "ADY Express" artıq İrandan Rusiyaya 1 000 ton quru süd və pendir nəql edib. Bununla yanaşı, şirkət 2 ay ərzində Astaradan Həştərxana 5 050 ton meyvə nəql etməyə müvəffəq olub.

Yükdaşımalar şirkətin təqdim etdiyi refsekisyalarla (refrijerator vaqonlar) həyata keçirilib. Vaqonlar Astara (İran) yük terminalında yüklənərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təyinat nöqtələrinə nəql edilib.

Bununla yanaşı "ADY Express", Astara-Ələt-Xəzər Dənizi-Qazaxıstan-Tacikistan marşrutu ilə, Azərbaycandan tranzit rejimində keçməklə, İrandan Tacikistana biskvit və çay nəql edib ki, bu da həm seçilən marşrut həm də daşınan yük növündə yenilik idi. Bu yüklər də, şirkətin təqdim etdiyi refsekisyalarla daşınıb. 

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi dövlət başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar yenilənir. 

 

Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır. 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən belə layihələrdən daha biri uğurla həyata keçirilib. 

 

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatıb. 

 

Sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur. 

 

Qeyd edilən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Buüzdən yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edəcək. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq. 

 

Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb. 

 

Bundan başqa yol boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə,mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 p/metr yeni səki daşları düzülüb. Bununla yanaşı Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılıb. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənib. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkilib. 

 

Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

 
 
Bakıda daha bir yerüstü piyada keçidi tikildi

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda yerüstü piyada keçidi inşa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, bu qərar avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib. 

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb. Keçiddə, həmçinin müasir işıqlandırma sistemi qurulub.

Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.

 





 


Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun sözügedən hissəsində hərəkət intensivliyi və vətəndaşların (sakinlərin, sürücülərin) rahatlığı baxımından gecə saatlarında aparılıb. Nəticədə körpünün aşırım tirləri tam olaraq demontaj edilərək ərazidən daşınıb.

 

Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib.

 

Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

 
 


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində geniş miqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3.4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1.2 km-lik yollarının, ümumi uzunluğu 3.6 km olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” y/massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0.5 km-lik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0.56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq küçə və yolların böyük əksəriyyəti tam şəkildə təmir olunub.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Artıq sözügedən işlər çərçivəsində Nərimanov rayonu üzrə Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1200 metrlik yollarının, ümumi uzunluğu 3600 metr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” y/massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 500 metrlik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 560 metr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan, paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospetlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik yolu olan Əliyar Əliyev küçəsində yenidənqurma işlər davam etdirilir. Küçənin uzunluğu 2500 metr təşkil edir.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi yaxın müddət ərzində icra olunacaq. Daha sonra küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib.

 
 
Azərbaycanda ilk pullu yolda turniketlərin quraşdırılmasına başlandı - AÇIQLAMA

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətləndirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, sözügedən yol ölkədə ilk ödənişli avtomagistral olacaq: “Artıq yolun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 kilometrlik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 kilometr uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni beş metr olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Yolun tikinti işlərinin 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr olmaqla, yeni yolun yeddi kilometrlik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərdə qaya dolğu işləri icra edilib.

Yeni layihələndirilən yolun I hissəsi üzrə (0-30 kilometr) hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün iki layı tikilib”.

Məlumatda bildirilir ki, yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci kilometrliyində (Yaşma) 171-ci kilometrliyində (Qusar-Xudat yolu ilə kəsişmə) dörd nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək.

Onlardan biri avtonəqliyyat vasitələrinin sürətli, ikisi adi qaydada keçidi təmin edəcək. Digəri isə ehtiyat keçidi olacaq və ölçüsü normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün istifadə olunacaq.

Bundan başqa yeni avtomagistrala yolun 73, 103, 132 və 154-cü kilometrliyində yerləşən dörd iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsi ilə daxil olmaq mümkün olacaq. Bu, Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə iki nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üzrə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

Ümumilikdə yeni inşa edilən 150 kilometrlik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub. Bu çərçivədə işlər bitmək üzrədir. 

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur. Magistral yolda sürət həddi 120 km/saat olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub.

Daha öncə mövcud olmuş Güzdək-Qaradağ xətti biryollu olub və bu da qeyd olunan marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır.

Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndisi qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stanisya, 2 körpü, 4 heyvan keçidi, 4 avtomobil keçidi, 5 piyada keçidi, 3 ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək.

Azər Məmmədov, ADY-nin Tikintiyə nəzarət şöbəsinin laboratoriya müdiri: “Bu yol çətin relyefə malik ərazidən keçir. Ona görə də tikinti işlərinə çoxlu sayda ağır texnikalar cəlb olunub. Hal-hazırda dəmir yolunun alt quruluşu üzrə torpaq yatağının hazırlanması və drenəedici materialın verilməsi işləri, dəmir yolunun üst quruluşu üzrə isə ballast materialının verilməsi işləri davam etdirilməkdədir”.

Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması ölkə üçün bir sıra iqtisadi faydalar verəcək. Belə ki, bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcəkdir. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək.

Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına da imkan yaradacaq.

Həmçinin Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi regionda yeni iş yerlərinin açılmasına və infrastrukturun formalaşdırılmasına kömək edəcək.

 

Video link: https://www.youtube.com/watch?v=uvTik-DygTc

Lənkəran rayonunda əhalinin bir-neçə istiqamət üzrə rahat hərəkətini təmin edən, keçdiyi ərazilər boyu kənd təsərrüfatı və sənayenin birbaşa inkişafına şərait yaradan, bununla da sosial-rifah halına müsbət təsir edən avtomobil yollarının yenidən qurulması yekunlaşmaq üzrədir.
Ümumi uzunluğu 38.6 km olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulur. Bu rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 km-lik hissəsidir.
Təbii ki, 10 yaşayış məntəqəsinin yollarının, həmçinin mövcud magistralın bu ərazidən keçən hissəsinin yenidən qurulması əhalinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral yolu və Lənkəran-Lerik respublika əhəmiyyətli yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında yolların təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalıb. Çünki sözügedən layihə çərçivəsində işlərin 90 faizindən çoxu icra olunub.
Sözügedən avtomobil yollarında nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri sonuncu mərhələ üzrə davam etdirilir.
Yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb, yol əsasın alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə 380 min kv.metrə yaxındır.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə yol boyu müxtəlif diametrlərə malik 1922 paqon-metr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub.
Hazırda agentliyin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışı ilə bərkidilməsi işləri aparılır.
Asfalt-beton örtüyünün salınması işləri yekunlaşandan sonra yollar boyu zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və km göstəriciləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin payız aylarında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə və texnika cəlb olunub.

 
 

Xəbər lenti