|
Təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində, dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Son illərdə Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 200 kilometrə yaxın Əhmədalılar–Mollaməhərrəmli–Arayatlı–Babı, Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı, 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası, Əhmədbəyli-Alıxanlı-Zobucuq, Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər, Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq, Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yolları yenidən qurulub.
2016-cı ilin aprel ayında Azərbaycanın Silahlı Qüvvələrinin təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızın bir hissəsini düşməndən azad etməsi respublikamız üçün ən əlamətdar hadisə oldu. Mühüm strateji əhəmiyyətə malik Lələtəpənin işğaldan azad olunması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cocuq Mərcanlı kəndi və Horadiz şəhərindən Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yol qısa bir zamanda yenidən quruldu. Cocuq Mərcanlıya gedən yolun yenidən qurulması Qarabağda ilk qələbə yolunun açılması deməkdir. Açılışında dövlətimizin başçısının iştirak etdiyi yolun bərpası və həmin yolla kənd əhalisinin yenidən doğma yurda qayıtması Qarabağa qayıdışın başlandığından xəbər verir. Qarabağa doğru uzanan daha bir yolun - Bəhrəmtəpə-Horadiz-Mincivan magistral yolunun Füzuli rayonu ərazisinə düşən 39 kilometrlik hissəsi də yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Bu yolun tikintisi ilə Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin edilib.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində geniş miqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3.4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1.2 km-lik yollarının, ümumi uzunluğu 3.6 km olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” y/massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0.5 km-lik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0.56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq küçə və yolların böyük əksəriyyəti tam şəkildə təmir olunub.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Artıq sözügedən işlər çərçivəsində Nərimanov rayonu üzrə Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1200 metrlik yollarının, ümumi uzunluğu 3600 metr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” y/massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 500 metrlik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 560 metr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb.
Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan, paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospetlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik yolu olan Əliyar Əliyev küçəsində yenidənqurma işlər davam etdirilir. Küçənin uzunluğu 2500 metr təşkil edir.
Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.
Küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi yaxın müddət ərzində icra olunacaq. Daha sonra küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib.
Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işlərinə start verilib.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin sevincinə səbəb olub.
Çünki Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.
Ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yollarıdır.
Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri həyata keçirilir.
Bu işlər çərçivəsində yararsız örtük mexanizmlə sökülür, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılır, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılır, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulur, torpaq yatağının bərpası işləri görülür.
Yollar boyu mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 1400 paqon-metr uzunluğunda `müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla təqribən 250 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Layihənin sonuncu mərhələsində yol boyu 4 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan 14 min vətəndaşımıza respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə icra olunan layihələr sırasında Cəlilabad rayonunda 4 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.
Söhbət ümumi uzunluğu 30.4 km olan Ocaqlı-Qarazəncir-Sabirabadkənd-Alar-Günəşli-Uzuntəpə marşrutu üzrə uzanan avtomobil yolundan gedir.
Sözügedən avtomobil yolu 2.4 km-li Ocaqlı kəndinin yolu, 7 km-lik Qarazəncir-Sabirabad-Günəşli kəndlərinin birləşdirən yol, 10.1 km-lik Alar- Günəşli yolu və 10.9 km-lik Sabirabad - Günəşli - Uzuntəpə yolu olmaqla IV texniki dərəcə uyğun olaraq yenidən qurulur.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 6 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə və qonşu rayonlara, həmçinin M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 28 min paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.
Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 280 min kv.m sahədə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri də aparılır. Yolun 175 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 154 paqon-metr uzunluğunda dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur. Bundan başqa yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur.
Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində 9 avtobus dayanacağının tikintisi, 116 yol nişanının, 820 siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.
Tikinti işlərinin isə tam olaraq payız aylarda yekunlaşdırlması nəzərdə tutulub.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə Press.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.
Anar Nəcəfli qeyd edib ki, Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi demək olar ki, yekunlaşıb: "Yaxın müddətdə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu istifadəyə veriləcək".
Qeyd edək ki, dörd cərgəli, birinci dərəcəli geniş yol ilk ödənişli yol olacaq.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Qaradağ rayonu Qobustan, Lökbatan, Qızıldaş, Müşfiqabad, Ümid və Sanqaçal qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 16 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi investisiya proqramına uyğun olaraq ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Qobustan qəsəbəsində 5600 metr uzunluğa malik Torağay, N.Şərifov, S.Nəcəfov, N.Niftaliyev küçələrinin, həmçinin 1-ci massiv yolunun və Salyan yolu bina 5, 30, 30a yollarının, Lökbatan qəsəbəsində ümumi uzunluğu 3150 metr olan Xəqani, H.Aslanov və Məşədi Əzizbəyov küçələri ilə 2-ci massiv yolunun, Qızıldaş qəsəbəsində 1200 metrlik qəbirstanlığa gedən yolun, Müşfiqabad qəsəbəsində 1500 metrlik 2-ci massiv küçəsinin, Ümid qəsəbəsində 2500 metr uzunluğa malik Mərkəzi küçənin və Sanqaçal qəsəbəsində isə 1-ci massivə gedən 1800 metrlik köməkçi yolun yenidənqurması işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin bir hissəsi yerinə yetirilib.
Belə ki, sözügedən layihə çərçivəsində Qobustan qəsəbəsində N.Niftaliyev küçəsi və Salyan yolu bina 5, 30, 30a yolları, Ümid qəsəbəsində Mərkəzi küçə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri Qızıldaş qəsəbəsində qəbirstanlığa gedən yolda və Sanqaçal qəsəbəsində 1-ci massivə gedən köməkçi yolda davam etdirilir. Artıq bu yolların bir hissəsində də işlər yekunlaşdırılıb.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə Qaradağ rayonunda ümumi uzunluğu 11 km-ə yaxın 10 küçə və yola asfalt-beton örtüyü döşənib.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xətai rayonu ərazisində geniş miqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 22.8 km uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Xətai rayonunun Qaçaq Nəbi, Məzahir Rüstəmov, Xudu Məmmədov, N.Tusi, S.Ə.Şirvani, İnqlab İsmayılov, General Ə.Şıxlinski, Admiral Naximov, Yavər Əliyev, Musazadə, Sovxoz, R.Bağırov, Qafaqaz, İ.Həbibov, A.Novruzov və Zeytun küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq bir-neçə küçədə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb və yeni yol infrastrukturu vətəndaşların istifadəsinə verilib.
Təmir-tikinti işləri çərçivəsində Xətai rayonu üzrə 700 metr uzunluğa malik Qaçaq Nəbi, 1400 metr uzunluğunda olan Məzahir Rüstəmov, 1100 metrlik Seyid əzim Şirvani və 600 metr uzunluğu olan Yavər Əliyev küçələri yenidən qurulub.
Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.
Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Daha sonra küçələrə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub, küçələr zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi verilib.
Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrdən hesab olunan, nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik İnqilab İsmayılov, həmçinin Admiral Naximov küçələrində yenidənqurma işlər davam etdirilir. İnqilab İsmayılov küçəsinin uzunluğu 4100 metr, Admiral Naximov küçəsinin uzunluğu isə 2800 metr təşkil edir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Xətai rayonu ərazisində 17.7 km uzunluğunda olan 14 adda küçə və yol təmir edilib.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 18 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi investisiya proqramına uyğun olaraq ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 km uzunluğa malik Üzeyir hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və Malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 5 km olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərin bir hissəsi yerinə yetirilib.
Belə ki, sözügedən layihə çərçivəsində Əmircan qəsəbəsində Vladimir Balandin, Malik Mustafayevvə Park küçələri müasir səviyyədə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Yenidənqurma işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Küçələrə yeni asfalt-beton örütüyü döşənib.
Hazırda sözügedən qəsəbə üzrə anoloji təmir-bərpa işləri Elxan Həsənov və Tahir Bağırov küçələrində davam etdirilir. Artıq bu küçələrin bir hissəsində də işlər yekunlaşdırılıb.
İnvestisiya proqramına uyğun olaraq Hövsan qəsəbəsində isə İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, Oqtay Şabanov və Bağça küçələrində isə təmir-bərpa işləri agentlik tərəfindən davam etdirilir.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında, həmçinin 7 km-lik Zığ-Hövsan avtomobil yolunda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə və 2020-ci ilin 6 ayı ərzində Suraxanı rayonunda ümumi uzunluğu 46 000 metr olan 50-dən çox küçə və yola asfalt-beton örtüyü döşənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılıb.
Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.
Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.7 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülürək 3.2 km uzunluğunda yeni səki daşları ilə əvəz edilib, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 20 min kv.m-ə yaxın sahəni əhatə edib.
Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yol birləşmələri təmir edilib.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Qeyd edək ki, bundan bir müddət öncə qəsəbənin daha bir mərkəzi yolu olan 2.5 km uzunluğa malik Asəf Zeynallı küçəsində yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2019-cu ildə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin bütün küçə və yolları təmir edildi. Hazırda isə rayonun Pirşağı qəsəbəsində anoloji işlərin icrasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min m2 sahədə, ümumi uzunluğu 73.8 km təşkil edən 124 adda küçə və yol təmir edildi.
Hazırda agentlik tərəfindən 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verilib. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 100 km-ə yaxın uzunluğa malik 105 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kv.m-dən çoxdur.
Aparılan genişmiqyaslı tədbirlər zamanı artıq qəsəbə üzrə 6 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov, İsmayıl Şıxlı, Dəniz və Sahil küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 8930 metr, sahəsi isə 52 min kv.m-dir.
Hazırda isə Pirşağı qəsəbəsi üzrə təmir işləri 7 küçədə davam etdirilir. Bu Elbəy Rzaquliyev, Zülfi Adıgözəlov və Məhəmməd Füzuli küçələri, həmçinin dalanları ilə bərabər Xan Şuşinski və Məmməd əmin Rəsulzadə küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 11 700 metr təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Adı çəkilən yol və küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub..
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.