İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.

AZƏRTAC xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb.

Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında əsas prioritet hədəflərdən biri yol infrastrukturunun müasir şəkildə yenidən qurulması ilə vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etməkdir. Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib.  Bu il həyata keçirilən yol infrastrukturu layihələrindən biri də respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 14-cü km-dən ayrılan və Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarıdır.

 

Göygöl rayonu Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarının ümumi uzunluğu 18.9 km təşkil edir.

 

Layihəyə əsasən avtomobil yolları 3 marşrut üzrə yenidən qurulur. Bu respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-5-ci km-lik (2 km) hissəsi, yerli əhəmiyyətli 5.6 km-lik Üçtəpə-Firuzabad və 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq avtomobil yollarıdır. Əhalinin çoxsaylı müraciətləri nəzərə allınaraq layihəyə M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndinə rahat gediş-gəlişin təmin olunması üçün 1.6 km uzunluğunda yeni geridönmə hissəsinin yaradılması da daxil edilib.

 

III texniki dərəcəli respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq yolun 2 km-lik hissəsinin I texniki dərəcəyə uyğun təmir olunmasına ehtiyac yaranmışdır. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yararsız asfalt-beton örtüyü mexanizmlə sökülüb, yolun torpaq yatağının I texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə yararsız qrunt qazılıb, əks-dolğu işləri aparılaraq torpaq yatağının karxana çınqılından təmiri və profilə salınması işləri görülüb.

 

Daha sonra qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrə isə bitum emusiyası səpilməklə iri dənəli qaynar asfalt-beton qarışığından örtük salınır.

 

Bundan başqa 2 km-lik hissədə ayrıcı zolaq və yeni piyada səkiləri inşa edilərək kənarlarına yeni səki daşları düzülür, çiyin hissələr optimal çınqıl materialı ilə bərkidilir, eyni səviyyəli yol qovşağında 240 paqon-metr uzunluğunda əyrixətli tirlər quraşdırılır, 9 yol birləşməsi təmir edilir. Sözügedən yolda işıqlandırma işlərinin aparılmasına ehtiyac olduğu üçün yeni inşa edilən ayrıcı zolaqda 50 işıq dirəyinin quraşdırılması nəzərdə tutulur.  

 

Layihənin sonunda 2 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə yol göstəriciləri və nişanlar, məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Yenidənqurma işlərinə layihənin 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq hissəsində də başlanılıb. Avtomobil yolu bu hissədə çınqıl örtükdən ibarət idi, torpaq yatağının eni də normativlərə cavab vermirdi. Bu üzdən yolun torpaq yatağının IV texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə dağ yamacları və yatağın yararsız hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülərək torpaq yatağı karxana çınqılından inşa edilib və profilə salınıb.

 

Hazırda qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yaxın günlərdə yol əsası hazır olan hissələrə iri və xırda dənəli asfalt-beton qarışığından 2 laydan ibarət örtük salınacaq. Bundan başqa yolun çiyin hissələri lazımi materialla bərkidiləcək, yol birləşmələri təmir ediləcək.

 

Yenidənqurma işləri zamanı mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün mövcud boru başlıqları yenidən təmir olunub və əlavə olaraq müxtəlif diametrli 92 paqon-metr uzunluğunda yeni suötürücü dəmir-beton borular quraşdırılıb.

 

Layihənin sonunda 3 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə 47 yol və km göstəricisi, həmçinin nişan, bundan başqa məlumatverici lövhə və 280 siqnal dirəyi quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Anoloji işlərin layihənin 5.6 km-lik Üçtəpə-Firuzabad hissəsində də aparılması üçün hazırlıq işləri görülür. Burda avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, asfalt-beton örtükdə tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdir, səki daşları sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdür. Bundan başqa yolun çiyin hissəsindən 900 m uzunluğunda beton kanal keçir və sözügedən hissədə təhlükəsizlik tədbirlərinün görülməsi vacibdir.

 

Bu üzdən hazırda yol boyu mövcud asfalt-beton örtük frezlənərək profilə salınır. Bunun ardınca yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, qazılmış hissələrdə əsasın alt layı qum-çınqıl materialı ilə təmir ediləcək, daha sonra iri dənəli asfalt-beton qarışığı ilə yeni yol örtüyü salınacaq.

 

Bundan başqa zəruri olan yerlərdə 7 min paqon-metr uzunluğunda yeni piyada səkiləri inşa ediləcək, kanal boyu 660 paqon-metr uzunluğunda 220 bir tərəfli dəmir-beton qoruyucu bloklar düzüləcək, yol birləşmələri və çiyin hissələr lazımi materialla təmir ediləcək.

 

Layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndlərinə rahat gediş-gəlişin təmin olunması üçün yeni geridönmə hissə yaradılmaqla 1.6 km uzunluğunda olan yol da yenidən qurulacaq. Çünki çınqıl örtükdən ibarət yolda qabarma və çökmələr əmələ gəlib, yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 7 metr təşkil edir.

 

Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.

 
 

Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri artıq yekunlaşıb.

 

Yenidən qurulan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir.

 

Sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə yenidən qurulub. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir.

 

Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 12 yaşayış mətəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edirlər.

 

Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

 

Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.

 

Bundan başqa yol boyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.

 

Daha sonra yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

 

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 12 yaşayış məntəqəsində yaşayan 12 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara bilirlər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının daha da inkişaf edir.

 
 
“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı
Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan “20 Yanvar” metro stansiyasının çıxışının istiqaməti dəyişdirilərək, yolun hərəkət hissəsi 10 metrə qədər genişləndirilib.

Nəticədə, əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən nəqliyyat vasitələrinin daim sağa hərəkəti təmin edilib. Bundan başqa, “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək oval formaya salınıb.

Yenidənqurma işlərində əsas məqsəd “20 Yanvar” dairəsi ətrafında sıxlığın aradan qaldırılmasına nail olmaqdır.

Ətrafli süjeti təqdim edirik:

20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. Təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən, Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb.

 

Söhbət ümumi uzunluğu 16  km olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə avtomobil yollarından gedir.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 38 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

 

Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılmış yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

 

Yolların eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

 

Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bunun ardənca lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri də aparılıb və asfalt-beton örtük salınıb.Tikinti norma və standartlarına uyğun olaraq yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Bu işlər yolun 100 min kv.m sahəsini əhatə edib.

 

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik 11 ədəd suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı km-də yerləşən 46 paqon-metr uzunluğunda olan avtomobil körpüsü təmir edilib.

 

Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində yol boyu 15 yerdə avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlıb. üfiqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə verilib.

 
 
Azərbaycanda ilk Dəmir Yolu muzeyində hansı eksponatlar sərgilənir? - VİDEOREPORTAJ

1977-ci ildən başlayaraq hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. 

“Report” bu məqsədlə Azərbaycan dəmir yolları muzeyində olub. Bu cür muzey Azərbaycanda ilk dəfədir ki, yaradılıb və dəmir yolu nəqliyyatı ilə maraqlananlar üçün maraqlı bir məkandır.

Azərbaycan Dəmir Yolu Muzeyinin yaranma tarixi

1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı-Sabunçu sərnişin dəmir yolu yenidən inşa olunub. 2018-2019-cu illərdə Bakı-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub və həmin tarixi binada Azərbaycan Dəmir Yolu Muzeyi yaradılıb.

Muzey ziyarətçilərinə nə təklif edir.

Muzeyin 3 sərgi zalı var. Birinci sərgi zalında XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda 20-ci əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.

Burada Birinci və İkinci Dünya Müharibəsində dəmir yolunun rolu ilə bağlı maraqlı faktlar və məlumatlarla tanış olmaq mümkündür.

Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Zalda dəmir yolu nəqliyyatına aid 2 maket, 2 film zalı var. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda sənədli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar barəsində bioqrafik filmlər nümayiş olunur. İkinci mərtəbədə yerləşən kinozalda dəmir yollarının, qatarların və dəmir yolu vağzallarının estetikası və möcüzəsi ilə dolu bədii filmlər nümayiş edilir.

Muzeydə suvenirlərin satışını həyata keçirən mağaza da mövcuddur. Həmçinin, məkanda dəmir yolu tarixini mühüm məqamlarını əks etdirən foto və yazılı materiallar təqdim olunur. Burada Birinci və İkinci Dünya Müharibəsində dəmir yolunun rolu ilə bağlı maraqlı faktlar və məlumatlarla tanış olmaq mümkündür.

Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır. Muzeyin əsas zalında isə 1885-ci ildən 1964-cü ilədək dəmiryolçuların geyindiyi uniformaları görmək olar.

 

 
Sürücülərin diqqətinə!

20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq.

Hazırda ərazidə üfüqi nişanlanma xəttlərinin çəkilişi işləri aparılır.

 


 

“icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir: “Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.

Paytaxtın girişində aparılan genişmiqyaslı işlər nə vaxt yekunlaşacaq?
Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında aparılan genişmiqyaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "20 Yanvar"-"Masazır" dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılaraq yekunlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən  verilən məlumata görə, aparılan yenidənqurma işləri çəçivəsində "20 Yanvar" dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa, "20 Yanvar" dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək "oval" formaya salınıb, dairəyə gələn və çıxan yollarda da genişləndirmə işlər aparılıb.

Magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilib. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılıb. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb.

Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayı 4-ə çatdırılıb.

Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunur.

Bakı Dairəvi-1avtomobil yolu ilə Sumqayıt yolu və "20 yanvar" dairəsi istiqamətinə geri dönməsi təmin etmək məqsədi ilə sözügedən yolun 1-ci km-də yeni geridönmə hissə yaradılır. Bundan başqa, eyni yolla Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyə dönmə yerinin yaradılması istiqamətində addımlar atılır. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

Analoji addımlar Bakı-Sumqayıt yolunda da atılır. Belə ki, avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda "Xırdalan dairəsi" istiqamətində "Masazır dairəsi"nədək yolun, həmçinin "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır.

Layihəyə uyğun olaraq hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılıb, əksdolğu aparılaraq yenidən kipləşdirilib və yeni yol yatağı inşa edilib. Zəruri olan ərazilər üarə yol kənarlarında yeni istinad divarları inşa edilib, genişləndirilmiş hissələrdə yol əsası işlənilərək yeni asfalt-beton örtüyü döşənib.

Analoji genişləndirmə işləri "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bunun üçün ərazidə dəmir-beton svaylar vurularaq tunellərin divarlartı inşa edilib. Artıq tunelə gələn yolda, həmçini tunelin qapalı hissəsində qazıntı işləri yekunlaşdırılıb. Hazırda tunelin divarlarının üzlənməsi işləri aparılıb, həmçinin qazılmış və genişləndirilmiş ərazilərdə yeni yol yatağı inşa edilir.

Bundan başqa, yenidənqurma işləri zamanı "Xırdalan dairəsi"nə qalxan və düşən hissələrdə 2 hərəkət zlağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir.

Genişləndirmə işləri zamanı tikinti altına düşən kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi təmin olunub, yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında işlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə masimal dərəcədə maneə yaradılmadan aparılır. Yenidənqurma və genişləndirmə işlərinin may ayının sonu, iyun ayının əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti