Vardanyan yenə də Qarabağla bağlı PLAN-MLAN CIZIR... - ZİBİLƏ DÜŞMÜŞÜK...

"Rusiya sülhməramlılarının mövcudluğu Dağlıq Qarabağın təhlükəsizliyinin təminatı üçün çox vacib elementdir".

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazisindəki 32 yaşlı separatçı-terrorçu rejimin Rusiyanın dəstəyi ilə nəzarət etdiyi ərazidə 7-ci aydır sülənən keçmiş qondarma "dövlət naziri" Ruben Vardanyan öz telegram-kanalında istifadəçilərin suallarını cavablandırarkən bildirib.

“Mən dərindən əminəm ki, hazırda bu blokada və etnik təmizləmə şəraitində burada 2000 rus əsgər və zabitinin olması təhlükəsizlik təminatının çox mühüm elementidir. Bəli, natamam... Bəli, təəssüf ki, məhdud mandatla, az sayda, yüngül silahlarla... Bizdən çox şey asılıdır. Əgər biz bacardıqca birləşə bilsək, dünyaya göstərə bilsək ki, biz Azərbaycanın bir hissəsi olmayacağıq, öz doğma torpağımızda yaşamaq üçün hər şeyi edəcəyik, əminəm ki, həm dünya ictimaiyyəti, həm də Rusiya hər şeyi edəcək. Çalışacaqlar ki, sülhməramlıların daha uzun mandatı olsun, sülhməramlılar daha çox saya və silaha sahib olsunlar”, - deyə Putinin milyarder "desantı" Vardanyan çərənləyib.

Fars-molla rejimi Bakıdakı səfirini niyə ERKƏN DƏYİŞİR? - Başqa NİYYƏTİ VAR...İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşandığı bir vaxtda İran hakimiyyəti Ermənistandakı səfirini - Abbas Bədəxşan Zühurini öz postundan geri çağırıb. Onun yerinə İranın Suriyadakı səfiri Mehdi Sübhani təyin olunub. Tehranın Azərbaycandakı səfirini də tezliklə əvəzləyəcəyi bildirilib. İndiki səfir Seyid Abbas Musəvi yaxın vaxtlarda Müctəba Dəmirçilu ilə əvəz ediləcək. Dəmirçilu Qazaxıstanda və Gürcüstanda diplomatik nümayəndəlikdə çalışıb və İranın Bakıdakı səfirliyinin ikinci katibi vəzifəsində işləyib. Ekspertlərə görə, İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qərarı diplomatik missiya müddətinin başa çatması ilə bağlı rotasiya deyil, konkret siyasi məqsədlər güdür. İranşünas Vardan Voskanyan da etiraf edib ki, Tehran Ermənistana münaqişə zonalarında təcrübəsi olan diplomatı səfir təyin edib: “Mehdi Sübhani hazırda İranın Suriyadakı səfirliyinə rəhbərlik edir. Həmçinin Pakistanda da işləyib. Buna görə onun Ermənistana səfir təyin edilməsi qərarı konkret mesaj idi. Tehran Cənubi Qafqaz regionunda öz siyasi kursunu daha ağlabatan və aydın şəkildə təbliğ etmək niyyətində olduğunu açıq şəkildə bildirir”. Voskanyanın sözlərinə görə, İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçi də təcrübəli diplomatdır. O, həmçinin Tehranın Bakıdakı hazırkı səfiri Abbas Musəvidən o qədər də razı olmadığını əlavə edib.
 İran hökumətinin addımlarını "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Tehran rejimində Azərbaycana nifrət o qədər böyükdür ki, dövlət səviyyəsində ağıllarını itiriblər. Professorun sözlərinə görə, İran müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərməklə, təhdidlər yağdırmaqla dövlətimizi və xalqımızı qorxutmağa çalışır: "Cənubi Qafqaz ölkələrində səfirlərin dəyişdirilməsi İranın daxili işi olsa da, Suriyadakı səfirin Ermənistana gətirilməsinin arxasında bəlli məqsədlər var. Suriyadan İrəvana göndərilərn səfir Mehdi Sübhani çalışdığı bölgələrdə təxribatları yaxşı bacaran, bu işdə peşəkarlaşmış şəxsdir. Görünür, Tehran Azərbaycan və Ermənistanla bağlı məsələdə daha "ağır topları" meydana çıxarmağa məcbur qalıb. Düşünürəm ki, Sübhanı təsadüfən İrəvana gətirilmir və burada qarşıdakı dönəmə hazırlanmış bir siyasət var. İran açıq-aşkar Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. İran Azərbaycana səfir kimi öz istədiyi, yəni məsləhət bildiyi adamı göndərmək istəyə bilər. Amma Azərbaycan rəhbərliyi İranın təklif etdiyi şəxsin səfir kimi fəaliyyətinə icazə verməlidir. Əgər bəyan olunursa və adı hallanırsa, deməli, rəsmi Bakı Müctəba Dəmirçi barədə razılığını verib".
C.Nuriyevin sözlərinə görə, İranın Azərbaycandakı səfirini vaxtından öncə dəyişmək istəməsi Tehranın siyasəti ilə bağlıdır: "İstənilən səfir öz ölkəsinin maraqlarını güdür. Bəzən səfirlər fəaliyyət göstərdiyi ölkədə təmsil etdiyi dövlətin siyasətini həyata keçirməklə bərabər həm də müəyyən təxribatlarda iştirak edirlər. Səfirlərin əsas məqsədi çalışdığı dövlətin "zəif nöqtələrini" tapmaqdır. Lazımi məqamda həmin ölkəni haradan vuracaqlarının yollarını axtarırlar. Fəaliyyət müddəti tamam olmamış Azərbaycana yeni səfir göndərilməsi o deməkdir ki, İranın ölkəmizlə bağlı başqa siyasəti var. Nəzərə alaq ki, Azərbaycanda İranın "5-ci kalonu" kifayət qədərdir. Lakin inanmıram ki, yeni səfir Tehranın tapşırıqlarını icra etməyə nail olacaq. Baş vermiş proseslərdən sonra İran rejiminin Azərbaycanda hansısa "inqilabi mühit" yarada biləcəyinə ümid bəsləməsi sadəlövhlükdür. Kim gəlir-gəlsin, hansısa səfirin Azərbaycanda Tehranın lehinə uğurlu missiya icra edəcəyini ehtimal etmirəm".
Əslində Ermənistanın əsl siması elə budur... - Ekspert danışır

Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan açıq şəkildə etiraf edib ki, 44 günlük müharibənin gedişatında Ermənistan ordusunda 11 min nəfərdən artıq fərari olub. Akopyanın sözlərinə görə, reallıq budur ki, ermənilərin çoxu cəbhəyə getmədilər, səfərbərlik əmrinə uymadılar: "Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”.

Akopyanın sözləri çox açıq etiraf olmaqla yanaşı, eyni zamanda Ermənistan ordusundakı biabırçı vəziyyətin tərənnümüdür. Bütün bu reallıqlar fonunda 44 günlük Vətən müharibəsi dövründə bir nəfər də olsun, Azərbaycan əsgəri, hərbçisi fərarilik etmədi. Dövlət başçısı İlham Əliyev müharibə dövründə xalqa etdiyi müraciətlərində dəfələrlə qeyd etdi ki, Azərbaycan əsgəri sonadək döyüşür və fərariliklə bağlı heç bir fakt qeydə alınmayıb. Lakin göründüyü kimi Ermənistan ordusunda tamamilə fərqli vəziyyətdir. O zaman 10 min erməni əsgərinin fərarilik etməsi ilə bağlı məlumatlar var idi. Ancaq Anna Akopyanın son etirafı təsdiqlədi ki, bu rəqəm 11 mindən çox imiş. Erməni əsgəri döyüşdən qaçır, ağ bayraq qaldıraraq, təslim olurdu. Amma Azərbaycan əsgəri sona qədər döyüşürdü. Ermənistanda çağırışçılar müxtəlif üsullardan istifadə edib, hərbi xidmətdən yayınmağa çalışırdılar. Azərbaycanda tam əks proses gedirdi. Azərbaycan əsgəri hərbi komissarlıqların qarşısında növbələrə düzülürdülər ki, onları döyüşə göndərsinlər. Azərbaycan əsgəri nəyin uğrunda döyüşə getdiyinin, nəyə görə canını fəda etdiyinin və şəhidlik zirvəsinə ucaldığının fərqində idi.

Politoloq Tural İsmayılov "Şərq"ə bildirib ki, Anna Akopyan savadsızlıqdan Ermənistan cəmiyyətinin real simasını növbəti dəfə ifşa etmiş oldu. Analitik deyib ki, əslində dəfələrlə vurğulanıb ki, Ermənistanda hazırda xidmət etmək üçün normal hərbçi tapa bilmirlər:

"Həqiqətən də, Ermənistan təkcə maddi-texniki cəhətdən, hərbi-idarəetmə baxımından deyil, həm də mənəvi-psixoloji durum baxımından da gerilərdə qalıb. Ermənistan baş nazirinin xanımının 44 günlük Vətən müharibəsində Ermənistandakı fərarilərin sayı ilə bağlı açıqlaması Ermənistan cəmiyyətində ciddi rezonans doğurmalı idi. Lakin Ermənistan cəmiyyəti artıq siyasi institutlar tərəfindən tamamilə manqurtlaşdırıldığı üçün prosesə adekvat reaksiya verilmir.

Əslində Akopyanın qadınlardan ibarət dəstə yaradaraq kişilərin kənarda qaldığını vurğulaması Ermənistan vətəndaşlarının Azərbaycan Ordusu qarşısına çıxma cəsarətinin olmadığını bir daha göstərmiş oldu. Həmçinin bu, acı bir reallığı ortaya qoydu ki, erməni cəmiyyəti Azərbaycanla müharibədən çəkinir, qorxur. Nikol Paşinyan və onun ətrafı zorla xalqı müharibə bəlasına sürükləməklə məşğuldur. Hesab edirəm ki, Akopyanın bilmədən etdiyi bu açıqlama Ermənistandakı real vəziyyəti özündə ehtiva edir. Burada mövcud situasiyanın da kifayət qədər gərginləşəcəyini ehtimal etmək olar.

Çünki cəmiyyət daxilində hakimiyyətə yaxın şəxslərin bu cür açıqlamaları heç də birmənalı qarşılanmır".

Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Milli Məclis İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunmasını müzakirə edərək, onun hakim təyin edilməsinə səs verib.

Milli Məclisin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılaraq müzakirə olunmaqdadır.

İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin olunması məsləsini Milli Məclis dərinin birinci müavini Əli Hüseyni təqdim edib.

O bildirib ki, İnam Kərimov BDU-nun hüquq fakültəsini və dünyanın bir sıra mötəbər ali məktəblərində təhsil alıb.

“O Azərbaycanın brendi kimi tanınan ASAN Xidmətə rəhbərlik edib. İnam Kərimov Ali Məhkəmənin hakimi kimidə uğurlu fəaliyyət göstərəcəyinə əmink”, - Hüseyni qeyd edib.

İnam Kərimovun Ali Məhkəyə hakim təyin olunması səsə qoyularaq qəbul edilib.

Milli Məclis Fransa Senatının qərarına etiraz olaraq bəyanat qəbul edib.

Milli Məclis martın 16-da Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransa ertiraz olaraq bəyanat qəbul edilib.

Bəyanatda Fransaya beynəlxalq hüquqlaır kobud surətdə pozması qətiyyətlə pislənilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “Azəri-Mərkəzi-Şərqi” layihəsinin Baş direktoru Nil Filips dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressor və suvurma platformasından “Azəri-Mərkəzi-Şərqi” qurğularına nəql etmək məqsədilə “Azəri-Mərkəzi-Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti olacaq.

Məlumat verildi ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb.

Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə BP-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə “Azəri-Mərkəzi-Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.

Sonra görülən işlərlə bağlı videoçarx nümayiş olundu.

Platforma Səngəçal terminalından, yəni, uzaq məsafədən idarə ediləcək. İdarəetmə mexanizminə avtomatlaşdırılmış innovativ sistem daxil edilib.

Yeni “Azəri-Mərkəzi-Şərqi” platformasının əməliyyatlar üzrə meneceri Fuad İsmayılov: Salam, hörmətli cənab Prezident. Biz hazırda platformanın yaşayış blokunda əməliyyatların idarə olunması mərkəzindəyik. Bu mərkəzin əsas iş prinsipi Səngəçal terminalındakı idarəetmə otağında və platforma arasında rabitə əlaqələri kəsildikdə və fövqəladə vəziyyətdə bütün əməliyyatları buradan təşkil etməkdir.

Cənab Prezident, onu da fəxrlə qeyd etmək istəyirəm ki, bu, BP şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarəedilən platformasıdır. Hazırda bizim əməkdaşımız Səngəçal terminalındakı əsas idarəetmə otağından Sizi salamlayacaq.

Baş operator Seyidağa Kərimli: Salam, hörmətli cənab Prezident. Mən Səngəçal terminalındakı yeni “Azəri-Mərkəzi-Şərqi” platformasının əsas idarəetmə otağının baş operatoruyam. Hazırda buradan bütün əməliyyatlarımızın idarə olunduğu nəzarət otağındayam. Burada tətbiq olunan texnologiya ən müasir, sınaqdan keçmiş və beynəlxalq standartlara uyğundur.

Cənab Prezident, BP şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarə prinsipi çərçivəsində əsas idarəetmə otağımız dəniz platformasından, ümumiyyətlə, qaz quyularının istismarı, alınmış xam neft və qazın ilkin ayrılması və nəqli prosesləri daxil olmaqla, bütün əməliyyatların idarə edilməsi üçün layihələndirilmişdir. Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Təbrik edirəm. Sizə uğurlar.

Əməkdaşlar: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulları qurğusunun dənizə rəmzi yola salınmasını bildirən düyməni basdılar.

Bildirildi ki, tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri-Mərkəzi-Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.

Xatırladaq ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə artıq hazırdır.

Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə tikinti işləri 2019-cu ildə başlanıb və iş həcminin 85 faizi artıq tamamlanıb. Layihənin pik dövründə tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Deputat Fazil Mustafaya qarşı atılan güllə dövlətimizə qarşı atılan güllə idi.

Bunu deputat Qənirə Paşayeva parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu terroru törədən şəxslər və bu şəbəkədə əli olanlar, onların arxasında dayananlar tapılıb layiqli cəzasını alacaq.

“Bütün Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız dövlətin terror şəbəkəsini ifşa edib, cəzalandırması istiqamətində atdığı addımı dəstəkləməlidir”, - o qeyd edib.

Deputat əlavə edib ki, bir dəmir yumruq kimi birləşən Azərbaycan xalqını bu metodlarla qorxutmaq mümkün deyil: “Dövlət bu terror şəbəkəsini işfa edib, onları cəzalandırılmasına nail olacaq və kimsənin buna şübhəsi olmasın”.

“Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun - tapança, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin iclasında deyib.

Deputat vurğulayıb ki, terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır: “Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır.

Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədilər. Ona görə də silahlı dindarları, İslam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləməli, terroru hamı lənətləməlidir. Bəli, İranın casus şəbəkəsi ifşa edilir, lakin Azərbaycan dövləti yüzlərlə vətəndaşımızı müxtəlif yollarla öz caynağına alan qüvvələrin şərindən qorumaq üçün qazandığı qələbəni, əldə etdiyi hərbi strateji yüksəklikləri daha da möhkəmləndirəcək”.

“Ötən həftə azərbaycanlıların Tex (Dığ) kəndinə yaxın yerlərdə mövqe qurmasından bir gün sonra Baş nazir Paşinyan hökumətin iclasında az qala and içirdi ki, ermənilərin mövqelərində heç bir dəyişiklik olmayıb, yalnız Ermənistan-Qarabağ marşrutu dəyişdirilib”.

Bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bunu təkzib edərək bildirdi ki, bəzi yerlərdə Azərbaycan tərəfi əvvəlcədən hazırlanmış düzəlişləri gözləmədən özünü mövqeləşdirməyə başlayıb və mühəndis işləri aparıb. Ermənistan tərəfinin hesablamalarına görə, beş belə məntəqə var ki, Azərbaycan tərəfi sərhəddən 100-300 metr aralıda yerləşir

Sonra MTX-in yalan deməsinin vaxtı gəldi. Belə ki, şənbə günü, aprelin 1-də MTX növbəti dəfə məlumat yayıb ki, Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə sərhədin tənzimlənməsi işləri aparılıb, nəticədə həmin ərazidə vəziyyət xeyli yaxşılaşıb.

Aravusun (Ərəvus) keçmiş inzibati rəhbəri, icma şurasının üzvü Arqam Hovsepyan isə söyləyib ki, Azərbaycan Ordusu artıq 11-ci postu həmin yerdə quraşdırıb. Onun hesablamalarına görə, azərbaycanlılar 60 hektardan çox torpağa nəzarət edirlər. Bundan başqa, Tex kəndi ərazisində bir neçə polis postu quraşdırılıb və onlar sakinləri Azərbaycan Ordusunun nəzarətində olan bağlara buraxmırlar”.

Qeyd edək ki, sözügedən ərazilər Laçın rayonunun inzibati ərazi bölgüsünə daxildir. //Yenisabah.az

Xəbər lenti