![]() |
|
Ermənistanla Azərbaycan münaqişəsinin həlli istiqamətində baş verən son hadisələr onu deməyə əsas verir ki, Zəngəzur uğrunda savaş aktiv fazaya qədəm qoyur. Son Brüssel və Moskva görüşündə Qarabağ məsələsi ilə bağlı Qərblə Rusiyanın mövqeyində uzlaşmanın əldə edildiyini sübut edir. Hər iki mərkəz Qarabağın Azərbaycanın tərkibində olmasını və orada yaşayan ermənilərin təhlükəsizliyi təmin olunmaqla Bakı ilə dialoqa gedib reinteqrasiya olunmasını, Ağdam-Xankəndi yolunun açılmasını, vaxtı ilə Ermənistan ərazisindən qaçqın düşən azərbaycanlıların öz yurdlarına qayışıdını dəstəkləyirlər. Bu o deməkdir ki, Qarabağ məsələsi bitib, məsələ Zəngəzurdur.
Zəngəzur uğrunda mübarizə aparanları əsasən aşağıdakı qruplara bölmək olar. Birincisi, Fransa istisna olmaqla, Qərb, Türkiyə, İsrail və Çin.
İkincisi, Rusiya, İran və Hindistan.
İrəvanın humanitar yardım adı altında Laçın sərhəd keçid məntəqəsindəki yaratdğı şou da Zəngəzur uğrunda savaşın aktiv fazaya keçməsinin göstəricisidir.
Necə deyərlər, savaşı qazanmaq uğrunda hərə öz kartından istifadə edir. Məhz ona görə də Zəngəzur uğrunda savaşda maraqlı olan güclər Xankəndi kartını öz maraqlarını təmin etmək üçün tam qapatmaq niyyətində deyillər.
Ermənistan baş naziri Nikol Paşinyanın son bir həftədə verdiyi müsahibələrdə və keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Paşinyan Ermənistanın yeni dünya düzənindəki yerinin qeyri-müəyyən olması və bu baxımdan üzləşdikləri qeyri-müəyyənlikdən çıxması üçün sərhədlərin demarkasiyasının Azərbaycandan daha çox onların ehtiyacının olduğunu bəyan etməsi bununla bağlıdır. Paşinyan bununla erməni cəmiyyətinə açıq mesaj verdi ki, əgər yenə də tarixdə olduğu kimi düzgün seçim edilməzsə, qonşularla normal münasibətlər qurulmazsa, sülh şəraitində olmazlarsa, o zaman müharibələr və fəlakətlər qaçılmazdır.
Sadəcə, İrəvanı narahat edən məsələ yeni dünya düzənində Ermənistanın təhlükəsizlik məsləsidir ki, bu məsələdə də aydın mövqeyə malik deyil. İrəvan komplementarizmə üstünlük verərək bölgədəki maraqlı güclərlə eyni səviyyədə balanslaşdırılmış siyasət yürütmək istəyir ki, bu da qeyri-mümkündür. Çünki Ermənistan bölgədə elə bir ciddi geosiyasi əhəmiyyətə malik olan ölkə deyil ki, bölgədə maraqlı güclərlə maraqlarını uzlaşdırsın. Maraqlı güclər öz maraqlarını təmin etmək üçün ancaq Ermənistandan bir vasitə kimi istifadə edir. Əslində, İrəvanın bu komplementar siyasəti Ermənistanı fəlakətə sürükləməklə yanaşı, bölgəni uzunmüddətli, sabahı bəlli olmayan gərginliyə sürükləməkdir.
Zəngəzur uğrunda əsasən Qərb, Rusiya, Türkiyə, İran, Çin, Hindistan, İsrail və Fransa arasında savaş gedir. Digər maraqlı güclər də var ki, onlar vəziyyətə uyğun mövqelərini sərgiləyirlər. Onlara elə də fərq etmir ki, bu savaşda kim qazanacaq. Əsas odur ki Zəngəzurdan keçəcək dəhlizdən faydalana bilsinlər. Amma Zəngəzur uğrunda mübarizədə əsas iddiaçılar arasında çox ciddi mübarizə gedir və mövqelərin uzlaşdırılması qeyri-mümkün görünür.
Son dövrlərdə Qərbin, Türkiyə və İsrailin Cənubi Qafqazdakı aktivliyinə qarşı Rusiya-İran-Hindistan cəbhəsinin aktivləşməsi bunun bariz nümunəsidir. Ermənistan XİN başçısı Ararat Mirzoyanın Tehrana çağrılması da bununla bağlıdır. Çünki İrəvan Zəngəzur məsələsi ilə bağlı Tehranla eyni mövqedən çıxış etdiyini bəyan etsə də, qarşı tərəf buna inanmır. Hesab edir ki, günün birində İrəvan Tehrana verdiyi sözdən geri çəkilə bilər. Ona görə də Tehran Mirzoyanın səfəri zamanı bir daha Zəngəzur dəhlizinin onlar üçün “qırmız xətt” olduğunu açılayaraq bəyan edib ki, İrəvan geri çəkilsə belə, İran buna imkan verməyəcək və sərt müqavimət göstərəcək.
Son vaxtlarda Fransa, İran və Hindistanın işbirliyi nəticəsində Ermənistanı sürətlə silahlandırması da bu mübarizənin tərkib hissəsidir.
İrəvan isə yaranmış vəziyyətdə çıxış yolu kimi prosesləri beynəlmiləlləşdirməklə beynəlxalq problemə çevirib vaxt qazanmağa çalışır. Bu yolla İrəvan həm də öz təhlükəsziliyinə təminat alıb danışıqlar masasında müəyyəm şərtlərini diktə etmək istəyir. Amma İrəvan onu da hesablamır ki, bir-birinə güzəştə getmək istənməyən güclər arasında belə bir təhlükəli oyun Ermənistanın üçün çox risklidir. Paşinyanın bu günlərdə bəyan etdiyi kimi, bu, Ermənistan dövlətçiyinin itirilməsi ilə nəticələnə bilər. İrəvanın vəziyyəti düzgün dəyərləndirə bilməməsi və vəziyyətin gərginləşməsi, bölgədə müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər və bu, istisna deyil.
Türkiyənin Ankara şəhərində Polis Akademiyasında “məzun günü” keçirilib. Tədbirdə məzun olanlar arasında Azərbaycan polisləri də olublar.
Mərasimdə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Təltifetmə zamanə Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb:
T.Ərdoğan: “Nə vaxt ölkənə qayıdacaqsan?”
S.Oruclu: “Ayın 29-da gedəcəyəm”.
T. Ərdoğan: “Qardaşım İlham Əliyevə (Azərbaycan Respublikasının Prezidenti) salam söylə”.
S.Oruclu: “Oldu”.
T. Ərdoğan: “Söz verirsənmi, salam söyləyəcəksən?”
S.Oruclu: “Söz verirəm, sağ olun”.
İrəvan Rusiya sülhməramlılarından müsbət cavab gözləyir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, onlardan yükü qəbul edib Xankəndiyə daşınması istənilib.
Xatırladaq ki, İrəvan dünəndən bəri Laçın postunun qarşısında “humanitar yardım” şousu sərgiləyir.
Rəsmi Bakı alternativ yolu – Ağdam-Xankəndi marşrutunu təklif edir.
“Sülh danışıqlarında artıq Qarabağ məsələsi yoxdur. Danışıqlarda əsas məsələ artıq Zəngəzur və Ermənistan, azərbaycanlıların Ermənistanda məskunlaşması məsələsidir. Qərb və Moskva bu məsələdə razılaşırlar”.
“Bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, danışıqlarda yolların bağlanması və məcburi köçkünlərin geri qaytarılması məsələləri Azərbaycanın xeyrinə vurğulanır.
“Azərbaycan Qarabağ uğrunda müharibəyə başlayıb sülh müqaviləsi ilə müharibəni bitirərək Zəngəzuru alır. Çünki Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan heç kim nə Qafana, nə də Gorisə getməyəcək”, - Baqratyan qeyd edib.
Onun sözlərinə görə, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan "Laçın dəhlizi"ni bağlayıb.
“Türkiyə istehsalı olan bir çox silahlarla maraqlanırıq, lakin gizli olduğu üçün həmin silahların adlarını açıqlamayacağam”.
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir vurğulayıb ki, Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir: “Bu inkişaf bizi sevindirir. Azərbaycan Türkiyənin hərbi sənayesi ilə yaxından maraqlanır. Biz çoxlu sayda ikitərəfli müqavilələr imzalamışıq. Eyni zamanda bir çox layihələri birlikdə həyata keçiririk”.
Z.Həsənov söyləyib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə orduda islahatlar aparılır: “Azərbaycan Ordusunun strukturu Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər formada təkmilləşdirilir və yenidən formalaşdırılır. Odur ki, bizim həm strukturumuz, həm də silahlarımız eyni olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. İki ölkə liderlərinin bununla bağlı tapşırıqlarını qısa müddətdə yerinə yetirəcəyik”.
Qeyd edək ki, Z. Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.
İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousu nəticə verə bilərmi?
Bunu siyasi şərhçi Asif Nərimanlı bu sual ətrafında fikirlərini bildirib. O bildirib ki, cavab ermənilər üçün ürəkaçan deyil.
“Çünki:
– Nəticəyə təsir edəcək beynəlxalq reaksiya yalnız Azərbaycanın Laçın postunu bağlayaraq, heç bir alternativ imkan yaratmadığı halda olardı: rəsmi Bakı alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edir və məsələ həqiqətən dedikləri kimi ərzaq problemidirsə, bunun həll yolu var;
– Qarabağ Azərbaycan ərazisidir və bu, müharibəyə qədər beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, müharibədən sonra bütün güc mərkəzləri reallığı qəbul ediblər, yaxud buna məcbur olublar.
Bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalını sıfırlayır. İrəvan ermənilərin “humanitar fəlakət”indən bəhs edəndə Ağdamdan istifadə etmək alternativi ilə üzləşir, ermənilərin bunu istəmədiyini deyəndə “Qarabağ Azərbaycan ərazisidir” cavabını alır”.
“Baş verənlərin təfsilatını Prezidentin köməkçisi Hikmət Hacıyev bir kəlmə ilə verib: Oyun bitdi!”, – deyə A. Nərimanlı vurğulayıb.
Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalaması üçün tələsir. Çünki ilk növbədə Qərb Rusiyanın varlığından qurtulmağa çalışır.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.
Badalyan bildirib ki, baş nazirin 25 iyulda 5 saatdan çox davam edən mətbuat konfransında səsləndirdiyi bəyanatlar da dolayısı ilə bu tezisi təsdiqləyir:
“Aydındır ki, Qərb bədnam sülh müqaviləsinin imzalanması prosesini uzatmaq istəmir. O, Rusiya sülhməramlılarının iştirakı məsələsi də daxil olmaqla, məsələni mümkün qədər tez bağlamalıdır. Həm Brüssel, həm də Vaşinqton başa düşür ki, Rusiya Ukrayna münaqişəsində qalib gəlsə, o zaman Dağlıq Qarabağ ətrafında proseslər tamam başqa ssenari üzrə gedəcək”, - Badalyan bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Yol-xeber.az xəbər verir ki, əvvəlcə ölkəmizdə su elektrik stansiyaları ilə bağlı həyata keçirilən işlər barədə videoçarx nümayiş olunub.
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, son 20 ildə Xəzər dənizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının işində ciddi çətinliklər yaratmışdı. Çünki suyun səviyyəsinin gündən-günə aşağı düşməsi stansiyanın soyutma suyu ilə təchiz olunmasında ciddi problem yaradırdı və ən böyük həcmdə enerji istehsal edən “Şimal-1” və “Şimal-2” Elektrik stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz idi. Bu təhlükəni aradan qaldırmaq üçün təxirəsalınmaz şəkildə “AzərEnerji” ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos stansiyası tikilib. Estakadanın möhkəmliyini təmin etmək məqsədilə hər birinin uzunluğu 30 metr olan 1000 ədəd dəmir boru svay 20 metr dənizin dibinə vurulub və betonlanıb.
Qeyd edilib ki, hazırda hər birinin məhsuldarlığı 9000 kubmetr/saat olan 8 nasosdan 2-si ehtiyatda saxlanılmaqla 6 ədədi daim işlək vəziyyətdə olur. Bununla da nasoslar vasitəsilə dənizin 8,5 metr dərinliyindən götürülən aşağı temperaturda 54 min kubmetr su mövcud kanala vurulur.
Stansiyalarda SCADA sistemi tətbiq edilərək, nasos və klapanların avtomatik idarə olunması və rəqəmsal mühafizəsi üçün nəzarət-ölçü cihazları, lokal idarəetmə panelləri, “PLC” idarəetmə sistemi quraşdırılıb. Həmçinin bu idarəetmə sistemi mərkəzi idarəetmə otağındakı monitorlara inteqrasiya edilib ki, bu da nasosların məsafədən işə qoşulmasına və açılmasına, avadanlıqların iş rejimlərinə nəzarət və tənzimlənməsinə, kanalda suyun səviyyəsinə nəzarətə, şandorun avtomatik açılıb-bağlanmasına şərait yaradır.
Prezident İlham Əliyevə “Şimal” Kiçik Su Elektrik Stansiyası haqqında da məlumat verilib.
Diqqətə çatdırılıb ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının ərazisində “AzərEnerji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq kiçik su elektrik stansiyası tikilib. Kiçik su elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediləcək ki, bu da “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.
Sosial şəbəkələrdə təqdim etdiyimiz marşrut haqqında danışılır.
Bu xətt Azərbaycan hakimiyyətinin təkliflərinin məntiqinə və ardıcıllığına uyğun gəlir.
Bütün yüklər Ağdamdan keçməlidir və Laçın SBM vasitəsilə BQXK-nin himayəsi altında təcili xəstəxanaya yerləşdirilməyə ehtiyacı olan xəstə və yaralı xəstələri daşımaq mümkündür.
Əlbəttə ki, bütün yüklər tam gömrük yoxlamasından keçməlidir.