![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.
"Report" xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılıb.
Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var.
Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.
Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər.
Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib. Şuşada 1 saylı tam orta məktəb binasının inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.
"Yol-xeber.az" xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Məlumat verildi ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.
Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.
Qeyd edək ki, əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Təməli qoyulan Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
"Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunun nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.
Qeyd olundu ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Bildirildi ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.
Qeyd edildi ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.
Mingəçevir şəhər Prokurorluğunun binasında dindirilən zaman özünü ikinci mərtəbədən ataraq öldürən Turalə Aslanova ilə bağlı Gununsesi.info özəl məlumatlar əldə edib.
Yeni sabah-ın əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluq işinə görə dindirilən Turalə Aslanovanın ayrı-ayrı vətəndaşlara 500 min manata qədər borcu olub.
Borclu olduğu şəxslərin sayı isə təxminən 30 nəfərə qədərdir.
Başqa bir məlumatda bildirilir ki, onun ifadəsində adını çəkdiyi Kəmalə Quliyeva adlı şəxs də polis işçisi olub.
Məlumata görə, bu gün DİN rəhbəri Vilayət Eyvazov Kəmalə Quliyeva adlı polisi sərəncama götürüb.
Turalə Aslanovanın intihar olayına gəlincə, bildirilir ki, onun özünü öldürmək niyyəti olmayıb.
“Çünki, o, prokurorluğun birinci mərtəbəsindən özünü atıb. Sadəcə boynu sındığından vəfat edib” deyə mənbə ekspertizanın rəyində bunun üzə çıxacağını əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclaslarını sərhədin müxtəlif hissələrində keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”nın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
“Tərəflərin qarşılıqlı razılığına əsasən görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi qərara alınıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə görüşün Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi barədə razılıq əldə olunub.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.
“Qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır?” adlı süjetdə Ermənistanda ictimai, siyasi, mədəni, hərbi və digər sahələrdə baş verən hadisələrin vətəndaşlıqlarının bərpası uğurunda mübarizə aparan qərbi azərbaycanlılara da aid olduğu vurğulanır.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq vasitəçilərin iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər Qərbi Azərbaycan sakinləri tərəfindən diqqətlə izlənilir və bu il iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə görüş də əhəmiyyətli sayılmalıdır:
“Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, suverenlik və ərazi bütövlüyü, sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, iki ölkə arasında sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokadadan çıxarılması ilə yanaşı, qərbi azərbaycanlıların Ermənistana, vətənə dönüşü kimi məsələlər ətrafında müzakirələr aparılıb”.
Qeyd olunur ki, Qərbi Azərbaycan İcmasının açıqlamasında da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsi alqışlanır.
Süjetdə diqqətə çatdırılır ki, Rusiya isə Brüssel formatından və danışıqların gedişindən narazıdır: “Rəsmi Moskva 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bir hissəsini yerinə yetirmək istəmir, yaxud bunun qeyri-mümkünlüyünə görə məsuliyyəti üçüncü tərəfin, yəni ABŞ və ya Avropa İttifaqının üzərinə qoymağa çalışır. Halbuki Rusiya bütün səviyyələrdə Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi “fundamental şərtlərdə dəyişikliklər” olduğunu iddia etməklə mücərrəd açıqlama verib. Ancaq “fundamental şərtlər” dedikdə nəyin nəzərdə tutulduğunu bildirməyib. Ümumiyyətlə, Rusiya Brüssel görüşündən və Azərbaycan-Ermənistan normallaşma prosesində qərbin, xüsusilə ABŞ-nin fəallığından narahatdır. Bununla rəsmi Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından narahatlığını gizlədə bilmir. Çünki normallaşma prosesi başlasa və sülh müqaviləsi imzalanarsa, Rusiya Cənubi Qafqazda təsirini itirə bilər”.
Sonda rəsmi Bakının Qarabağ iqtisadi rayonundakı ermənilərin hüquqlarının təmin olunacağına dəfələrlə təminat verdiyi, bu baxımdan Qərbi azərbaycanlıların da tamhüquqlu Ermənistan vətəndaşı olması məsələsinin beynəlxalq münasibətlərin və danışıqların gündəliyinə salınmasının məntiqli olduğu vurğulanır: “Azərbaycanla Ermənistan arasında vətəndaşlıqdan zorla məhrum edilən Qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpası məsələsinin müzakirəsi davamlı şəkildə aparılmalıdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
ABŞ regionda Rusiya ilə rəqabət baxımından Ermənistanla hərbi əməkdaşlıqda daha çox maraqlıdır.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq David Arutyunov deyib.
O bildirib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa başlamağın mümkünlüyü bir çox amillərdən, o cümlədən erməni tərəfinin maliyyə imkanlarından asılıdır:
“Erməni tərəfinin PUA-lara marağı və onların təyyarələrlə müqayisədə ucuzluğunu nəzərə alsaq, mümkün əməkdaşlıq məhz bu seqmentə aid ola bilər”.
Arutyunov əlavə edib ki, Vaşinqton üçün satış baxımından Ermənistan bazarı çox kiçikdir:
“Ancaq Vaşinqton bu əməkdaşlıqda ilk növbədə siyasi baxımdan maraqlı olacaq. Onlar regionda Rusiya ilə rəqabətdə xüsusən də Moskvanın dominant olduğu bölgədə maraqlıdırlar. Bundan əlavə, Ermənistan və Rusiya arasında mövcud əlaqələri nəzərə alsaq, Vaşinqtonla İrəvan arasında bu cür az-çox ciddi hərbi-texniki əməkdaşlıq əlamətdar hadisə olacaq”, - Arutyunov bildirib.
Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi Asryan ABŞ-da səfərdədir. O, ötən gün Pentaqonda yüksək çinli ABŞ hərbçiləri ilə görüşərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.
Yol-xeber.az xəbər verir ki, dövlət başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Azərbaycanla gərginlik yaradan Rusiya üçün Qafqaz siyasətinin xarakteri və ziddiyyətləri nədən ibarətdir?
- Bu gün Rusiya əsl simasını açıb ortaya qoyur. Çünki Rusiyanı Qafqaz və siyasi maraqlarından daha çox istisadi məsələlər düşündürür. Burada Vladimir Putinin də şəxsi maraqları önə çıxır. Ölkəmizə olan təzyiqlərin arxasında da bu amillər durur. Ona görə də, bu təzyiqlər davam edəcək. Məqsədləri odur ki, Azərbaycan geri çəkilsin. Bu da mümkün deyil. Amma bütün hallarda Rusiya bir dövlət kimi özünü xərcləyib qurtarmaq üzrədir. Rusiya hal-hazırda Putinin şəxsi maraqlarını güdən bir statusdadır. Burada başqa heç nə yoxdur.
- Bu təzyiqlərə qarşı hansı adekvat mövqe sərgilənə bilər?
- Xalq olaraq bir yerdə, dövlət başçısının ətrafında olmalıyıq. Amma Azərbaycan tək deyil. Onun Türkiyə kimi müttəfiqi var. Pakistan, İsrail kimi sıx tərəfdaşlarımız var. Görünən odur ki, Rusiya əsl simasını açıb ortaya qoymağa başlayıb.
- Rusiya-Türkiyə gərginliyi burada nə dərəcədə təsiri rol oynayır?
- Azərbaycanla qardaş Türkiyə arasında Şuşa Bəyannaməsi var. Bu, olduqca önəmli məsələdir. 2022-ci ildə Azərbaycanla Rusiya arasında 43 bəndlik bəyannamə imzalanıb. Amnma çox təəssüf ki, Rusiya özünün şovinist siyasətinə uyğun olaraq həmin bəyannamənin müddəalarına hörmət etmir. Bununla müqayisədə Türkiyə özünə hörmət edən bir dövlətdir. Ona görə də, Şuşa Bəyannaməsinin bütün müddəaları ortadadır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər ancaq Rusiyadan gələ bilər. Çünki hər bir dövlətin daxili və xarici təhlükəsizliyi var. Azərbaycana xarici təhdid hazırda Rusiyadır. Amma Rusiya bir şeyi başa düşməlidir ki, 300 ildə biz onları çox yaxşı tanıyırıq.
- Bu proses nə vaxta qədər davam edəcək?
- Rusiya Azərbaycanla olan şahmat partiyasını artıq uduzmaq üzrədir. Çünki Azərbaycan Prezidenti çox ağıllı hərəkət edir. Bu mənada Qarabağda separatçıların təxribatı, Ermənistan tərəfindən atəşkəsin pozulması, Ağdam yolunun bağlanması Kremlin göstərişi ilə baş tutur. Fakt odur ki Rusiya imza atdığı heç bir sənədə hörmət etmir. Görünən odur ki, imzasına hörmət edilməyən bir dövlətlə üz-üzə qalmışıq. Bütün bunlara baxmayaraq Azərbaycan Rusiya ilə bərabərhüquqlu, eyni səviyyəli, balanslaşdırılmış siyasət yürüdür. Rusiya bunu qəbul edəcək-etməyəcək bu onun problemidir. Artıq Azərbaycan özünün xarici siyasəti ilə bu və ya digər formada özünə qarşı olan siyasəti zərərsizləşdirə bilir.
- İranla münasibətlərdə artıq yumşalmalar var. Rusiya ilə də bəlli bir zamandan sonra bu tendensiyanın izlənməsi labüd görünür?..
- Azərbaycan özünün uğurlu daxili-xarici siyasəti ilə İranı neytrallaşdırdı. İran artıq Azərbaycana qarşı əks mövqedə durmur. Bu baxımdan Rusiya Azərbaycanla bağlı siyasətində diqqətli olmalıdır. Rusiyanın bu gedişlə məhvi sürətlənir. Onun fəlakətə sürüklənməsində Azərbaycan açar dövlətlərdən biri hesab edilir.
- Xankəndi separatçılarının son fəallığı nə ilə izah oluna bilər?
- Rusiya sülhməramlıları 2025-ci ilə qədər Azərbaycan ərazisində qalmayacaq. Bu birmənalıdır. Çünki istəsək də, istəməsək də Rusiyanın yürütdüyü siyasət Azərbaycanı incik salıb. Ona görə də, Azərbaycan Rusiyanın maraqlarını təmin etmək niyyətində deyil. Hazırda bu ölkənin iqtisadi maraqları daha üstün yerdədir. Qarabağda, Şərqi Zəngəzurda onların niyyəti var. Bütün bunlara baxmayaraq Azərbaycanın yeganə problemi ərazi bütövlüyünün təhlükəsizliyi ilə bağlıdır. Ölkəmizin müdafiə və ərzaq təhlükəsizliyi təmin edilib. Fakt odur ki, Azərbaycan bütün xarici təhdidləri görür və nəzərə alır. Rusiya kimi dövlətlər bunu nəzərə almalıdır. Əks halda Azərbaycanın atacağı addımlar onun xeyrinə olmayacaq.