![]() |
|
İstər Laçın rayonundakı humanitar dəhliz, istərsə də Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir. Orada yerləşən keçid məntəqəsində Azərbaycanın dövlət bayrağının qaldırılması tamamilə qanuni və məntiqlidir.
Bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.
“Bakı bu hərəkətləri ilə heç bir norma və razılaşmanı pozmayıb. Görünür, İrəvan artıq növbəti hərbi təxribat üçün səbəb tapa bilmir və Azərbaycanın suveren ərazisində tamamilə qanuni addımlarına qarşı təxribat törədir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nümayəndələrinin prosesdə iştirakı Azərbaycanın hərəkətlərinin legitimliyini təsdiq edir. Erməni tərəfi bunu yaxşı bilirdi, amma dayanmadı. Təxribatın məqsədi cavab atəşinin açılması, üstəlik Rusiya sülhməramlılarının da müdafiə məqsədilə silaha əl atmağa vadar etmək olub. Bu, İrəvana Moskvanı günahlandırmaq və sülhməramlı qüvvələrin Qarabağdan çıxarılmasını, onların NATO ölkələrinin hərbi qüvvələri ilə əvəzlənməsini tələb etmək imkanı verəcək. Amma Qarabağda dəqiq kimin, hansı müddətə qalacağına Bakı qərar verir. Bir daha xatırladıram ki, bura Azərbaycan ərazisidir.
Məntiqi nəticə çıxaraq: Ermənistanın bu və digər təxribatlarından faydalananlar Brüssel və Vaşinqtondur. Onlar İrəvanda öz marionetlərinin ipini çəkirlər”, - o bildirib.
Arkov qeyd edib ki, bunun təsdiqi olaraq rəsmi Vaşinqtonun çağırışını göstərmək olar:
“ABŞ Ermənistan və Azərbaycandakı vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədi boyu rayonları təcili tərk etmələri ilə bağlı xəbərdarlığı İrəvanın təxribatı ərəfəsində edib. Vaşinqton İrəvanın Moskvanın səyləri ilə əldə edilmiş atəşkəs razılaşmasını pozmaq planlarından nəinki əvvəlcədən xəbərdar idi, əksinə, açıq şəkildə bunu soyuqqanlılıqla planlaşdırırdı. ABŞ-ın geosiyasi tapşırıqlarının həyata keçirilməsində mümkün insan ölümü gözardı edilir”.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:
Ağayev Hafiz Ağalar oğlu
Cəlilov Etibar Yəmli oğlu
Əkbərli Azər Aprel oğlu
Əliyeva Yeganə Agabala qızı
Əsgərov Niyazi Mustafa oğlu
Hüseynova Laləxanım Muxtar qızı
Kərimov Müşfiq İsrafil oğlu
Qurbanov Tərlan Məhəmməd oğlu
Məmmədov Asəf Mayıl oğlu
Məmmədova Sevil Vahid qızı
Nağdalıyev Nəriman Məmməd oğlu
Namazova Hicran Kamal qızı
Paşayeva Aybəniz Abil qızı
Salehova Gülbəniz Qara qızı.
Azərbaycan Respublikasında səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar həkim”
Əzizov Fazil Əziz oğlu
Hacıyev Arif Həmzə oğlu
Mehdiyev Əkbər İsmayıl oğlu
Məhərrəmova Frəngiz Əmirxan qızı
Nurəliyeva Aynaxanım Nuri qızı
Soltanov Əhədağa Mirağa oğlu
"Əməkdar tibb işçisi”
Bağırova Sürmə Kərim qızı
Frolova Alla Əbdul Axatovna
Qulamova Bahar Vaqif qızı.
İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarımilinin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İclasda nazir müavinləri, baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri giriş nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisidir fikirlərini xüsusilə vurğulayıb. Bildirilib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb.
İclasda 2023-cü ilin birinci yarısında bütün qoşun (qüvvə) növlərinin xidməti-döyüş fəaliyyəti təhlil edilib, Azərbaycan Ordusunun imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, mühəndis tədbirləri, kəşfiyyat fəaliyyəti, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, habelə hərbi hissələrdə aparılan tikinti-quruculuq işləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və digər sahələrdə görülən tədbirlər barədə geniş məruzələr dinlənilib.
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
Yekun nitqi ilə çıxış edən müdafiə naziri Ali Baş Komandan tərəfindən 2023-cü ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb, şəxsi heyətin sağlamlığı və təhlükəsizliyinin qorunması, peşəkarlıq və döyüş hazırlığının daha da artırılması, habelə qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilməsini tapşırıb.
Kollegiya iclasının sonunda müdafiə nazirinin təltif əmrləri elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi.
İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Ötən gün Zəngilan istiqamətində Ermənistan ordusunun törətdiyi təxribata cavab olaraq ordumuz tərəfindən həyata keçirilmiş cavab tədbirlərinin yeni görüntüləri yayılıb.
Qeyd edək ki, dünən dövlət sərhədinin Zəngilan istiqamətində ermənilər hərbi təxribata əl atıblar.
***
Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan istiqamətində düşmən təxribatının qarşısı alınarkən döyüş baş verib.
Döyüşdən “Caliber”in yaydığı görüntüləri təqdim edirik:
“Ermənistan və Azərbaycanın XİN rəhbərləri yaxın vaxtlarda Vaşinqtonda görüşəcəklər”.
Ölkə.az erməni mətbuatına istinadən xəbər verir ki, bu məlumat Nikol Paşinyan hökumətin iclasında açıqlayıb.
Paşinyan Vaşinqtonda öncəki danışıqlarda əldə olunan irəliləyişin daha da inkişaf etdiriləcəyinə ümid etdiyini vurğulayıb.
Prezident İlham Əliyev “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir.
“Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır”, - Sərəncamda bildirilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu (bundan sonra – Qoruq) elan edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Turizm Agentliyi qoruğun idarə olunmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməlidir.
Ermənistanın Laçın postunda və Zəngilan istiqamətində təxribat hücumu eyni planın tərkib hissəsidir. Və əsas prosesin Zəngəzur dəhlizi ətrafında baş verdiyi görünür.
İrəvan Laçına post qoyulmasını Zəngəzur dəhlizində də eyni rejimin - sərhəd-keçid məntəqəsinin qurulması – tətbiq ediləcəyi prinsipinə görə qəbul etdi, lakin Bakı “Laçın dəhlizi”ndə istədiyinə nail olandan sonra Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmədi. Türkiyə və Rusiyanın bu məsələdə eyni mövqedən çıxış etməsi bizim əlimizi gücləndirən amildir.
Moskvada sonuncu görüşün nəticəsindən də belə görünür ki, İrəvana yalnız terminologiyadan imtina etmək vədi verilir: dəhliz ifadəsindən imtina olunur, lakin “maneəsiz keçid” təmin olunmalıdır; baş nazir müavinlərinin üçtərəfli görüşündə də bu mövqe dəyişməz qaldı;
Və Türkiyədə seçkilərin başa çatmasından sonra Ərdoğan Bakıya ilk səfərində Zəngəzur dəhlizi yenidən gündəmə gəldi, bunun reallaşması istiqamətində daha intensiv işləməklə bağlı müzakirələr aparıldı.
Bu situasiyada Ermənistan Laçında postu ləğv etmək və Zəngəzurdan “maneəsiz keçid” verməmək prioritetini seçib: indiyə qədər bunu ritorika ilə dilə gətirirdilərsə, görünür artıq praktiki müstəvidə hərəkətə keçirlər;
Beynəlxalq müstəvidə Laçın postu ilə bağlı Bakıya təzyiq cəhdlərinin nəticə verməməsi fonunda atəşin açılmasının birdən çox hədəfi ola bilər:
- Postda indiyə qədər təmin edilən təhlükəsizlik şəraitini pozurlar;
- Təxribatla postda hərəkəti dayandırırlar: bu, Qarabağa kənar müdaxilənin qarşısını almaq baxımından Bakının istifadə edə biləcəyi amil olmaqla yanaşı, erməni əhalisinin postdan istifadəsinin arxa plana keçirilməsi baxımından Ermənistana, Rusiyaya və separatçılara sərf edən məqamdır, çünki ermənilərin postdan istifadəsi onlarla təmasların qurulmasına və təbii reinteqrasiyaya şərait yaradır;
- Postun bağlanmasını beynəlxalq müstəvidə Bakıya təzyiq üçün istifadə edə bilərlər: bu, İrəvana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini gücləndirmək, ruslara və separatçılara erməni əhalisi ilə azərbaycanlıların təmaslarının qarşısını almaq üçün lazımdır;
Laçın postunun atəşə tutulmasından sonra Zəngilanda – Zəngəzur dəhlizi istiqamətində təxribat hücumlarının da “dəhliz planı”na qarşı praktiki müstəvidə atılan addım olduğu bəllidir. Ötən ayın sonunda bu istiqamətdə erməni diversiya qrupunun hücumu da buna hesablanmışdı və hələ o zaman yazırdıq ki, “bu, ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq və mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsi ola bilər”;
Diqqətçəkən məqamlardan biri də Ərdoğanın Bakı səfərindən sonra Zəngəzur dəhlizinə problem yaradan ölkənin ölkənin İran olduğunu açıqlaması idi. Təxribat hücumlarında Rusiyanın maraqları olduğu kimi, İranın da iştirakı bu və ya digər formada iştirakı istisna edilməməlidir.
Burada Rusiya ilə İranın maraqlarının uzlaşdığı və toqquşduğu məqamlar maraqlıdır: hər iki tərəfin Laçın postunda maraqları uzlaşır, Zəngəzur dəhlizində toqquşur; bölgədə İranın Ermənistana dəstəklə “dəhliz planı”nı arxa plana keçirmək istədiyi, Moskvanın isə Bakının adekvat addımlarının İrəvana “dərs olması” və rusların dayanacağı “maneəsiz keçid”in önünün açılacağı perspektivinə hesablanan mürəkkəb oyun gedir;
Ermənistanın hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması və Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsi təklifi bu ölkənin beynəlxalq öhdəliklərinə önəm vermədiyini bir daha nümayiş etdirir. Ermənistanın həm işğal dövründə, həm də sülh danışıqları prosesinə maneçilik törətmək məqsədilə Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətməsi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar oldu. Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan qanunsuz birləşmələr Azərbaycanın yenidənqurma işlərinə maneədir. O baxımdan bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın bölgədə sabitliyin əldə olunmasında heç bir marağı, istəyi yoxdur. Partiya rəhbərinin sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın kənardan idarə olunması, müstəqil dövlət ola bilməməsidir: "Ermənistan Rusiya ilə yanaşı, Qərbin də təlimatlarını icra edir. Erməni tərəfini təxribata sövq etməklə öz məqsədlərini reallaşdırmağa səy göstərirlər. Rəsmi İrəvanın açıqlamalarından da görünür ki, Ermənistanın da niyyəti Azərbaycanın Qarabağ bölgəsinə "beynəlxalq missiya" adı ilə xarici gücləri yerləşdirməkdir. Şübhəsiz, bunda da məqsəd prosesi mümkün qədər uzatmaq, ermənilər üçün münbit şəraitin yetişməsinə zəmin hazırlamaqdır. Çünki sülhlə bağlı şərtləri qalib Azərbaycan diktə edir. Ermənistan indiki halda öz hədəflərinə çata bilməyəcəyini yaxşı anlayır. Müəyyən qədər Qərbin, eləcə də ara-sıra Rusiyanın istəklərini dilə gətirməklə əslində öz niyyətlərini pərdə arxasına keçirməyə çalışırlar. Bölgədə, eləcə də Qarabağda hansısa problemin olmaması, gərginliyin tamamilə aradan qalxması üçün Ermənistan üçtərəfli bəyanatın bəndlərinə qeyd-şərtsiz əməl etməlidir. Qanunsuz silahsız birləşmələr torpaqlarımızdan dərhal çıxmalıdır. Sərhədlərin demarkasiya və delimitasiyası prosesi sürətlənməli, kommunikasiya xətləri reallaşmalıdır".
A.Əlizadə diqqətə çatdırıb ki, üzərinə vasitəçilik missiyasını götürən Rusiya, həmçinin Fransa kimi Qərb ölkələri də Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı deyil: "Əksinə, gərginliyin qalmasını istəyirlər. Gərginliyin davam etməsi sayəsində regiondakı siyasi-iqtisadi maraqlarını qoruya biləcəklərini düşünürlər. Bunun üçün də hər zaman olduğu kimi yenə də Ermənistandan alət kimi istifadə edirlər. Qarabağa "beynəlxalq missiya" göndərilməsi təklifi də bu məqsədlə gündəmə gətirilir. Şübhəsiz, rəsmi Bakının icazəsi, razılığı olmadan Qarabağa heç bir xarici ölkənin nümayəndələri, ordusu yerləşə bilməz. Sadəcə rus sülhməramlılarına müvəqqəti olaraq icazə verilib. Onlar da vaxt başa çatdıqda torpaqlarımızı tərk edəcəklər".