“Azərbaycanın günbəgün artan nüfuzu xarici siyasətə də birbaşa təsir edir. Heç kimə sirr deyil ki, dünyanın bir sıra ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Həyata keçirilən işlər öz nəticəsini aydın şəkildə göstərməkdədir. Azərbaycan və İsrail arasında da kifayət qədər uğurlu əməkdaşlıq mövcuddur İsrail prezidenti İsxak Hersoqun ölkəmizə səfəri bunun göstəricisidir. Ona gərə də onun Azərbaycana səfəri Cənubi Qafqazda ciddi marağı olan dünyanın iri dövlətləri, güc mərkəzləri, dünya media tərəfindən diqqətlə izlənildi. Bu səfər bir daha beynəlxalq aləmin Azərbaycana və onun yürütdüyü xarici siyasətə diqqətin nəticəsidir. Çünki Azərbaycanın yürütdüyü xarici siyasət Cənubi Qafqazın ümumi inkişaf maraqlarına xidmət edən siyasətdir”.

Bunu açıqlamasında deputat Şahin ismayılov deyib.

Onun sözlərinə görə, İsrail prezidentinin Azərbaycan səfəri təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, regional əməkdaşlıq və gələcək əlaqələrin inkişaf perspektivi baxımdan mühüm əhəmiyyət kəsb edir.

“Ümumiyyətlə Azərbaycanın dünya ölkələri ilə əlaqələr təkcə ikitərləi münasibətlər konteksində deyil, bütövlükdə regional əməkdaşlıq müstəvisində baxılır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hədəfi Cənubi Qafqazı sülh, sabitlik, təhlükəsizlik və sıx inteqrasiya olunmuş əməkdalıq bölgəsinə çevirməkdir. Dünya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində bu hədəf priorotet təşkil edir. İsrail prezidentinin Azərbaycana səfəri regional əməkdaşlığın inkişafı baxımdan çox mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.

O əlavə edib ki, İsrail Prezidentinin Azərbaycana səfəri enerji, tranzit yükdaşıma, logisitka və regional iqtisadi-ticari sahələrdə əlaqələrin inkişafına müstəna rol oynaya bilər.

“Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olan İsrail Orta Dəhlizin imkanlarından istifadə etməklə regiona əməkdşalığın inkişafına öz müsbət töhfəsini verə bilər. Bu da öz növbəsində bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunub, region ölkələri arasında sıx əlaəqlərin yaranmasına gətirib çıxarar. O baxımdan hesab edirəm ki, bu səfər nəticə etibarı ilə Ermənistanla Azərbaycan yekun sülhün əldə olunmasına töhfəsini verəcək. Çünki İsrail tərəfi də Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olan ölkələrdən biridir. İsrail beynəlxalq aləmdəki nüfuzundan istifadə etməklə bu məsələdə öz rolunu oynaya bilər. Bu bir daha onu deməyə əsas verir ki, İsrail-Azərbaycan münasibətlərinin inkişafı bütövlükdə sıx regional əməkdaşlığın yaranması ilə nəticələnəcək”.

Bu gün Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.

Müzakirələr “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində baş tuta bilər.

Azərbaycan və Ermənistan liderlərinin görüşünun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts iştirakı ilə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 31-də Moldovaya səfər edib. Dövlət başçısı Moldova Prezidenti Maya Sandu və bu ölkənin baş naziri Dorin Reçan ilə görüşlər keçirib.

Ermənistan öz ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı qərar vermək şansına sahib deyil, İrəvan müqavimət göstərməyə çalışsa da, əslində oyundankənar vəziyyətə düşüb... Bu dəhlizə nəzarət uğrunda mübarizədə Azərbaycan-Türkiyə İttifaqının maraqları hələlik ABŞ və Qərbin hədəfləri ilə uzlaşır, Rusiyanın isə müttəfiqi yoxdur, Kreml yalnız Ermənistanın heç bir əhəmiyyət daşımayan qondarma “qırmızı cizgiləri”nə ümid bəsləyir...

Ermənistan Azərbaycan-Türkiyə İttifaqı üçün böyük önəm daşıyan geopolitik layihələrə müqavimət göstərməyə çalışır. Hazırda həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin açılması üçün intensiv cəhdlər göstərir. Ermənistan isə Zəngəzur layihəsinin dəhliz status qazanmasına əngəl olmaq üçün bütün vasitələrdən yararlanır. Və bu mövqeyini suverenlik hüquqları ilə izah etməyə çalışır.

Buna baxmayaraq, rəsmi İrəvan onu da anlayır ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması hamıdan daha çox məhz Ermənistanın maraqlarına cavab verir. Halbuki, Zəngəzur dəhlizi ilə bağlı prinsipial anlaşma əldə olunmadan bu, o qədər də real görünmür. Hər halda, rəsmi Bakı Azərbaycan yüklərinin Ermənistan tərəfindən yoxlanılmasını qətiyyən sərfəli hesab etmir. Və bu məsələnin Azərbaycanın maraqları çərçivəsində həll edilməsi baxımından, beynəlxalq siyasi iradə mərkəzləri arasında müəyyən siyasi-diplomatik manevrlər də etməyə çalışır.

Son məlumatlara görə, Zəngəzur dəhlizi ilə bağlı situasiya yaxın vaxtlarda nisbətən aydınlaşa bilər. Belə ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli görüşündə nəqliyyat-kommunikasiya xətlərinin açılması növbəti dəfə müzakirə ediləcək. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da bunu təsdiqləyib.

Ancaq Mqer Qriqoryan həmişəki kimi, bu dəfə də Zəngəzur dəhlizinin Ermənistan üçün “qırmızı xətt” olduğunu qeyd etməyi də unutmayıb: “Bu, istisnadır. Biz nəqliyyat-kommunikasiyası xətləri barədə danışmağa hazırıq. Dəhliz termini isə xüsusi rejimi nəzərdə tutursa, o zaman danışmağa hazır deyilik. Biz dəfələrlə bildirmişik ki, bu, “qırmızı xətt”dir, belə bir mövzu müzakirə olunmayacaq. Üçtərəfli görüşdə bu məsələnin qaldırılacağını düşünmürəm, ən azından mənasızdır”.

Bütün bunlara baxmayaraq, rəsmi İrəvanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxara biləcəyi də qətiyyən inandırıcı görünmür. Düzdür, həqiqətən də hər bir dövlətin "qırmızı cizgiləri" mütləq olur. Ancaq məğlub dövlətlərin "qırmızı cizgilər"ini adətən, onların özlərindən başqa heç görmür. Və bu, hazırda beynəlxalq siyasi məkanın qeyri-rəsmi dəyişməz prinsipidir.

Ermənistan da indiyə qədər çoxlu sayda "qırmızı cizgilər" sadalayıb. Halbuki, heç kim rəsmi İrəvanın dediklərinə elə bir ciddi əhəmiyyət verməyib. Çünki Ermənistan da məğlub ölkədir və indi onun "qırmızı cizgiləri" yalnız öz mövcudluğunu qorumaq istiqamətində fəaliyyət ola bilər. Yəni, rəsmi İrəvanın bundan artıq nəsə etməyə nail olması sadəcə, mümkün deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan nə qədər müqavimət göstərsə də, Zəngəzur dəhlizi üzərində düyünlənmiş xarici maraqlar Ermənistanın mövqe diqtə etmək imkanlarını qat-qat aşır. Belə ki, hazırda Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan deyil, bütün Türk Dünyası üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasında Avropa və Asiya ölkələri də birbaşa maraqlıdır.

Ona görə də, indi əslində, bu dəhlizin açılması deyil, məhz ona nəzarət uğrunda amansız mübarizə mövcuddur. Ancaq bu mübarizədə Ermənistan birbaşa iştirak etmir. Ermənistanın bu prosesdə mövcudluğu sadəcə, formal xarakter daşıyır. Və bu baxımdan, rəsmi İrəvanın sadəcə, heç real önəm daşımayan “qırmızı cizgilər” elan etməkdən başqa nəyəsə, gücü çatmır.

Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizə isə əsasən ABŞ və Qərblə Rusiya arasındadır. Kreml bu dəhlizə Rusiya hərbi və gömrük kontingentlərinin nəzarət etməsinə cəhd göstərir. Hətta 10 noyabr üçtərəfli anlaşmasında Kreml bu barədə ayrıca maddə yerləşdirilməyə də nail olub.

Ancaq ABŞ və Qərb bununla qətiyyən razılaşmaq niyyətində deyil. Ona görə də, Vaşinqton və Brüssel görüşlərində Zəngəzur dəhlizinə Beynəlxalq Gömrük Təşkilatının nəzarət etməsi barədə ideya gündəmə gətirilib. Böyük ehtimalla prosesin sonrakı mərhələlərində bu ideya əsas prinsip kimi daha intensiv şəkildə müzakirə ediləcək.

Maraqlıdır ki, ABŞ və Qərb bu məsələnin Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərdə müzakirə edilməsinə də qətiyyən ehtiyac duymur. Bu baxımdan, Moskvada keçiriləcək görüşdə bu məsələnin gündəmə gətirilməyəcəyinin bəyan edilməsi Zəngəzur dəhlizinin yaradılmasından imtina olunması anlamı daşımır.

Əksinə, rəsmi İrəvanın inkar etməsinə və müqavimək göstərməsinə baxmayaraq, əslində, Zəngəzur dəhlizi hazırda intensiv şəkildə müzakirə edilməkdədir. İlk növbədə Azərbaycan və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. ABŞ və Qərb isə buna dəstək verir. Ona görə də, Rusiya və Ermənistanın ortaq müqaviməti də heç bir əhəmiyyət daşımır.

Yəni, Zəngəzur dəhlizi istənilən halda, Azərbaycan və Türkiyənin diqtə etdiyi şərtlər daxilində mütləq açılacaq. Əks halda, digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr də real nəticə verməyəcək. Nəticədə Ermənistanın indiki blokada şəraitindən çıxması da qətiyyən mümkün olmayacaq.

Halbuki, blokadadan çıxmaq, indi Ermənistan üçün əsas mövcudluq şərtidir. Ona görə də, Ermənistanın tezliklə bu reallıqla barışmaq məcburiyyətində qalacağı və Zəngəzur dəhlizinin açılacağı qətiyyən şübhə doğurmur. Hər halda, Cənubi Qafqazda Ermənistanın geopolitik əhəmiyyətinin hər ötən gün “əriməsi” də belə düşünməyə tamamilə əsas verir.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan da ölkəsi üçün taleyüklü dövrün artıq başlandığını etiraf edir. Onun fikrincə, Ukrayna savaşı Ermənistanın beynəlxalq məkanda və Cənubi Qafqazda manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Erməni baş nazir rəsmi İrəvanın balans siyasəti yürütmək cəhdlərinin müsbət nəticə vermədiyini vurğulaması, əslində, Ermənistanın tezliklə maraqları toqquşan tərəflərdən birinə meyillənmək məcburiyyətinə üstüörtülü eyham sayıla bilər.

Göründüyü kimi, Ermənistan öz ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı qərar vermək şansına sahib deyil. Hələlik bu dəhlizə nəzarət uğrunda mübarizə sona çatmadığından rəsmi İrəvanın “qırmızı cizgilər” elan etməsi Ermənistanın mövqeyinin ifadəsi ilə bağlı qeyri-real görüntü yaradır. Zəngəzur dəhlizi ilə bağlı onun açılmasında maraqlı olanlar prinsipial qərarlar verildikdən sonra rəsmi İrəvanın oyundankənar vəziyyətdə olduğu daha aydın şəkildə görünməyə başlayacaq.

Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizi layihəsinin gələcək taleyinin Azərbaycan-Türkiyə İttifaqı, ABŞ və Qərb, eləcə də, Rusiya arasında mübarizədə “düyünlən”diyini düşünmək olar. Bu mübarizədə Azərbaycan-Türkiyə İttifaqının maraqları hələlik ABŞ və Qərbin hədəfləri ilə uzlaşır. Rusiyanın isə yalnız Ermənistanın heç bir əhəmiyyət daşımayan qondarma “qırmızı cizgiləri”nə istinad etməkdən başqa, daha ümidverici müttəfiqi yoxdur.(Yeni Müsavat)

İran və Rusiya Xankəndidə nə edə bilər? - Separatçılar müharibəyə hazırlaşır

Separatçılar Qarabağda təxribat hücumlarını intensivləşdirib.

Publika.az xəbər verir ki, son iki gündə qanunsuz erməni silahlı dəstələri ordumuzun mövqelərinə təxribat atəşi açır.

Bununla yanaşı, Rusiya sülhməramlılarının müşaiyəti ilə yenidən silah-sursat daşınmasına cəhdlər edilir.

Prezident İlham Əliyevin təslim olmaq və amnistiyadan yararlanmaq imkanı ilə bağlı son çağırışından imtina edən separatçıların “erməni əhali Azərbaycanın tərkibində yaşamaq istəmir” görüntüsü yaratmaq məqsədilə təxribatlar törədəcəyi, Qarabağda toqquşmalar yaradacağı ehtimalı böyükdür. Lakin bu da onların “xilasına” imkan verməyəcək.

Separatçılar bütün variantları düşünür, müzakirə edirlər. “İravunk” qəzeti yazır ki, Xankəndidə erməni əhalisi arasında hər şeyin sona çatdığı əhval-ruhiyyəsi var.

Üç ssenari üzərində müzakirə aparılır:

1. Əliyevin tələbini qəbul etmək və anlaşmaq: buna müvəqqəti həll yolu kimi baxılır və anlayırlar ki, maksimum 1 ildən sonra ermənilərin hamısı ərazini tərk edə bilər;
2. Bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq;
3. Qarabağı tamamilə tərk etmək;

“İravunk” yazır ki, az da olsa, ikinci variant haqqında müzakirələr gedir: “Lakin bu çox ümidsiz görünür. Ermənistanda Paşinyanın bəyanatına qarşı çoxminlik etiraz mitinqi keçirildimi? Mövcud vəziyyət 1988-ci ildəki (separatizmin başlanması) kimidir? Qarabağda nə qədər mərmi, silah-sursat, hərbi texnika, döyüşə biləcək canlı qüvvə var? Bu suallar reallığın danışılanlarla tər-mütənasib olduğunu deməyə əsas verir. Misal üçün, hərbi müstəvidə mübarizə başlandı, neçə gün duruş gətirə biləcəklər?! Bir-iki günlük döyüşdən sonra silah-sursat da bitəcək”.

Nəşr separatçılara vəziyyətdən çıxmaq üçün təklif verir: “Bu, başqa ölkənin nəzarətinə keçməkdir, təbii ki, həmin ölkə Ermənistan deyil. Bu, İran və Rusiya ola bilər. İranın bu yükün altına girəcəyi ehtimalı azdır, o baxımdan, Rusiya bəlkə nələrsə edə bilər”.

Bu “çıxış yolları” ermənilərin təxəyüllünün məhsuludur və hər kəs anlayır ki, mövcud şərtlərdə separatçıları nə “döyüşmək”, nə də başqa bir ölkə xilas edə bilməyəcək. Yeganə yolu Bakıya təslim olmaqdır.

“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş Rusiyanın “sülhməramlı” adlanan kontingentinin artıq haykların məskunlaşdırıldığı ərazidəki iqtisadi və kriminal duruma da birbaşa müdaxilə etməsi “rəsmən” təsdiqlənir.

Moderator.az xəbər verir ki, deyilənləri Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyanın dünən axşam “Facebook” səhifəsində etdiyi növbəti paylaşım da sübut edir.

Separatçı məmurun paylaşımından bəlli olur ki, “sülhməramlı”ların tərkibində Azərbaycan Respublikası ərazisinə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olub. Həmin əməkdaşlar ərazidəki iqtisadi cinayətlərə də birbaşa müdaxilə edir və öz bildikləri kimi tədbirlər görürlər.

“Artsax sülhməramlı qüvvələrinin tərkibində Rusiya hüquq-mühafizə orqanları nümayəndələri ilə əməkdaşlıq qısa müddətdə bazarda müxtəlif məhsulların inflyasiyasına, qeyri-sağlam rəqabətə və iqtisadi maraqların toqquşmasına səbəb olan cinayətləri neytrallaşdırmağa imkan verəcək yeni sürət qazanıb. Artsaxdakı bəzi tamahkar iqtisadçıların hərəkətləri səbəbindən humanitar daşınmalarla təşkil edilən zəruri ərzaq, dərman və zəruri əşyalar çox vaxt planlaşdırılandan daha az miqdarda olur. Bütün bunlar elə qurulub ki, heç kim özünü məsuliyyətdən kənar hiss etməsin. Bir daha sizi bu cür hərəkətlərdən və maddi ziyan vurmaqdan çəkinməyə çağırırıq”,- üzdəniraq “dövlət naziri”nin açıqlamasında belə deyilir.
Məlum olur ki, Q.Nersisyanın aprel ayında da oxşar bəyanatı olub...

Zəruri şərh:

Deyilənlər bir daha Rusiya imperiyasının Azərbaycan ərazisindəki “sülhməramlı” adlanan ordusunun birbaşa işğalçı qüvvə olduğunu və onun müstəqil(!) Azərbaycan Respublikasının suverenliyini, Konstitusiyasını, qanunlarını heçə sayaraq tapdadığını sübut edir. Putinin tabeliyindəki hərbçilər torpağımızda faktiki olaraq bütün proseslərə müdaxilə edən idarəçilik, canişinlik formalaşdırıblar. Biz bunun belə olacağını həmin kontingentin ərazimizə daxil olduğu ilk günlərdən demişdik...

Ermənistana son xəbərdarlıq: Hədəf açıq formada göstərildi - NƏ BAŞ VERİR?

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edir:

- Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidəki separatçılara açıq mesaj verdi: ya özünü buraxacaq, ya da adekvat addımlarımızı atacağıq. Sizcə, prezidentin bu mesajını necə şərh etmək olar və bundan sonra nə baş verə bilər?

- Ali Baş Komandanın bu açıqlaması təsadüfi deyil. Ümumiyyətlə, Ali Baş Komandan Ermənistan rəhbərliyindən fərqli olaraq, emosional və düşünülməmişə açıqlamalar vermir, onun hər sözü sonradan reallaşır. Bu baxımdan, Ali Baş Komandanın Laçında verdiyi açıqlama və mesaj birbaşa Ermənistan rəhbərliyinə istiqamətlənib. Bu, həm də Ermənistanın havadarlarına yönəlib.

Azərbaycanın səbri hədsiz və hüdudsuz deyil. Səbir bir qədər mənəvi məsələdir. Faktiki və ya praqmatik məsələ isə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi dəfələrlə ölkə vətəndaşlarının təhlükəsizliyi və yaşamaq hüququ təminatının Qarabağdakı erməni separatçıları tərəfindən hədəfə alındığını bildirib. Bu separatçıların sayı təxminən 800-900 nəfərdir. Onlar sürəkli olaraq hərbçilərimizi, dinc vətəndaşlarımızı nişangaha götürürlər, təxribatlar törədirlər. Onlar Azərbaycan vətəndaşları deyillər, Ermənistan pasportunu daşıyırlar. Azərbaycan ərazisində kompakt yaşayan Ermənistan vətəndaşları Azərbaycanın mərkəzi hakimiyyəti ilə yanaşı, beynələlxalq hüquqa qarşı çıxırlar. Aşkar formada separatizmlə məşğuldurlar. Bunun da bir sonu olmalıdır.

Məhz bu səbəblərdən Azərbaycan rəhbəri bildirdi ki, bizim sıravi qarabağlı ermənilərlə işimiz yoxdur, bizim işimiz onları girov və “canlı sipər” kimi saxlayan və istifadə edən, separatizm və terrorizmlə məşğul olan şəxslərlədir. Əgər onların liderləri – Araik Arutyunyan, Bako Saakyan, Ruben Vardanyan və digərləri düşünürlərsə ki, fəaliyyətləri nəzərimizdən qaçır və bu fəaliyyətləri hüquqla tənzimlənməyəcək, yanılırlar. Onlar yaratdıqları absurd strukturları ləğv etməlidirlər. Biri özünə “prezident” deyir, biri “spiker”, digəri özünü “iqtisadiyyat naziri” adlandırır, başqa biri “ombudsman” və sair. Bunların hamısı absurd teatr təsiri bağışlayır. Çünki Xocalı, Əsgəran, Ağdərə, Xankəndi kiçik bir rayon boydadır. İndi bu kiçik rayonda yaşayanlar özlərini “dövlət” sayırlar. Azərbaycan bununla barışmayacaq.

Ermənistan əlindən gələni edir ki, sülh prosesi baş tutmasın. Danışıqlar harada olur-olsun, dialoq bizim üçün məqsəddir. Azərbaycanın məqsədi odur ki, Cənubi Qafqazda sülh və stabillik bərqərar olsun. Bizim üçün məqsəd olan danışıqlar, Ermənistan üçün vasitədir. Yəni Ermənistan danışıqlardan istifadə edərək, problemlərin həllini mümkün qədər uzatmağa çalışır. Prezidentin Laçındakı mesajının kökündə də bu anlamlar dayanır.

- Belədirsə, bəs Ermənistan Baş naziri Nikol Paşinyan niyə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, anklavların da qaytarılacağını dedi?

- Özümüzü aldatmayaq ki, Paşinyan bunları deyibsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkib. Paşinyan hiyləgər tərpənib. Ermənistanda indiyə qədərki iqtidarlar – Petrosyan, Köçəryan və Sərkisyan Azərbaycana qarşı aşkar ərazi iddialarından çıxış edirdilər. Onlar bildirirdilər ki, qarabağlı ermənilərin “gələcək müqəddəratlarını təyin etmə hüququ” var, onlar “ayrıca dövlət”dir, ətrafdakı rayonlar da “bufer zona”dır. Paşinyan isə hiyləgər tərpənib. Paşinyan Ermənistanın keçmiş rəhbərlərinin “tezis”lərini təkrarlamır, o, Azərbaycanla münaqişəni ərazi iddialarından “qarabağlı ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı müstəvisi”nə keçirməyə çalışır.

Paşinyan bunu Rusiyanın sifarişi ilə edir. Rusiyanın da marağı bəllidir. Paşinyan “qarabağlı ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı üçün beynəlxalq mexanizm”dən danışanda fransız, holland, yapon, vyetnamlı hərbçiləri nəzərdə tutmur. Yaxşı bilir ki, Azərbaycan əcnəbi hərbi kontingenti öz ərazisinə buraxan deyil. Paşinyan Rusiya sülhməramlılarını nəzərdə tutur, zatən, onlar 2025-ci ilədək Azərbaycan ərazisindədir. Paşinyan bildirmək istəyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma “qarabağlı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı” ayrı məsələdir. “Status” deməsə də, bu sözü onu ehtiva edir. Guya Paşinyanın öz aləmində Azərbaycana qarşı qurduğu tələ budur.

- Moldova görüşündən gözləntiniz necədir?

- Kişinyov görüşü ilə bağlı ifrat nikbin deyiləm, orada hansısa ciddi sənədin imzalanacağını gözləmirəm. Bu, sadəcə görüş və müzakirədir. Əlbəttə, sülh müqaviləsi imzalanacaq. Laçından verilən mesajın kökündə də bu dayanır ki, Azərbaycanın səbir kasası dolmaq üzrə deyil, artıq dolub. Ermənistan istəsə də, istəməsə də sülh müqaviləsini imzalayacaq.

İndi Ermənistan dalandır. Yəni Ermənistan delimitasiya və demarkasiyaya başlamasa, heç başlamasın, belə olarsa, Ermənistan artıq bizim üçün qonşu dövlət yox, mübahisəli ərazi olacaq. Mübahisəli ərazi olduğuna və dövlət sərhədi delimitasiya-demarkasiya edilmədiyi üçün bəlli xəritələr əsasında sərhədi biz öz istədiyimiz yerdə müəyyən edəcəyik. Onda Ermənistan bizdən inciməsin. Ermənistan onu da bilsin ki, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarındakı mövqelərimizdən onun bir çox kəndləri çox aydın şəkildə görünür. Ermənistan bunu düşünsün. Biz hələlik o kəndlərə baxırıq, müşahidə edirik. Amma hələlik.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, həmin qaydalara aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilir:
“Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir”.

Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi... - GƏLİŞMƏ

"Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda xüsusi əməliyyat keçirəcəyi ilə bağlı təhdidləri fonunda Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı Bakı ilə dialoqa dair demaqogiyanı dayandırmalıdır",

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu Azərbaycanın iki əsrdən çoxdur Rusiya imperiyası tərəfindən ermənilərlə məskunlaşdırılmış ərazisində 32-ci ildir qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan teleqram-kanalında çərənləyib.

"Əliyevin Azərbaycanın Azərbaycan qanunlarına tabe olmadığı təqdirdə Dağlıq Qarabağa qarşı xüsusi əməliyyat keçirəcəyi ilə bağlı bəyanatı Azərbaycan hakimiyyətinin erməni əhalisini Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa çalışdığını göstərir. Bəs rəsmi İrəvanın mövqeyi necədir? Artsaxlıların guya Azərbaycan daxilində hüquqlarının mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Onlar bizi məhv etmək və ya qul etmək istəyirlər. Əliyevin modeli boynunda ilgəklə və silah gücü ilə alçaldıcı həyatdır. Biz heç vaxt bununla razılaşmayacağıq. Sonuna qədər mübarizə aparacağıq. Son xətt keçilib: sən ya Artsaxın müdafiəsinə, ya da bütün erməni xalqının əleyhinə qalxırsan”, - deyə Putinin milyarder “desantı” adlanan Vardanyan faktiki olaraq Ermənistan baş naziri N.Paşinyana ultimatum verib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına köçürülən ilk ailələrlə görüşü zamanı Xankəndindəki separatçı rejim haqda bunları deyib:

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”...

Zəruri şərh:

Baş verənlərdən hadisələrin əsl mahiyyəti və məntiqi bəlli olur...

Laçından verilən mesaj ünvana çatdı: Araik Bakıya təslim edilir? - İNCƏLƏMƏ...Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə Qarabağdakı cinayətkar rejiin ləğvini sülhün və erməni sakinlərin reinteqrasiyasının əsas şərti kimi irəli sürüb.

Bu tələbləri rəsmi Bakı ilə Xankəndi arasında dialoqun vacibliyini öhdəlik şəkilində yekun sülh sazişinə daxil etdirməyə çalışan Ermənistana cavab hesab etmək olar. Yəni Azərbaycan dövlətinin şərtləri qəti və aydındır, bundan sonra baş verə biləcək bütün proseslər Qarabağdakı erməni əhalisinin edilən xəbərdalığa nə qədər əməl etməsindən asılı olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti erməniləri separatizmdən, müstəqillik xülyalarından imtina etməyə çağırıb və “Miatsum” kitabının bağlandığını deyib. Dövlət başçısı bildirib ki, Qarabağdakı separatçılara heç bir status verilməyəcək:

“Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir.

Biz sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var.

Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.

Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm”,- Prezident İlham Əliyev belə deyib.

Dövlət başçısının verdiyi mesajlar bir sıra qənaətə gəlməyə imkan verir. Birincisi, Qarabağdakı erməni icmasının Azərbaycana reinteqrasiyasına mane olan başlıca səbəb hazırda qondarma rejimin mövcudluğudur. Azərbaycan Prezidentinin çıxışında cinayətkar rejimin rəhbərliyinin sadə əhalini qorxu altında saxladığı barədə söylədiyi fikirlər bu qənaəti təsdiq edir.

İkincisi, Ermənistanın sülh danışıqlarında Azərbaycan qarşısında Xankəndi ilə birbaşa dialoq qurmaq şərti qəbul edilməyəcək. Əvvəla, bu, Azərbaycanın daxili işidir və Ermənistan həmin məsələ ilə bağlı hər hansı siyasi şərti diqtə edə bilməz.

Ermənistanın belə bir şərt irəli sürməsi Paşinyanın Azərbaycanın 86,6 min kv.km ərazi bütövlüyünü tanımasına dair əldə edilmiş razılaşmaya və bu prinsipin Qarabağa da aid edilməsinə dair bəyanatına ziddir. Digər tərəfdən, rəsmi Bakının Xankəndidəki cinayətkar rejimin rəhbərliyi ilə heç bir dialoqu ola bilməz. Təmaslar yalnız erməni ictimasının nümayəndələri ilə aparıla bilər.

Üçüncüsü, Azərbaycan Qarabağdakı sakinlərlə kommunikasiyaların qurulması və reinteqrasiyasiyanın ən əsas şərtlərindən biri kimi Araik Arutyunyanın təslim olmasını və ya hüquq-mühafizə orqanlarına təhvil verilməsini, separatçı rejimin “strukturlar”ının buraxılması məsələsini qoyur.

Əgər bunlara əməl edilərsə, rəsmi Bakı Qarabağda sülhün və milli barışığın təmin olunması məqsədilə böyük amnistiya qərarı verə bilər. Ancaq bu amnistiya Azərbaycan ərazilərinin işğalına rəhbərlik etmiş, dinc əhaliyə qarşı etnik təmizləmə, çoxsaylı qətllər və soyqırımda iştirak etmiş hərbi cinayətkarlara şamil edilə bilməz.

Dördüncüsü, Prezidentin açıqlamasında da aydın şəkildə ifadə olunduğu kimi, Azərbaycan erməni azlığın üzvləri ilə dialoqu davam etdirməyə hazırdır. Ancaq bu proses yalnız rəsmi Bakının müəyyən etdiyi şərtlər daxilində və ərazidə baş tuta bilər. Eyni zamanda, təmasların qurulması müddətsiz ola bilməz və qarşılıqlı şəkildə razılaşdırlmış qrafikə uyğun olaraq konkret zaman çərçivəsində həyata keçirilməlidir. Ermənilərin müxtəlif bəhanələrlə manipulyalsiya edib vaxt qazanmasına imkan verilməyəcək:

“Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni Qarabağda yaşayan erməni azlığının nümayəndələrini.

Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq”.

Dövlət başçısının qeyd etdiyi bu çıxışında həm humanist təklif və həm də xəbərdarlıq tezisləri yer alıb. Bundan nəticə çıxartmaq isə erməni əhalisinin özündən asılıdır. Əks halda, baş verə biləcək bütün proseslərə görə məsuliyyət qondarma rejimin rəhbərliyinin üzərinə düşəcək. Yəni rəsmi cinayətkar qurumu ləğv etmək, Araik Arutyunyanı təhvil vermək və dialoqu ardıcıl şəkildə davam etdirmək üçün Qarabağdakı erməni azlığa möhlət verə bilər.

Bu müddətdə irəli sürülən tələblər yerinə yetirilməsə, Azərbaycan cinayətkar rejimin ləğvi üçün antiterror əməliyyatlarına başlaya bilər. Araikin artıq “mətbuat xidməti”nin rəhbəri Lusine Avanesyanın adından yayılmış etiraz bəyanatı isə cinayətkar rejimin başçısının Azərbaycan Prezidentinin xəbərdarlığından qorxuya düşdüyünü göstərir. Xüsusilə də Xankəndidəki müxtəlif qruplaşmalar arasında qarşıdurmanın artdığı indiki vaxtda Araik öz ətrafına güvənmir və kimlərinsə onu aradan götürmək üçün Azərbaycana təslim edəcəyindən narahatdır. Azərbaycan Prezidentinin mesajı öz ünvanına çatıb və nəticə verməyə başlayıb.

Müşfiq Abdulla
Cebhe.info
Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR!

Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa və Almaniya liderləri, eləcə də Avropa Şurasının sədri Şarl Mişel arasında Kişineu sammiti çərçivəsində "böyük görüş"ə hazırlaşır. Görüşün mayın 31-də, yaxud iyunun 1-də baş tutacağı deyilib. Şarl Mişel də Ermənistan və Azərbaycan liderləri arasında görüş olacağını təsdiqləyib.

Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun sammit çərçivəsində baş tutacağını vurğulayıb. Bundan əvvəl N.Paşinyan da bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində imzalana biləcək sənədlə bağlı razılığa gəliblər. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da deyib ki, Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər. Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov söyləyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.

Lakin Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan ötən gün bildirib ki, Kişineuda sülh sazişinin imzalanması keçiriləcək görüşün gündəliyində deyil:

“Dəfələrlə qeyd etdiyimiz kimi, əsas məsələlər həll olunanda Ermənistan tərəfi sazişi imzalamağa hazır olacaq. Hesab edirik ki, iyunun 1-də Kişineuda planlaşdırılan görüş zamanı və ondan sonra onlarla bağlı müzakirələr davam olunacaq. Sözügedən sazişin imzalanması Kişineu görüşünün gündəliyinə daxil edilməyib”.

Kişineu görüşü öncəsi ziddiyyətli açıqlamaları "Sherg.az"a təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli hesab edir ki, Ermənistan daxilində revanşist qüvvələrin, radikal-separatçı ermənilərin Paşinyana təzyiqi sülh müqaviləsinin tezliklə imzalanmasını ləngidir. Partiya təmsilçisinin sözlərinə görə, İrəvana təsir göstərən tərəflərdən biri də Rusiyadır. Çünki Moskva Cənubi Qafqazda stabilliyin tərəfdarı deyil:

"Kreml düşünür ki, bölgədə uzunmüddətli sülhün olması Rusiyanın təsir imkanlarını zəiflədəcək. Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçəcək. Rusiya bunu istəmir və Paşinyana təzyiq göstərməklə sülh danışıqlarını arxa plana keçirməyə cəhd göstərir. Lakin ABŞ və Avropa Birliyi regionda sabitliyin olmasında maraqlıdır. Çünki bölgə dövlətlərinin, xüsusən Azərbaycanın tranzit rolu oynaması Qərb üçün faydalıdır. Şərqlə Qərbi birləşdirən böyük ticarət körpüsü məhz Cənubi Qafqazdan keçir. Rusiya və İranı da narahat edən budur. Kişineuda tərəflər arasında müzakirələrin davam edəcəyi şübhəsizdir. Ondan sonra planlaşdırılan Brüssel təmaslarında da müəyyən razılaşmaların olacağı inandırıcıdır. Təbii ki, görüşlər davamlı olarsa, bəzi sənədlərə imza atıla bilər. Fransa açıq-aşkar Ermənistan tərəfindən çıxış edir. Almaniya və Böyük Britaniya isə uzunmüddətli sülhün təmin olunmasında maraqlıdırlar. Əvvəl-axır bu, olacaq. Rusiyanın prosesi süni şəkildə əngəlləməsi nəticəsiz qalacaq. Ermənistan da Moskvanın vassallığından çıxaraq öz ölkəsinin inkişafını istəyirsə, sülh müqaviləsini bağlamaqda maraqlı olmalıdır".

Xəbər lenti